Ağzımızın yuyulması, nəmlənməsi və yediklərimizin həzmi üçün ağız suyuna ehtiyacımız var. Tüpürcək ağız toxumasını bakteriya və göbələyin səbəb ola biləcəyi infeksiyalardan qoruyur. Tüpürcək vəzlərimiz tüpürcək ifraz etməsə, ağzımız quruyur və özümüzü narahat hiss edirik.
Ağız quruluğuna səbəb nələrdir?
Depresiyya, ağrı, allergiya, qrip, piylənmə, sızanaq, epilepsiya, astma, diareya, yüksək təzyiq, psixoloji pozğunluqlar, parkinson kimi xəstəliklər üçün istifadə edilən dərmanlar
Əzələ gəvşədən və sakitləşdirici dərmanlar
Syorgen sindromu, QİÇS, alzehmir (unutqanlıq), qansızlıq, şəkər xəstəliyi, kistik fibroma, romatid artirit, parkinson, yüksək təzyiq, beynin qanaması, qulaqdibi
Beyin bölgəsinə tətbiq edilən radio və kimyaterapiyalar
Travma, yaxud cərrahiyə zamanı üz sinirlərinin fəsad görməsi
Susuzluğa səbəb olan hallar (yüksək qızdırma, çox tərləmə, diareya, qan itkisi, yanıqlar, qusma)
Cərrahi yolla bəzi tüpürcək vəzlərinin alınması
Siqaret çəkmək və ağzı uzun müddət açıq saxlayaraq tez-tez nəfəs alıb-vermək
Əlamətləri:
Dilin dodağın bir-birinə yapışması
Tez-tez susamaq
Ağızda yanma hissi
Dodaq kənarlarında çatlar
Boğazda quruluq və yanma hissi
Dildə yanma və qarışqa gəzirmiş kimi hiss etmək
Quru, qırmızı, parlaq dil görünüşü
Danışıqda problemlər
Çeynəmə və udqunmada problemlər
Udqunmaqda çətinlik
Pis ağız qoxusu
Ağız quruluğu diş əti narahatlığına və diş çürüklərinə, ağızda iltihablara səbəb ola bilir.
Bu problemdən necə xilas olmaq olar?
Ağız quruluğuna səbəb olan atdığınız dərmanlardırsa, həkimlə məsləhətləşin. Ya da arada gündəlik olaraq ağzınızı qarqara edə bilərsiz. Bu da kömək olmasa, tüpürcək ifrazını artıran dərmanlardan istifadə edin.
Şəkərsiz saqqız çeynəyin.
Çoxlu su için.
Floridli diş pastalarından istifadə edin.
Mümkün olduqca burundan nəfəs alın.
Otaq nəmləndiricisi istifadə edin.
Tüpürcək solusionları istifadə edin.