Xarici görkəmin insan taleyinə və rifahına paradoksal təsiri var.
Şimali Karolina Universitetinin əməkdaşları Layz Sletteri və Toney Frevert uzun sürən araşdırmalardan sonra belə bir qənaətə gəliblər.
Əsas səbəb isə ondan ibarətdir ki, gözəl insanlara çox səhvləri bağışlayırlar. Onlar barədə müsbət fikirdə olur insanlar. Bu da bəzən həmin insanın özünü aldatmasına və yolunu azmasına gətirib çıxarsa da, əksər hallarda müsbət effekt verir.
Layz iddia edir ki, gözəllik insanın uşaqlıq illərindən formalaşan statuslu xarakteristikasıdır. Gözəl görkəmə sahib insanlar ətrafa müsbət emosiya bəxş edirlər. İnsanlar düşünürlər ki, gözəl insan hər işdə yaxşı olmalıdır. Gözəl xarici görkəmə malik insanlar da belə düşüncəni öz beyinlərinə yeritdikləri üçün səylə çalışır, işdə, təhsildə hər kəsdən öndə olmağa cəhd edirlər. Bu da zamanla öz nəticəsini verir.
Gözəl xarici görkəm insana müəyyən üstünlüklər verir. Tədqiqatlar göstərib ki, yaraşıqlı insanlar karyerada daha tez irəliləyirlər. Bunun sayəsində özlərinin həyatlarını qurmaq üçün kifayət qədər pul qazana bilirlər.
Alimlər deyirlər ki, gözəl xarici görkəm hətta məhkəmə çəkişmələrində də insanlara yardımçı olub. Statistika göstərir ki, yaraşıqlı insanlar törətdikləri əməllərə görə, məhkəmədə nisbətən yüngül cəza alırlar.
Bir sözlə, gözəllik, doğrudan da, dəhşətli qüvvədir.
milli.az