Gərgin həyat tərzi səbəbindən, nə edəcəyimizi bilməz halda bir çevrənin içərisində qaçıb durarıq. Bunun səbəbi hər hansısa proqramımızın olmaması deyil, məsələ bu proqramın içərisində üzləşdiyimiz problemlər səbəbindən özümüzü dağılmış vəziyyətdə hiss etməmizdi. Günə uğurlu başlamaq istəyirsinizsə edə biləcəyiniz 7 faydalı idman:
- Yataqdan qalxdıqdan sonra bir-iki dəqiqə gərilin. Mayo Klinikə görə gərinmək əzələ elastikliyini təmin edir və bu da hərəkət tempini artıraraq gündəlik performansı artırır. Ayrıca sizi boşaldıb təzyiqinizi və stresinizi rahatlaşdırarkən əzələlərinizə və beyninizə gedən qan dövranını sürətləndirir.
- Məlumatlılığınızı artıracaq düşüncələrə bir dəqiqənizi ayırın.
- İlham verən sitatlar və ya sözlərin olduğu kiçik bir kitab əldə edin. Önünüzdəki günə uyğun ola biləcək bir şeylər oxuya bilmək üçün əl altında bəzi ilham verici sitatlar saxlayın.
- Hər gün üçün gözünüzdə müvəffəqiyyət dolu bir son canlandırın. O gün nəyi bacarmaq istəyirsinizsə nəzərdən keçirin və onun yaxşı nəticələndiyini xəyal edin. Əlbəttə daim həll edilməsi lazım olan kiçik texniki axsaqlıqlar olacaq, buna görə yolunuza çıxan hər şeylə yaxşı bir şəkildə baş etdiyinizi düşünün. Xəyal etmək qarşınıza nələr çıxa biləcəyini görmək üçün çox yaxşı bir yoldur və sizi hər cür ehtimala qarşı xəbərdar edər. Həqiqətən də araşdırmalar müəyyən hadisələr qarşısında verilən həm fiziki, həm psixoloji reaksiyaların xəyal etmə ilə yaxşılaşdığını ortaya çıxarmışdı. Bu üstünlükdən faydalanın!
- Şükür etmək üçün bir dəqiqənizi ayırın. Həyatınızda yaxşı gedən şeylərə təşəkkür edin – sağlamlığınıza, ailənizə, qarşınıza çıxan fürsətlərə və həyatınızda yaxşı olan hər şeyə. Sahib olduqlarınızı qiymətləndirsəniz bir şəkildə bunlardan daha çox qarşınıza çıxacaq. Eyni şəkildə araşdırmalar göstərir ki, təşəkkür duyğusu gün boyu daha müsbət bir ruh halı və sağlamlıq hissi yaşamanıza köməkçi ola bilir.
- İçinizdə ola biləcək hər cür mənfi düşüncədən ya da nifrətdən xilas olun. Zehininizi təmiz saxlamaq yaradıcılığa və gün içində bacarmaq istədiyiniz bütün şeyləri məhsuldar şəkildə etməyinizə yol açar. Bir şeyi boş vermək, ya da başqalarını bağışlamaq ürəyiniz üçün də yaxşıdır.
- Sizi motivasiya edəcək müsbət şəxsi ifadə tapın. Sizə uyğun gələn və edə biləcəyinizi ən yaxşı şəkildə etmə ilhamı verəcək bir şüar ya da deyim icad edin. “Hər fürsətdə müsbət bir fərq yaratmağa səy edirəm ” kimi bir şey ola bilər. Müsbət ifadələr , ( əlbəttə, həqiqi olanların ) daha yaxşı performans göstərmənizi və məhsuldar bir zehin quruluşuna sahib olmanızı dəstəkləyən böyük bir vasitədir.
allmag.az