- İnsan xaricdən nə qədər gözəl olarsa, onun daxili bir o qədər çirkindir.
- İnsanlar bir-birin təsadüfən tapmırlar. Qarşılaşdığımız insanlar artıq bizim şüuraltı təfəkkürümüzdə mövcud olan insanlardır.
- Təəssüf ki, boğduğumuz hisslər ölmür. Həmin hisslər insanın içində böyüyərək ona zərər verməyə başlayır.
- İnsanı xoşbəxt etmək dünya yaradılan zaman planlara daxil edilməmişdir.
- Dünyaya tənha gəlib, dünyanı tənha tərk edirik.
- Çox qadını sevən – qadınları tanıyar, bir qadını sevən – sevgini tanıyar.
- İnsanların çoxu azadlıqdan qorxurlar, çünki azadlıq özündə məsuliyyət daşıyır.
- Orta əsrlərdə yaşasaydım məni diri-diri yandırardılar. İndiki dövrdə isə sadəcə kitablarımı yandırırlar.
- Sevgi və iş – insanlığın bünövrəsidir.
- Paxıllıq və qısqanclıq məhvedicidir.
- Başqalarının səhvinə gülərkən, əmin olun ki, bu səhvi siz də edəcəksiniz.
- Həyatda xəstəlik və axmaqlıq qədər heçnə baha başa gəlmir.
- Axmaqlığın ilk əlaməti abırsızlıqdır.
- Hər bir insanın başqalarından gizlətdiyi arzular mövcuddur. Hətta özünə etiraf etməyə qorxduğu arzular da var.
- Əldə edə bilməyəcəyi şeyləri arzulamaq insana xas olan əlamətdir.
bildirchin.az