Dünya liderləri yatmazdan əvvəl nə edir

“Business İnsider” adlı sayt dünyaca məşhur şəxslərin yatmazdan öncə ən son nə etdiklərini yazıb.

Saytın məlumatına görə, ABŞ prezidenti Barak Obama özünü “gecə quşu” adlandırıb. O, axşam yeməyindən sonra vaxtını uşaqları ilə keçirir. Onlar yatdıqdan sonra saat 23:30-a qədər brifinqləri oxuyur, ya da yazması lazım olanları yazır. Saat 00.30 radələrində isə yatır.

“Microsoft”un qurucusu Bill Gates isə demək olar ki, hər gecə 1 saat oxuyur.

“Facebook”un ikinci adamı olan Şerl Sandberq yatmazdan əvvəl elektron poçtlarını yoxlayır və mütləq cib telefonunu söndürür. Yuxudan qalxdıqdan sonra da ilk olaraq, yenə elektron poçtlarını nəzərdən keçirir.

“Huffinqton Postun” qurucusu Arianna Huffinqton yatmazdan öncə, iPad, laptop kimi elektron cihazlarda oxunan kitab əvəzinə “gerçək” kitab oxumağı sevdiyini söyləyir.

Yazar Stepen Kinq yatmazdan öncə sadəcə, dişlərini fırçalayıb, əllərini yuyur. Yatarkən əllərini yumasının səbəbini bilmədiyini deyən məşhur yazar yastıqların eyni tərəfə baxmasına və yastıq üzlərinin açıq tərəflərinin özündən uzaq olmasına diqqət etdiyini söyləyir.

Daha əvvəl “Google”da direktor olan Keval Desai diqqətini toplaya bilmək üçün gecələr çalışdığını söyləyir.

ABŞ-ın qurucularından biri olan ixtiraçı Benjamin Franklin hər gecə özündən eyni sualı soruşurmuş: “Bu gün faydalı olacaq nə etdim?”

İkinci Dünya Müharibəsi zamanı İngiltərənin baş naziri olan U.Çörçil axşamlar viski-soda içir, kiçik bir şirniyyat yeyir, ardından isə gecə yarısına qədər işləyirmiş.

lent.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər