Ozon kəskin iyli qazdır. O oksigenin aktiv forması olub,təbii şəriatdə ultrabənövşəyi şüaların və elektrik gərginliyinin təsiri ilə yaranır. Ozonun təsirindən hətta güclü viruslar və bakteriyalar məhv olur və bu zaman insan hüceyrələri mənfi təsirə məruz qalmır. 20-ci əsrin əvvəllərində baş verən anemiya, pnevmaniyanın müalicəsində istifadə olunsa da antibiotiklərin kəşfi ilə bu müalicə üsulundan kənarda qalmışdır. Hazırda bir çox xəstəliklərin müalicəsində istifadə olunur : hipertoniya, şəkər xəstəliyi, qan dövranı pozğunluğu, revmatizma, epilepsiya, miqren və baş ağrıları, eləcə də autizmli uşaqların müalicəsində.
Bu uşaqların bədənini toksinlərdən təmizləyən bir metod kimi göstərilir. Bu metodun tətbiqindən sonra bağırsaqda düzəlmə , hiperaktiv davranışlarda azalma olduğu qeyd edilir. Ancaq bu terapiyalar heç bir elmi təstiqini tapmayıb və bir neçə seansla nəticə əldə olunacağına söz verilməyir. Ozon terapidən hətta dünyasını dəyişən insanlar belə olmuşdur. Qan laxtalanmasının artması , qalxanvarı vəzin xəstəlikləri ozondan zəhərlənmə və ya ona qarşı allergiya olduqda qadağan olunur. Nevropatoloq və endokrinoloqun müayinəsindən keçmədən ozon terapiyaya başlamaq olmaz!
-Son olaraq, Gülnar xanım, övladı Autistik olan valideynlərə nə məsləhət bilərdiniz?
Valideyin birmənalı şəkildə uşaqla səbrli və mehriban olmalı, həmişə müvəffəqiyyətinə inanmalıdır.
Uşağa psixoloji-emosional komfortu, özünə inamı və təhlükəsizliyi hiss etdirməli, sonra tədricən bilik-bacarıqları, davranış qaydalarını öyrətmək lazımdır.
Uşaqlarla mümkün qədər çox söhbət etmək lazımdır. Hətta uşaq buna laqeyd olsa belə!
Yadda saxlamaq lazımdır ki, digər uşaqlara nisbətən onun ünsiyyətə daha çox ehtiyacı vardır.
Uşağın hər bir sözünü , jestini, müşahidə etmək vacibdir. Bu balaca uşağın daxili aləminin genişlənməsinə, öz emosiya və hisslərini sözlərlə ifadə etməyə kömək edəcəkdir.
Əgər uşaq bir əşyaya yaxınlaşarsa, o əşyanı adlandırmaq və uşağa əşyanı əlində saxlamağa imkan vermək lazımdır. Bu cür yanaşma ilə uşaqda bütün analizatorlar –görmə, eşitmə, hiss etmə və s. inkişaf edir. Bu cür uşaqlara əşyanın adını dəfələrlə təkrar etmək lazımdır.
Onlarla bir yerdə oynayın və oyunu daha maraqlı edin.
Əgər uşağınız autizm sindromludursa , onu necə varsa elə qəbul etmək, heç kəslə müqayisə etməmək və zamanında mütəxəssisə müraciət etmək lazımdır!
Fəridə Qasımova
Delfin terapiya delfinlər vasitəsilə müalicə üsuludur. Burada ultrasəslər vasitəsilə orqanizmə təsir edən səslər və vibroakustik dalğalarla həmin uşaqlara təsir etmək nəzərdə tutulur. Əgər uşaq dəniz heyvanı ilə rahatlıqla ünsiyyətə girərsə demək psixoemosional sahəyə təsir uğurla baş vermişdir. Uşaqda bunun vasitəsilə motor-sensor sferanın inkişafına zəmin yaranır. Uşaqlar daha rahat ünsiyyətə girə bilirlər və eyni zamanda bu metod onların yaddaşlarını, diqqətlərini və nitqlərini inkişaf etdirməyə də kömək edir.
Hippoterapiya isə at üzərində müxtəlif hərəkətlər vasitəsilə bədən əzələlərinin hərəkət etməsinə kömək edən bir müalicə üsuludur. Atın istiliyinin 1.5-2 dərəcə daha yüksək olduğunu göstərməklə, bunun masaj aləti kimi ayaq əzələlərinə təsir etdiyi, qan təzyini yüksəltdiyi, iflic , autizm , diqqət əksikliyi, ürək-damar xəstəliklərinin müalicəsində böyük rol oynadığı qeyd olunur.
-Autistik uşaqlarda qorxular, aqressiyalar müşahidə olunur. Bu daha çox nə ilə əlaqəlidir?
- Autik uşaqların dünyasında müxtəlif qorxular vardır. Amma autik uşaqların qorxuları adi uşaqların qorxularından öz spesifik xüsusiyyətlərinə görə fərqlənir. Belə uşaqların qorxuları müxtəlif və fərqlidir. Kimisi qaranlıqdan, kimisi sudan, kimisi televizor və ya tozsorandan və s. qorxur. Autik uşaqların ən adi əşyalardan qorxduqlarını anlamaq çox çətin olur. Bu qorxular illər boyu davam edə bilər. Təəssüflə qeyd etmək lazımdır ki, belə vəziyyətdə psixikanın qoruyucu mexanizmləri işləmir. Bu da uşağın inkişafına mənfi təsir göstərir.
Onların qorxuları davranışlarında özünü biruzə verməyə bilər. Bu qorxular şüuraltı dərinlikdə gizlənərək uşağa əziyyət verir, hətta ən yaxın adamlar belə uşağın həqiqi vəziyyəti haqqında tam xəbərsiz olurlar. Qorxuların mövcudluğu uşaqları daima gərgin vəziyyətdə saxlayaraq inkişafına mane olur.
Qorxunun dəf etməyə imkan verən ən yaxşı metod terapevtik oyundur. Əgər biz uşaqda qorxunun mənbəyini biliriksə, terapevtik oyun vasitəsilə ondan qurtula bilərik.
-Autizmli uşaqlarda nitq hansı səviyyədə olur və ya ümumiyyətlə olurmu?
- Belə izah edim : 7-8 aylıq normal uşaq çoxlu-çoxlu təkrar hecalar – mama, papa, baba və s. tələffüz edir. 9 aylığnda öz adını tanıyır, dönür baxır, böyüklərin söylədiyini təqlid edir, 10 aylığında 1-3 bədən üzvünü göstərir, başı ilə yox əli ilə sağol edir, iti-pişiyi təqlid edir. Bir yaşında ver, al, göstər, uzan, oyna və s. tapşırıqları icra edir, 10-12 söz bilir.
Autizmli uşaqlarda qeyd etdiyimiz göstəricilərdən heç biri müşahidə edilmir və yaxud elə hallar olur ki, 8-18 aya qədər uşaqlarda normal inkişaf gedir və bu dönəmdən sonra dayanır. Ümumi olaraq desək autizmli uşaqların 50-75 %-də nitq inkişaf etmir, qalan 25-50 %-də isə nitq özünəməxsus şəklidə olur. Ən çox müşahidə edilən nitq qüsuru əvəzlikdən düzgün istifadə edilə bilməmələridir. Məsələn, mənim kitabım əvəzinə mən kitab deyirlər.
Mənasız yerə eyni sözü və cümlələri təkrarlayırlar.Bəzən öz-özünə zümzümə edirlər.
Nitqi olmayanlarda isə nitqin açılması psixopedaqoq və defoktoloq-loqopedlərin aparacağı təlim və məşğələlər sayəsində mümkündür. Ancaq yaş həddini burda xüsusilə qeyd etmək istərdim. 5 yaşdan sonra autizm sindromlu uşağın nitqinə müdaxilə etmək çox çətin olur!
-Autizmin müalicəsi varmı?
-Autizm spektr xəstəliklərinin müalicəsi üçün dünya praktikasında heç bir preparat istifadə olunmur. Bəzi mütəxəssislər isə beyni inkişaf etdirən nitqi açan dərmanlar yazırlar, ancaq bu preparatlar daha çox yanaşı problemlərə görə yazılır. Məsələn, uşağın aqressiyası, hiperaktivliyi, yuxu pozuntusu, davranış pozuntusu və s. varsa onları aradan qaldırmaq üçün yazılır. Çünki uşaqlarda bu hallar izləndikcə məşğələlərin aparılması çətinləşir. Təlimə yönümlü olmurlar, reabilitasiya öz effektini gec verir.
Erkən diaqnostikanı əhəmiyyəti böyükdür və psixopadaqoji tədbirlər görülməlidir. Belə uşaqlara ABA terapiyası adlanan xüsusi terapiya tətbiq olunur. Autizm reabilitasiya olunsa belə bəzi ələmətləri ömür boyu davam edir. Məsələn, danışsalar belə heç vaxt söhbətə başlayan tərəf olmazlar, soyuq və ruhsuz söhbət edərlər, məna dolu sözləri dərk etməzlər, zarafat və atalar sözü anlamazlar, sözlərin deyilməsində təkrara yol verərlər, cümlələr və kəlimələrin dərk edilməsində yubanarlar.
-Bəs Autizmin müalicəsində hansı metodlardan istifadə olunur?
-Son zamanlarda autizmin müalicəsində bir sıra terapiyalardan sitifadə olunur. Lakin bunlar tam elmi əsası olmayan metodlardır. Məsələn , delfin terapiya, hippotreapiya və ozon terapiya.
-Uşağın autizmli olmasını ana bətnindəykən müəyyən etmək mümkündürmü?
-Xeyr, Uşağın autizm olmasını ana bətnində təyin etmək təəssüflər olsun ki, hal-hazırda mümkün deyil.
-Ümumi olaraq Autizmin yayılma riski barədə nə deyə bilərsiniz?
-Dünya əhalinin 1%-i autikdir. Araşdırmalar göstərir ki, oğlanların autizmli doğulması qızlardan 4 dəfə daha çoxdur. Bir uşağın autik olaraq dünyaya gəlmə ehtimalı 0.5 % -dir. Ailənin ilk uşağı autizmlidirsə sonrakı uşağın autizmli olma riski 5-15 %-dir.
Genetik baxımdan tək yumurta ekizləri bir-birinin eyni olduğu üçün onlardan birinin autizmli olması digərinin də eyni vəziyyətdə olması riskini 35-70 % artırır. Fərqli yumurta ekizlərində də riks mövcuddur, lakin nisbətən az , təxminən 0.23 %.
-Autistik uşaqlarda zəka hansı səviyyədə olur?
-Autizm sosial və ünsiyyət qabiliyyətinin yaranmasına təsir edən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən 2 yaşından sonra özünü göstərməyə başlayır. Autizmli uşaqlar əsasən öyrənmək və dərk etməkdə çətinlik çəkirlər. Bu cür uşaqlara əşyanın adını təkrar-təkrar demək lazımdır. Autistik uşaqların 3/2-si əqli inkişafın geriliyindən əziyyət çəkir.
Lakin 10%-i bəzi inkişaf etmiş qabiliyətlərə malik olurlar. Məs: riyazi hesablama, musiqi duyumunun güclü olması ,rəsm , mozaika , bəziləri isə özlərini maraqları olan sahə üzrə ensiklopedik bilgilərə həsr edirlər.
-Əgər kontakda olmurlarsa bəs bu cür uşaqlarda hansı xüsusi istedadın olduğunu valideyn necə üzə çıxara bilər?
-Xüsusi qabiliyyətlərinin üzə çıxmasında reabilitasiyanın rolunu ayrıca qeyd etmək lazımdır. Fərdi korreksiya proqramı ilə psixopedoqoqlar autistik uşağın daha çox hansı sahəyə meyl etməsini üzə çıxarır və bunu inkişaf etdirir.
2 aprel dünya miqyasında “Ümumdünya Autizm Məlumatlandırma Günü” kimi qeyd olunur. Əsrin geniş yayılmış xəstəliklərindən sayılan Autizm hal-hazırda ölkəmizdə də olduqca geniş bir kütləni caynağı altına almışdır. Autizm barəsində valideynlərin məlumatının az olması onun zamanında aşkar və təyin olunmasının qarşısını alır. Və nə qədər gec müraciət edilirsə təəssüflər olsun ki, uğurlu nəticənin alınması da bir o qədər gecikir və çətin olur.
Bu məqsədlə yolumuzu Narınc Uşaq Psixologiya Mərkəzindən saldıq və inkişaf geriliyi üzrə mütəxəssis, psixo-pedaqoq Gülnar xanım Orucova ilə “autizm nədir, onun əlamətləri və müalicəsi” barəsində geniş bir söhbətimiz baş tutdu.
-Gülnar xanım, bizə izah edə bilərsinizmi Autizm nədir?
-Autizm-erkən yaş dövründə başlayan, həyat boyu davam edən sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə birlikdə qəbul olunan neyropsixiatrik bir pozuntudur. Autizm – özünə qapanma və real həyatda uzaqlaşma kimi təzahür edilir. Autizm ilk dəfə olaraq 1943-cü ildə Amerikalı uşaq psixiatrı Leo Kanner tərəfindən “Erkən uşaqlıq autizmi” olaraq adlandırılmışdır. Uşaq gördüklərini, eşitdiklərini , hiss etdiklərini doğru şəkildə qəbul edə bilmir və bu səbəbdən ictimai əlaqələrdə və davranışlarda ciddi problemlər yaranır. Bəzi mütəxəssislər autizmin beyindəki neyronların normadan az olması ilə bağlı olduğunu qeyd edirlər.
Peşəkarların fikrinə görə autistik uşaqları xəstə adlandırmaq olmaz, çünki onlar qeyri-adi istedada malik olurlar. Belə uşaqlar böyüdükdən sonra rəssamlıq, müsiqiyə, poeziyaya, riyaziyyata həvəsləri olur.
-Autizm ilk olaraq hansı yaşlarda özünü büruzə verir?!
-Uşaq hələ körpə olarkən hər ana övladına verdiyi nəvazişə balasından cavab alır. O anasına gülümsəyərək sanki, “ana səni hiss edirəm” deyir. Lakin autik uşaqlar anaya heç bir reaksiya vermir. Bir yaşından sonra isə onlar daİma özlərinə qapanır yumordan kənar olurlar, gülməli hadisəyə belə nadir hallarda reaksiya verib gülürlər. Əgər hər hansı bir söz demək istəyərlərsə hər iki əllərini bir birinə vururlar və bu hərəkətdən yorulmurlar. Öz adlarına belə reaksiya vermirlər. Valideynlər əsasən eşitmə, görmə probleminin olduğundan şübhələnir. Bəzən 18 aya qədər inkişaf normal gedir, sonra geriləməyə başlayırlar. Sonra isə nitqdə olan sözlər itir, bir-üç yaşda özünü yenidən göstərir.