Uşağın otağını nə vaxt ayırmaq olar

Uşağın 2 yaşına qədər anası ilə birgə yatması bir problem yaratmaz. Doya-doya həzz alaraq yatarkən anası ilə bərabər olması bəzi valideynləri təşfişə salır ki, uşağım mənə çox bağlı olar. Uşaqların valideynlərə bağlı olması uşaqların ata-anasının sevgisinə doya bilməməsi ilə bağlıdır. Ananın yanında nə qədər çox yatdı deyə o qədər anasına bağlı olacaq deyil, anaya nə qədər duyğu baxımdan uzaq qalarsa ananın ətrafında o qədər fırlanacaqdır uşaq. Deməli, 2 yaşına kimi uşaq anası ilə bir yerdə yatması, onu doya-doya əmməsi, qoxlaması bir problem yaratmaz. Oyandığında anasının üzünü və yanında olduğunu görüb güvən hissi içərsində onu böyütmək lazımdır. 2 yaşından sonra isə uşaqlar ananın çarpayısının yan tərəfində ayrı bir çarpayıda yata bilərlər. Uşağa çarpayı alarkən xüsusi diqqət etmək lazımdır ki, həbsxananı xatırladan, uşağın sərbəst durub qalxmasın maneə olan çarpayı
alınmamalıdır. Əks halda uşaq yuxudan oyanıb ayağa qalxmaq istəyəndə əngəllə rastlaşır, qışqırır, ağlayır, anasının yanına gedə bilmir… Ona görə də əziz valideynlərimiz, uşağınıza çarpayı alarkən uşağın ordan rahat qalxıb-dura biləcəyini nəzərə alaraq düzgün seçim edin. Deməli, 2 yaşından sonra uşaq ananın yanından ayrılaraq onun yan tərəfindəki çarpayıda rahat şəkildə yata bilər. Bəs orda nə qədər müddət olaraq qalmağa davam edər? Uşaq 3-4 yaşı olana qədər. Artıq anadan ayrılmağa hazır olduğunda başqa bir otaq onun üçün ayrıla bilər. Bəzi analar erkən yaşlı uşaqlarını özündən uzaq olan ayrı otaqda qışqırdaraq, ağladaraq yatızdırmağa və otağına adaptasiya etməyə çalışarlar. Bu psixoloji baxımdan sağlam uşaq yetişdirmək üçün tövsiyə olunan metod deyildir. Uşağa ağlada-ağlada bir şey öyrədirsinizsə bu anda uşağın

itirdiyi bir duyğu var- oda vicdan duyğusudur. Düzdür, uşaq bir həftə ərzində otağında qalmağa öyrəşər, amma bir şeyi öyrənər ki, “mənim anam mənim çətin günümdə məndən həmişə belə uzaqlaşacaqdır”. Başını yastığa qoyanda ümidsiz, kədərli, duyğusuz şəkildə yatacaqdır. Deməli, əziz valideynlər, uşaqlarınızın sizdən ayrılması sizə tam doyduqdan sonra həyata keçə bilər.

Əminə İsrafilzadə

ADPU-nun Pedaqogika və Psixologiya fakültəsinin magistrı

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər