Sosial fobiya

Insan xoşbəxt ola bilmək, doyumlu bir həyat yaşaya bilmək üçün özüylə, digər inanlarla və dünyayla yaxşı əlaqələr inkişaf etdirməlidir. Digər insanlarla uyğun şəkildə əlaqəyə girmək, özünü ifadə etmək ,qarşısındakını dinləmək və s. insanın ən əsas ehtiyaclarındandır. Ancaq bəzi insanlar digər insanların arasında özlərini rahat hiss edə bilməz, yaxşı ifadə edə bilməz, insanların olduğu mühitdən uzaqlaşmaq istəyərlər. İctimai fobiya yaxşı insani əlaqələrin qurulmasına əngəl olan psixoloji bir narahatlıqdır. İctimai fobiya, ümumiyyətlə ictimai vəziyyətdən narahat olmaq və qacmanız olaraq ifadə oluna biər. Sıxlıqla narahat olunan ictimai vəziyyətlər, kütlə qarşısında danışmaq, yeni insanlarla tanış olmaq,sosial mühitlər, qarşı cinslə dostluq əlaqəsi qurmaq,insanlar içində yemək yemək, ümumi ayaqyolulardan istifadə etmək, müəyyən bir mövqeyə malik olan adamlarla danışmaq və başqalarının fikirlərinə qarşı çıxmaq olaraq göstərilə bilər.

İctimai fobiyası olan insanlar nümayiş etdirdikləri davranışlara görə digər insanların onlar haqqında mənfi düşüncələr inkişaf etdirəcəklərinə inanırlar. Başqalarının onlardakı tərləmə,titrəmə, üz qızarması kimi qayğı əlamətlərini hiss edəcəklərindən ehtiyat edirlər.İctimai fobiyalı insanlar sıxlıqla narahat olduqları mühit və vəziyyətlərdən qaçmağa-uzaq durmağa çalışırlar.Bunu etmədiklərində isə, özlərini son dərəcə qayğılı və utanmış hiss edirlər. Narahat olan vəziyyət və mühitlərdən uzaq qaçmaq səyləri zaman-zaman panik hallarına yol aça bilər. İctimai fobiya utancaqlığın ağır və pozucu bir funksiya halıdır və insanın normal yaşamasına problemlər yarada bilər. Sağlam dostluq əlaqələri inkişaf etdirə bilməmək ,ictimai əyləncələrə qatılmamaq, qarşı cinslə əlaqə qura bilməmək ictimai fobiyanın yol açacağı problemlərdən bəziləridir. İctimai fobiya insanda yaratdığı narahatlıq səbəbindən depressiyaya da gətirib çıxara bilər.

İctimai fobiyanın səbəbləri nələrdir?

İctimai fobiyanın səbəbləri tam olaraq bilinmir.Ancaq müxtəlif faktorların bu vəziyyətə yol açdığını söyləmək olar:

1.Genetik səbəblər

İctimai fobiyası olanların utancaq, çəkingən ya da sosial fobiyası olan qohumları var.

2.Keçmiş yaşantılar

Sosial fobiyası olan insanların bir çoxu keçmişdə utanc hissetdiyi, aşağılanmış hissetdiyi, xəcalətli vəziyyətə düşdüyü yaşantılardan bəhs edərlər. Bu yaşantılar onlarda eyni şeylərin təkrarlanma qorxusunu ortaya çıxarır.

Tərcümə etdi:Temirova Məlahət Mənbə:yusufbayalan.com

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər