Gənc sənətçi: uşağınızın rəsmləri

Uşağınızın çəkdiyi şəkilləri sadə qaralamalar olaraq adlandıra bilərsiz. Amma məktəb öncəsində çəkdiyi rəsmlər, özünü ifadə etməsi üçün son dərəcə qiymətlidir. Uşağınızın etdiyi hər rəsm, gerçək bir “yaratma”dır. Məhz bu qaralamaları anlamanın yolları.

 Əlinə keçirdiyi hər bir qələmlə, olar olmaz hər yerə apardığı bu qaralamaları dəyərini kiçiltməyin. Uşağınız, hələ özünü ifadə edə biləcək qədər yetərli bir söz xəzinəsinə və yazma qabiliyyətinə malik deyil. Amma rəngli boyalar və ağappaq səhifələr bütün cazibədarlığı, “mənə özündən danış” – deyə onu çağırır. Uşaqlar xəyal güclərini əks etdirmək və hisslərini ifadə etmək üçün rəsm çəkirlər. Yaratdığı hər əsər uşağınızın duyğularını üzə çıxarmasında ona köməkçi olur.

 2 yaş

 Uşağınız; əl və göz koordinasiyanın yarandığı, rəngləri və formaları öyrənməyə başladığı bu dövrdə ilk qaralamalarını etməyə başlayır. 2 yaşındakı uşağınız gördüyünü və ya çəkmək istədiyini deyil, müxtəlif qaralamalarla bədəninin istədiyi şeyi çəkəcəkdir, çünki bu yaş uşaqları üçün şəkil çəkmək, əllərinin və ayaqlarının hərəkətini kağıza köçürməkdir.

 Əvvəllər sınıq – sınıq qısa xətlər, qol hərəkətləri ilə yaranan geniş ritmik xətlər, daha sonra bilək hərəkətlərinin yaratdığı qarışıq yumru xətlərdən ibarət olan və son dərəcə mənasız görünən bu qaralamalar, əslində gələcəkdə yazacaqları rəqəmləri və ya hərfləri təşkil edən xətlərdir. Uşağınız təsadüfi olaraq təşkil etdiyi xətləri özünün yaratdığını kəşf edir və hər böyük kəşfiyyatçı kimi bundan böyük həzz alır.

 Gücünün təzahürü və bu əks olunmadan aldığı həzz, uşağı, daha yaxşısını edənə qədər təkrar etməyə itələyir. Çəkmək üçün yalnız biləklərini deyil bütün qolunu istifadə etdiyindən; Bol-bol boş yerə ehtiyacı var, bu səbəblə böyük ölçülərdə kağız istifadə olunmasını təmin etməyiniz daha yaxşı olar. 3 yaşlarına doğru, rahat-rahat qaralamaq üçün divarların nə qədər uyğun olduğunu kəşf edərlər.

 Otağınızın divarındakı şah əsəri gördükdə “Nə etdin!” Deyərək ani reaksiya vermək əvəzinə, üzünüzdə gülümsəmə ilə bunu bir də kağız üzərinə edib etməyəcəyini soruşun. Şah əsərlərini soyuducunun üstünə, ya da divara asılmış görmək xoşuna gələcəkdir. Bu arada, 2 yaş dövründə, yaradıcılığını məhdudlaşdıracaq boyama kitablarından uzaq durun.

 3 yaş

Uşağınız 3 yaşından sonra dil və motor hərəkətlərinin inkişafı ilə birlikdə ətrafındakı əşyaları tanımağa və onlara aid simvolları tutmağa başlayır. Sizə yalnız bir qrup xətt kimi görünən rəsmi, hətta çox vaxt bir əvvəlkiylə tamamilə eyni olan bu bir qrup xətt; ona görə bəzən bir çiçək, bəzən bir ağac və ya bir insan da ola bilər. Bu yaşda uşaqlar adətən dairələr və kvadratlar çəkmək üçün xətləri birləşdirməyə başlayırlar.

 Bu şəkillərin içlərini boyaya bilər, içinə müxtəlif xətlər əlavə edə bilər, iki nöqtə qoyaraq gözləri deyə bilər ya da ətrafına xətlər qoyaraq bir çiçəyi və ya günəşi təsvir edə bilirlər. Tipik 3 yaş uşağı müəyyən bir şey etmək üzrə rəsmə başlamır, amma etdikdən sonra çəkdiyi şeyin bir ağac ya da qurbağaya bənzədiyini deyə, çəkdiyi şey ona bunları xatırlada bilər. Bəzən də gördüyü rəsmi uzun müddət heç bir şeyə bənzətməyə bilər, ya da o sadə, amma sadə olduğu qədər  müdrikliyi ilə “xətt” deyə bilər. Bu qaralamaların dadını çıxarın, çünki çox qısa bir müddət sonra müəyyən bəzi xətlər, bir əşyanın və ya əşyanın yerini alacaq və o həmişə elə çəkiləcəkdir.

 Bir ağac çəkməyə qərar verəndə həmişə eyni ağacı çəkəcək, hətta təmiz bir səhifə istəyib “Başqa bir rəsm edəcəyəm” deyəndə də yenə eyni ağacı çəkəcəkdir. Bu mərhələdə sizə düşən, uşağınızın yaratdığı şah əsər haqqında onunla tez-tez danışmaq və çəkdiklərini anlamağa çalışmaqdır. Unutmayın ki, özünü ən etibarlı və dəyərli hiss etdiyi anlar, onu bütün qəlbinizlə qulaq asdığınız anlardır. Çəkdiyi rəsmlərlə bağlı öz fikirlərinizi bildirməkdənsə, sizə nə çəkdiyini danışmasına icazə verin. İnanın ki, sahib olduğu xəyal gücü ilə sizi təəccübləndirəcək!

 4 yaş

 Rəngləri, simvolları və formaları real həyata çox uyğun olmasa da, bu yaşda uşağınız tam bir sənətkar namizədidir. Tipik 4 yaş uşağı obyektlərin necə görünməsinə dair olan qaydalara uyğun gəlməz. Bu dövrdə gördükləri şəkillər bildikləri deyil xəyal etdikləridir. 4 yaş dövründə uşağınızın xəyal gücü zirvə nöqtəsindədir, nağıllara düşgünlüyü də bundandır.

 Rəsmlərində istifadə etdiyi rənglərin gerçək həyatdakı cavablarına uyğun olub olmaması önəmli deyil, önəmli olan rəngin öz gözəlliyidir. Bir ağacın gövdəsinin qəhvəyi, yarpaqlarının yaşıl olduğunu bilir amma bunu başqa cür etmək onun üçün daha maraqlıdır. Rəsmlərinin həqiqəti, gözəlliyi və ya çirkinliyi ilə maraqlanmazlar.

 Onlar üçün əhəmiyyətli olan maraqla və həyəcanla təsvir etməkdir. Bunu bilməyiniz onu mühakimə etməmənizi, əsərlərinə müdaxilə etməmənizi təmin edəcəkdir. Hansı səbəblə rəsm edilərsə edilsin, mühüm olan uşağın bu tədbirdən duyduğu həzzdir. Səhvlərini vurğulamaqdan çox, özünəməxsusluğunu öyün. Arzuladığı xəyalı qurmasına icazə verin. Həyatlarımıza qatdıqları ən böyük gözəllik bu deyilmi?

4,5 yaş

Bu dövrdə uşağınız özünə ən yaxın və ən maraqlı gələn şeylərin şəklini etməyə başlayır. Yəni sizin… İlk insan simvolunu, girdə bir baş və xətt halında ayaqlar yaradır. Amma qısa müddətdə gözlər üçün iki kiçik dairənin və dodaq üçün bir xəttin olduğu bir sifət ortaya çıxacaqdır – saç və qulaqlar kimi detalları da əlavə edə bilər. Göz və ağız kimi hərəkətli orqanlar rəsmin mühüm elementləridir. Elə bu vaxtlarda gülümsəmənizin onun üçün nə qədər dəyərli olduğu bir daha ortaya çıxır. Əldə edilən hər yeni simvol onun öz kəşfidir, eynilə bu yaşlarda etdiyi digər hər şeydə olduğu kimi. Yaradıcılığının ən sıx olduğu dövrdədir, hələ edə bilməmək qorxusu yoxdur, azaddır, özünə güvənir, etdiyi hər işdə ən az oyun oynayarkən olduğu qədər ciddidir, çünki çox vacib bir iş görməkdədir. Məhz buna görə, uşağınızın etdiklərinə və yaratdıqlarına siz də fikir verin. Uşağınız böyük bir ciddiliklə çox əhəmiyyətli bir missiyanı yerinə yetirir, kəşf edir! Uşağınızı barmaq sayları ya da qol və ayaqların mövqeyi kimi məsələlərlə bağlı xəbərdarlıq etməyin. Gülümsəyən bir sifəti və ya çubuq adamı necə edəcəyi ilə bağlı məsələləri ona öyrədərək yaradıcılığını məhdudlaşdırmayın.

 5 yaş

5 yaşından sonra uşağınızın rəsmləri çox daha anlaşıqlı hala gəlir. Ətrafı haqqında verdiyi məlumatların artması ilə rəmzləri də şaxələnərək artır. Çəkdiyi rəsmlər hər bir uşağın ətrafına və təcrübələrinə görə fərqlilik göstərir. Göz kirpikləri, ya da heç bitməyəcək diş sıraları kimi şeyləri ətraflı və böyük ölçülərdə çəkə bilər. Lakin uşağınız insan çəkmək məsələsi ilə məşğul olmursa, onu zorlamayın. Heyvanları, maşınları və ya binalar kimi obyektləri təsvir etməklə daha bağlı ola bilər. Bu dövrdə rəsmləri yalnız xətt sistemi olmaqdan çıxıb, içini boyalarla doldurduğu şəkillər halına çevrilməyə başlayar. Bir müddət sonra da şəkillər kağız üzərində təsadüfi sadalamaqdan xilas olur və müəyyən bir nizam alır. Amma hələ ki, perspektiv yoxdur, şəkillər yer və göy xətti arasında bir yerlərdə sıralanır. Sizə düşən yaratdığı sənət əsərini təhlil etmək və ya təkliflər təqdim etmək deyil, onu sadəcə tərifləməkdir.

 Valideyn olaraq siz nələr edə bilərsiz?

· Uşağınızın mümkün qədər daha çox rəsm etməsi üçün imkan verin, rəsmlərini anlamağa çalışın.

· Ona boya qələmi kimi rəsm materialları alarkən, sağlamlığına uyğun olub olmadığına diqqət edin.

· Uşağınızın rəsmlərini fayla qoyaraq saxlayın. Bu, onun inkişafını daha yaxşı görə bilmənizi təmin edir.

· Çəkdiyi rəsmlər haqqında onunla danışaraq, həm dil, həm də duyğusal inkişafına kömək göstərə, həm də daxili dünyasına dair başqa yollarla izah edə bilməyəcəyi şeylər öyrənərsiniz.

· Rəsm çəkərkən əlinizdən gəldiyi qədər ona müşayiət etməyə çalışın. Siz bir şeylər yazarkən onun da rəsm edir olması, özünə inamını artıracaq, birlikdə olduğunuzu bildirəcəkdir.

 Uşaqlar rəsm yolu ilə həqiqətlə xəyal arasındakı fərqi öyrənirlər. Qeyd etdiklərini izah etmələrinə imkan tanınması, içində olduqları dünyaya baxışlarını dərk etməyinizə və uşağınızın zehni inkişafına köməkçi olur.

Tərcümə etdi:  Mustafayeva Sünbül  (Narınc könüllü qrupunun üzvü)

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər