Kivi maskaları

Kivi xüsusi bir meyvədir. Digər meyvələrdə olduğu kimi onun da tərkibində asitlər və daha çox C vitamini var. Kivinin bir başqa özəlliyi də həzminin çox asan olmasıdır.

Çox vaxt yeməkdən sonra yeyilən meyvə mədəni köpürdür, yediklərimizin yağa dönməsini asanlaşdırır. Ancaq burda iki istisna meyvə var: çiyələk və kivi.

Kivinin təribində olan asitlər dərinizi təzələyir. Ölü dərini təmizlədiyi üçün dəri canlanır, elastikliyi artır. Antibakterial özəlliyi olduğundan sızanaqlara yaxşı təsir edir.

C, B vitamini, kalsium, maqnezium, fosfor kimi minerallarla zəngindir. Ailem.az üz üçün effektli kivi maskalarını təqdim edir.

Bu maskaların hansını tətbiq edirsiz edin hər birini ilıq və soyuq suyla ardıcıl yuyun, yumşaq dəsmalla qurulayıb nəmləndirici sürtün.

Dilimlənmiş kivi halqaları

Tam yetişməmiş kivinin qabıqlarını soyun, sonra iti bıçaqla nazik dlimlərə ayırın. Halqaları üzünüzə düzüb 5-15 dəqiqə belə saxlayın.

Kivi suyu ilə kompres

Kivini blendrlə maye halına gətirin. Steril sarğı parçasını bu suya batırıb üzünüzə kompres edin. 10 dəqiqə belə edə bilərsiz.

Kivi suyu + gil

Kivi suyuna bir miqdar gil əlavə edib təmiz kiçik taxta qaşıqla krem halına gətirin. Üzünüzə sürtüb 10 dəqiqə gözləyin. Yağlı və sızanaqlı dərilər üçün çox effektlidir.

Qalın və yağlı dəri

Dəriniz yağlı və qalındırsa, kivi maskaları sizin üçün idealdır. Dərinizdəki məsamələri sıxlaşdırar və yağlanmanı nizamlayar. Tam yetişməmiş kivi istifadə edin. Həftədə iki dəfə 15 dəqiqəlik kivi maskası edin. Əgər sızanaqlarınız varsa, gilli maska seçin.

Yağlı və incə dərilər

Kivinin tərkibindəki C vitamini sayəsində kollagen sintezi artar və dəri gərilər. Həftədə 2 dəfə 5 dəqiqəlik maskalar sizə yetərlidirİncə və quru cild

Ən həssas dəri tipidir. Baxıma çox ehtiyacı var. Özəlliklə kivinin qabıq qismini istifadə edn. Həftədə 2 dəfə 5 dəqiqəlik.

Normal dəri

Kivi maskaları bu cür dərinin rəngini daha da açar, müsbət effekt verər. Həftədə 2 dəfə 10 dəqiqəlik edin.

ailem.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər