Daban çatları

Daban çatları xanımlarımızı narahat edən mövzulardan biridir. Bəzən bu çatlar sadəcə çat olaraq qalmır, eyni zamanda ağrı da verir ki, bu da gəzməyimizə maneçilik törədir. Ancaq bu problemə tək xanımlarda deyil, kişilərdə də rast gəlinir.

Daban çatlarını bitki əsaslı müalicə ilə sağaltmaq mümkündür. Bunun üçün 10 aspirin həbini əzin və vazelinlə qarışdırın. Qatı krem halında məhlul əldə edəcəksiniz. Bu məhlulu dabanınıza çəkin. Təsir etməsi üçün də ayağınıza corab geyin. 6 saatdan sonra corabı çıxara bilərsiniz. Çatların yumşaldığını görəcəksiniz.

Digər bir çarə də qliserinlə limondur. Limon suyu ilə qliserindən eyni miqdarda  götürərək qarışdırın. Ayağınızın hər tərəfinə, xüsusilə də dabanlarınıza bu məhluldan çəkin. Ertəsi gün ayaqlarınızın yumşaldığını və çatların artıq əvvəlki qədər sizi incitmədiyini görəcəksiniz.

Daban çatları üçün alma sirkəsi ilə suyun qarışımı da gözəl dərman vasitəsidir. Alma sirkəsi su ilə birlikdə dabanları yumşaldır və bu problemin aradan qalxmasına zamanla kömək edir. Bu qarışımdan adətən ayaq pilinqindən sonra istifadə edirlər.

Daban çatlarına xeyir edən maddələrdən biri də dəniz duzudur. Dəniz duzu dabanda çatlar nəticəsində əmələ gəlmiş sərtliyi aradan qaldırır. Onu istəyə görə zeytun yağı ilə qarışdararaq dabana vurmaq olar.

Daban çatları üçün tərkibində E vitamini olan kremlərdən istifadə etmək lazımdır. E vitamini çatları qısa müddət ərzində yaxşılaşdırır.

Çatlarda sərtləşməsi olanlar duşdan sonra mütləq dabanlarını daban daşı ilə sürtməli və dabandakı ölü dəriləri ayaqdan uzaqlaşdırmalıdırlar. Dabanında dərin çatlar olan kəslər nəticəni ilk istifadədən sonra görməyə bilərlər. Daban çatlarına nə qədər gec müdaxilə edilirsə, yaxşılaşma müddəti də bir o qədər uzanır. Buna görə də səbrli olmaq və müalicəni mütəmadi olaraq davam etdirmək lazımdır. Bir ay ərzində həftədə iki dəfə bu yazılanlara əməl etmək lazımdır.

Dabandakı çatların qarşısını almaq üçün mütləq corab geymək lazımdır. Dabanında çatlar yaranan xanımların böyük əksəriyyəti adətən corab geyməyənlərdir. Yaz və yay aylarında corab geyə bilməyən və ya geymək istəməyən xanımlar hər axşam yatarkən dabanlarını vazelinlə nəmləndirməlidirlər. 

Əgər dabanınızdakı çatlar yüngüldürsə və yeni yaranmağa başlayıbsa, o zaman yuxarıda yazılanları 2 dəfə etməklə artıq yaxşılaşma hiss edəcəksiniz.

Gün ərzində ayaq üstə çox duran və mütəmadi olaraq açıq dabanlı ayaqqabı geyənlər bu kimi problemlə daha çox rastlaşırlar. Buna görə də belə insanlar axşam evə gələndə ayaqlarını dəniz duzu və su ilə vanna etməlidir. Bu, həm ayaqdakı yorğunluğu aradan götürəcək, həm də daban çatlarının yaranmasının qarşısını alacaq. Dabanı açıq ayaqqabı geyən şəxslər isə artıq dabanı örtülü ayaqqabılar da geyməli və ayaqqabıları mütləq havaya görə seçməlidirlər. Çox isti havalarda dabanı açıq ayaqqabı geyməmək məsləhətdir. Çünki günəş şüaları dabanlara güclü təsir edərək onlarda çat əmələ gətirir.

qadin.net

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər