Doğru saç kəsimi ilə gözəlləşin

Unutmayın, hər saç şəkli və hər rəng hər kəs üçün doğru deyildir.Sevdiyiniz bir aktrisanın saç düzümünü bəyənib dərhal saç ustanıza “bundan istəyirəm” deyirsiz və nəticə qarşısında şok olursuz.

Yuvarlaq üzünüz varsa, onu uzun və incə göstərmək daha düzgündür. Bu nəticəni əldə etmək üçün saçınız çənənizi keçəcək şəkildə uzun olmalıdır. Kəsimi yumşaq qatlar və sivri uclarla formaya salın. Kəskin kəsimlərdən uzaq durun. Dalğalı qısa saçlar yuvarlaq üz xanımlara məsləhət deyil.

Kənarlı çıxıntılı üzlər. Bu cür üzünüz varsa, demək, güclü və detallı bir çənə xəttiniz var. Uzun və düz saç stilləri bu kəskin özəllikləri yumşaldır. Kəsiminizi dalğalı, ya da dağınıq uclarla gözəlləşdirin. Qısa və sivri uclu kəsimlər də tətbiq edə bilərsiz. Yalnızca tellərinizin onu daha yumşaq göstərməsi üçün çənə cizginizə doğru bucaqlı olduğundan əmin olun.

Oval üzlər. Bu cür üzlərə demək olar ki, hər saç stili yaxşı gedir. Əgər gözləriniz çox gözəldirsə, küt və yana yatıq olan saç kəsimlərini edin. Dalğalı, ya qalın saçlarda küt kəsimlər etməyin.

Uzun üzlər incə olduğundan bu cür üzə genişlik verəcək saç kəsimi etmək lazımdır. Dalğa, ya qıvrımlar üzə bir az genişlik verir. Çox uzun və çox qısa kəsimlərdən uzaq durun. Bu cür saçlar uzun üzləri daha da uzun edir.

big.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər