Yaş gizlətmək çoxdanın dəbidir. Xüsusilə xanımlar bu məsələdə daha fəaldırlar. Başa düşmək olar, hamı özünü daha cavan təqdim etmək istəyir. Amma özünə baxmayan, sağlamlığının qayğısına qalmayan insanlar yaşlarını gizlədəndə yalanları daha qabarıq şəkildə büruzə verilir. Yaşını azaldan insan cavan qalmağının qayğısına elə qalmalıdır ki, yaşadığı illərin sayını azaldanda inandırıcı olsun.
Yaşadığınız illərə görə yaşınızın daha az verilməsini istəyirsinizsə, aşağıdakılara diqqətlə nəzər yetirin.
- Normal yuxu
Normal və sağlam yuxu insanın ömrünü 5-6 il uzadır və öz yaşından 5-10 il cavan göstərir. Normal yuxu dedikdə o nəzərə alınır ki, insan səhər yuxudan oyandıqda özünü tam rahat və gümrah hiss edir. Bu yuxunu təmin etmək üçün saat 11-dən gecə 4-dək olan yuxu vacib sayılır. Məhz bu zaman orqanizmdə melatonin hormonu daha çox istehasal olunur ki, bu da yaşla bağlı bir çox xəstəliklərin qarşısını alır.
- Fiziki fəallıq
Daim hərəkətdə olmaq, fiziki fəallıq 10 il ömrü uzadır. Həftədə 5 dəfə yarım saatlıq sürətli gəzinti sizi yaşınızdan çox cavan göstərəcək. Ən azı təqvim ilinizdən 5-6 il cavan görünəcəksiniz. Belə olan halda yaşınızı gizlətsəniz heç kimdə şübhə yaranmayacaq.
- Gülmək
Gün ərzində gülməyə, şənlənməyə bəhanə tapsanız, elə gülə-gülə də ömrünüzü 5 il uzatmış olacaqsınız. Belə olan halda yeni tanışlarınızdan yaşınızı 5 il gizlətsəniz heç kim sizə gülməyəcək.
- Maye qəbulu
Gün ərzində ən azı 2 litr su qəbul etsəniz su kimi aydın görünəcəksiniz. Gözəl görünməyinizlə yanaşı bu vərdiş ömrünüzü 5 il uzadacaq. Amma qazlı şirin sular, mənşəyi bilinməyən şirələr, bəzəkli etiketlərlə insanı cəlb edən limonadlar yaşınızı gizlətdiyiniz hallarda sizə yardımçı ola bilməyəcək.
- Şəkər və şirniyyat
Orqanizmə acılıq qatan şirniyyatdan istifadə etmək də yaşınızı gizlətmək üçün sizə böyük imkanlar verəcək. Şəkərdən istifadə etməklə siz yaşınızı rahatlıqla gizlədə bilərsiniz. Amma əks tərəfə. Əgər 30 yaşınız varsa rahatlıqla deyə bilərsiniz ki, artıq 40 yaşım var. Çünki şirniyyat məhsulları sizi 10 il vaxtından əvvəl qocaldacaq.
- Meyvə və tərəvəz
Müntəzəm olaraq meyvə və tərəvəzdən istifadə etsəniz istənilən vaxt yaşınızı dana bilərsiniz. Həqiqi yaşınızı söyləsəniz də sizə heç kim inanmayacaq. Çünki meyvələr sizə əlavə 5-7 il ömür verəcək, tərəvəz isə sizi təzə-tər göstərəcək.
- Normal intin həyat
Normal intim həyat cavan görünməyin əsas şərtlərindən biridir. Bu cəbhədə fəallığınız normaldırsa heç yaşınızı gizlətməyə də ehtiyac yoxdur. Tanışlarınız sizə özləri qiymət verəcəklər. Yaşınızın üstünə yaş gəlsə də elə eyni rəqəmi söyləyəcəklər.
Yaşınızı gizlədəndə yuxarıdakıları nəzərə alın və əməl edin ki, inandırıcı olsun.
modern.az