Baş ağrıları – əsasən kiçik və gənç yaşlı uşaqlarda rast gələn nasazlıqdır. Körpələrdə bu çox nadir hallarda rast gəlir. Doğru qurulmamış gün rejimi, yorğunluq, beyinin gərgin fəaliyyəti, havasız yerdə qalma, yuxusuzluq kimi hallar, bir qayda olaraq, baş ağrılarına səbəb olur. Valideynlər uşaqlarda baş ağrılarının nə zaman başladığını, onların intensivliyini, yerləşməsini və baş ağrılarını müşahidə edə biləcək başqa əlamətlərini (qusma, baş gicəllənmə, görmə qabiliyyətinin zəifləməsi, tərləmə) uşağın davranışında və şəxsiyyət baxımından xüsusiyyətlərin dəyişikliklərinin olub olmamasını aydınlaşdırmalıdırlar. Qızlarda baş ağrıları menstrual sikl ilə (aybaşı) bağlı ola bilər.
Görmə qabiliyyətinin pozulması ilə əlaqədar baş ağrıları uşaqlarda uzun müddətli gərginlik nəticəsində yaxından görmə, uzaqdan görmə və ya akkomadasiya (kəskin əksi almaq üçün göz almasında işığın sınma bucağının dəyişmə qabiliyyətinin zəyifləşməsi) əmələ gəlir.
Yardım: uşağı tez bir zamanda göz həkiminə göstərmək lazımdır.
Boyun və baş əzələlərinin gərilməsi nəticəsində əmələ gələn baş ağrıları yeniyetmə dövründə daha tez-tez rast gəlir. Adətən bu baş günün sonuna doğru artır və yuxudan sonra isə keçir.
Yardım: valideynlər nəzarət etməlidirlər ki, uşaq məşğələ zamanı (dərslərini edərkən) eyni vəziyyətdə uzun müddət oturmasın. Məşğələlər arası, hər 30-40 dəqiqədən bir fasilə vermək lazımdır. Eyni zamanda uşaqlara boyun əzələlərinin gərginliyini aradan qaldırmaq məqsədi ilə bəzi fiziki hərəkətlər etmək məsləhət görülmür.
Miqren: miqren zamanı baş ağrılarının səbəbi beyinin qidalanmasında mühüm rol oynayan qan damarlarının qeyri-adı genişlənməsi və döyünməsidir. Bir çox ailələrdə miqren xəstəliyindən ailə üzvlərinin bir neçəsi əziyyət çəkir. Baş ağrıları başlamazdan əvvəl “aura” olur: uşaq gözünün qabağına ləng hərəkətdə olan ziqzaqa bənzər xəttlər və ikiləşmiş şəkildə görünən əşyalardan şikayət edir. Eyni zamanda uşaqda hərəkətlərin kordinasiyasının pozulması və ya ona müraciət edənlərin nitqini başa düşməməsi kimi hallar müşahidə olunur. Auradan sonra ürək bulanması və qusma ilə müşayət olunan baş ağrısı tutması baş verir. Tutma 1-2 saatdan çox müddətinə qədər davam edə bilər. Bir çox hallarda baş ağrıları aura olmadan başlayır. Belə hallarda “hissə-hissə miqren” tutmaları olur. Belə tutmalar zamanı qusma olmur. Tez-tez müşahidə olunan baş ağrıları beyin damarlarının sıxılması və qan təzyiqin artması (hipertenziya) nəticəsində baş verir.
Yardım: uşaq mütləq nevropatoloq tərəfindən müayinə olunmalıdır.
Kəllə daxili təzyiqin artması, ürəkbulanma və qusma kimi əlamətlərlə müşahidə edilən baş ağrıları bir çox xəstəliklərdə rast gəlir. Beyin şişləri zamanı da baş ağrıları tez-tez rast gələn əlamətdir.
Yardım: mütləq uşaq nevropatoloq və neyrocərrah tərəfindən müayinə olunmalıdır.
Baş ağrıları həçinin kəskin respirator infeksiya, ac qalma, diabet, qulağın iltihabı və s. kimi hallarda da meydana çıxa bilər.
tibb.az