Capgras sindromu ən qısa tərifiylə tanış adamların əvəzinə, onlara çox bənzəyən saxtakarların keçmiş olduğuna dair hallusinasiyalarla xarakterizə bir sindromdur. Bu sindrom nadir olaraq görülür və daha çox şizofreniya anlayışı içində yer alır.
Ona bəzəyirsən, çox bənzəyirsən, hətta bəlkə qohumsunuz; Aranızdakı yeganə fərq onun parlaq bir şahin və bir şahzadə, səninsə bir bayquş və satıcı olmağındır.
Ecinnilər / Dostoyevski
Uc və ilişməli fikirlər.
Uc və ilişməli fikirlər.
Capgras sindromu ilə bilinən bu psixotik pozğunluq, ilk dəfə 1923-ci ildə Fransız psixiatr Capgras tərəfindən ətraflı şəkildə təqdim edilmişdir. Psixiatr, mirasını əldə etmək və mülkünü əlindən ala bilmək üçün əvvəl ərinin və sonra qızının yerini alan saxtakarlardan – ya da həqiqətin tamamilə oxşarı olan surətlərdən – söz edən bir qadının halını qeyd etmişlər. Bu iki uc və ilişməli fikir, özündən başqa bir psixoloji narahatlıq ya da zehni pozğunluq ilə birlikdə ortaya çıxmadığı üçün daha da maraqlı və mürəkkəb bir hal almaqdadır.
Sindrom şizofreniyanın bir əlaməti olaraq görülə bilər.
Bu vəziyyət, hallusinasiya pozuntulardan biri kimi təsnif oluna biləcəyi kimi, şizofreniyanın bir əlaməti olaraq da görülə bilir. Bu sindromu ortaya çıxara bilməsi üçün psixotik prosesin nəticəsi olaraq həqiqəti qiymətləndirmə bacarığının pozulmuş olması lazımdır. Capgras, hallusinasiya prosesində özgəlik hiss etmə, güvən duymamaq ilə gedən bir paranoid tendensiyanın olduğunu açıqlamışdır. Son illərdə paryetal lob funksiya pozğunluğuna bağlı olaraq da ortaya çıxa biləcəyi irəli sürülmüşdür. Capgras sindromuna psixodinamik bir məna da yüklənir. Xəstə pis xüsusiyyətləri ilə tanıdığı ya da özünə bir sıra pis xüsusiyyətlər yükləyən adamı kənarlaşdırmaqda ancaq günahkarlıq duyğuları və ambivalans tutumu səbəbi ilə bu adamı kənarlaşdırır olmasının şüura çıxmasınına izn vermir. Bu səbəbdən qarşı-qarşıya gəldiyi adam ilə əlaqədar duyğularını o adamın yerinə keçən yoldaşına, onun saxtasını yönəltməkdə, beləliklə bu adam daha asan kənarlaşdırıla bilməkdədir. Bu sindromun necə nəticələndiyi yoldaşlıq etdiyi psixozun müalicəsində əldə edilən uğurla bağlıdır.
“Qarşımdakı üz qardaşıma aid, lakin qardaşım deyil…”
Məşhur Hindli nevroloq Vilayanur S.Ramachandran ortaya atdığı bir iddaya görə sindromun səbəbi, üzləri verməyə yarayan temporal lob ilə tanınan üzlərə duyğusal mənada reaksiya verməyi təmin edən limbiq sistem arasındakı əlaqənin bir şəkildə zədə görməsi və düzgün işləməməsidir. Bu zədə üzündən xəstə, qarşısında gördüyü tanıdığının üzünü tanımaqda, amma xəstə bu sifətə qarşı duyğusal mənada reaksiya yaratmır. Xəstə, qardaşı ilə qarşılaşanda və üzünə baxdıqda, qarşısındakı üzün qardaşının olduğunu bilir lakin duyğusal mənada ona “bu mənim qardaşım” hissini içində hiss etməz. Qarşıdakı üzü tanıyan amma hər hansı bir hiss oyatmayan beyin isə bu vəziyyəti xarakterizə etmək üçün “qarşımdakı üz qardaşıma məxsus amma qardaşım deyil” hallusinasiyası yaradır.
Capgras sindromlu hallar araşdırılır.
Mövzu üzərində aparılan iş üçün 2 ay içərisində dərhal dərhal eyni zamanda xəstəxanaya yatan, paranoid şizofreniya diaqnozu almış 8 Capgras sindromlu hal, Capgras sindromu olmayan 8 hal ilə müqayisə edilmişdir. Hallar xəstəxanada qalış müddətləri, yatış sıxlıqları, xəstəlik müddətləri, müalicəyə verdikler cavab, istifadə edilən antipisixotik doza, əlavə müalicə üsulları, xəstəxanaya yatış ayları kimi xüsusiyyətləri prizmasından qiymətləndirilmişdir. Capgras sindromlu xəstələrin, atipik nevrotiklərə daha yaxşı cavab verdikləri hal sayı artırılaraq bu nəticələrin təsdiqlənməsi lazım olduğu qənaətinə gəlinmişdir.
Bir xəstənin xatirələri.
Capgras sindromuna tutulmuş bir xəstənin yaşadıqlarından bəhs edən maraqlı bir nümunə:
Hər şey mənə bir az qəribə görünməyə başlayır, bir qədər süni kimi məsələn. Bəzən, ətrafımdakı heç bir şeyin həqiqət olmadığı hissinə qapılıram. Sanki hər şey bir səhnə və hər kəs bir rol oynayır. Kimə doğrudan etimada bilirəm? Sonunda cəsarətimi toplayıb bu vəziyyətdən arvadıma söz etdim.
Mənə qəribə bir şəkildə baxdı və bir həkimə getməyimin lazım olduğunu söylədi. Bu davranış onun görəcəyi şey deyil. Əslində, qulağa dəlicəsinə gəlir bilirəm, amma getdikcə daha tez-tez, bu qadını həqiqətən tanıyıb tanımadığımı düşünməyə başladım. Son zamanlarda çox əsəbi və narahat görünür; Əvvəllər heç belə deyildi. Əslində tam olaraq nəyin dəyişdiyini söyləmirəm amma bütün bu xırda dəyişikliklər, mənə bəzən onun əslində mənim arvadım olmadığını düşündürür. Evlediğimiz zamanlarda çəkilmiş köhnə bir sıra fotoşəkillərlə, yaxın zamanlarda çəkilmiş olanları müqayisə etdikdə, bu dəyişikliklərdən bəzilərini həqiqətən görə bilərsiniz. Barmaq izlərini müqayisə etmək bir şeyləri sübut edə bilir mi deyə düşünürəm…
Nəticə olaraq bu sindromdan əziyyət çək olan xəstələr yaxın münasibətdə olduğu şəxslərin yerini eyni görünüşdə olan, amma saxtakara bənzərlərinin aldığı özünə bu şəkildə bir sui-qəsd qurulduğu hallusinasiyası xarakterizə psixotik pozğunluq.
Mustafayeva Sünbül Münasib qızı
Narınc Könüllüler qrupunun üzvü