- Mismar adam
Koloradoda bir adam diş ağrısı və görmə pozuqluğu narahatlığı ilə həkimə gedib. Çəkilən rentgen, adamın özünü mismar tapançası ilə vurduğunu göstərib. Xəstə bunu fərq etməyib. - Cehiz dəsti xəstəliyi
Hollandiyada 52 yaşında bir qadın keçdiyimiz illərdə mədə ağrısıyla həkimə gedib. Mədəsi təmizlənən qadının 78 ədəd çəngəl və qaşıq udmuş olduğu ortaya çıxıb. - Çox amma çox şanslı olmaq
Amerikada 41 yaşında bir qadın həddindən artıq doza dərman istifadəsi ilə şüurunu itirib. Həkimlər qadının öldüyünə qənaət gətirib və vəsiyyəti üzərinə hədiyyə üçün orqanlarının çıxarılmasına qərar verilib. Qadın tam da neştər vurulmadan saniyələr əvvəl gözlərini açıb. On saniyə gec oyansa olacaqları düşünün.. - İki qəlb
San Diegoda bir xəstə hipertəzyiq və ürək çatmazlığı problemi yaşayırdı. Həkimlərin bu problemə həlli isə maraqlıdır: Mövcud ürəyin yanına bir də sağlam ürək əlavə etmək. İndi çox sağlam olan adamın sinəsində iki ürək var. - Qələm qılıncdan itidir
Gənc bir adam başağrısı üçün həkimə getdiyində az qala 5 sm-lik bir karandaşın beyninə batdığını öyrənib. Adam kiçikkən qələmin üstünə düşüb, qələm də burnundan içəri girib. - Maqnit sahəsi
Hər uşaq kiçik topları ağzına götürər, bəzisi də udar. Amma heç biri bu kiçik hindli qız kimi də etməz. Hindistanda 8 yaşındakı bir qız uşağı “şəkərə bənzəyir” deyərək 30 dənə maqnitli kiçik topu udub. Mədədə yaranan qarışıqlığı təxmin edə bilərsiniz. - Buynuzların zəfəri
5 yaşındakı bu kiçik uşaq alınındakı doğum ləkəsindən xilas olmaq istəyib, həkimlər isə çox maraqlı bir yol tapıblar. Uşağa zamanla yox olacaq iki ədəd süni buynuz əlavə ediblər. Müalicənin detallarını bilməsək də gördüyümüz qədəriylə çox müvəffəqiyyətli olduğunu söyləyə bilərik. - Əllər və ayaqlar bir-birinə dolaşdı
9 yaşındakı Ming Li keçirdiyi yol qəzası nəticəsində bir ayağını itirib, bir əli isə qopmuş vəziyyətdə olub. Əlin geri tikilməsini o an üçün mümkün görməyən həkim zidd bir müalicəyə girişib: Əli əvvəl qopan ayağa tikmək və yaxşılaşmasını gözləmək! Üç ay ərzində ayağa dikili qalan əl sonrasında təkrardan kiçik qızın qoluna dikilib. İnanılmaz bir müvəffəqiyyət hekayəsi! - Körpə içində körpə
Budur tibb tarixinə girmiş bir hadisə. Hindistanda yaşayan bu adam həmişə mədə ağrısından şikayətçiymiş. Kiçikliyindən bəri böyük olan göbəyi yaşamasını çətinləşdirib və nəticədə ailəsi onu həkimə aparıb. Hər kəs qeyri-adi bir şiş ilə qarşılaşmağı gözləyərkən adamın qarnından bu şəkildəki digər körpə çıxıb. Hamiləlikmi? Xeyr. Adamın əslində mədəsində varlığını əsla bilmədiyi bir yapışıq əkizi olub. - Göbəkdə barmaq
Çindəki gənc bir dülgər iş qəzassından ötəri barmağını itirib və həkimi barmağı təkrardan böyütmək üçün nə edib deyərsiniz? Göbəyə tikib. Daha da inanılmaz olanı isə bu əməliyyatın işə yaramasıdır.
bizimyol.info