Qarnım niyə böyüyür? 4 təhlükəli səbəb

Qarnın böyüməsi ciddi xəstəliklərin simptomu ola bilər.

Bu səbəbdən əgər siz özünüzdə bu simptomu müşahidə edirsinizsə, diqqətli olun, həkimə müraciət edin və lazım olduqda müayinələrdən keçin.
Qarnın böyüməsi müxtəlif pozulmalar nəticəsində inkişaf edir. Bu pozulmalar arasında:

  • Abdominal piylənmə (piylərin qarın boşluğunda yığılması). İnsanın orqanizmində müəyyən miqdarda piy olmaldır. Bu normal fizioloji haldır. Lakin orqanizmdə piylərin normadan artıq yığılması təhlükəlidir. Artıq piy qarın boşluğunda yığılmağa başlayır ki, nəticədə insanın qarnı böyüyür. Buna visseral piy deyilir.
    Visseral piy orqanların (mədənin, qara ciyərin, böyrəklərin, bağırsaqların) ətrafında yığılır və onların qan dövranını pozur. Piyin burada yığılması ürək-damar sistemi xəstəliklərinin, şəkərli diabetin riskini artırır.
    Abdominal piylənmənin obyektiv və ən həssas gostəricisi belin dairəsinin ölçüsüdür. Beynəlxalq diabet federassiyasının rəyinə əsasən, belin dairəsinin kişilərdə 94 sm-dən, qadınlarda isə 80 sm-dən yuxarı olması abdominal piylənmənin inkişafına işarə edir.
  • Assit (qarın boşluğunda mayenin yığılması). Normada qarın boşluğunda cüzi miqdarda maye olur. Bu maye bağırsaqların daha rahat sürüşməsinə kömək edir və bitişmələrin əmələ gəlməsinə mane olur. Lakin bəzi ağır xəstəliklər zamanı (qara ciyər sirrozu, qara ciyər xərçəngi, bəzi ürək xəstəlikləri, şiş xəstəlikləri və s.) maye burada çoxlu miqdarda yığılır və nəticədə qarın böyüyür. Bu çox təhlükəli simptomdur.
  • Qarın boşluğu şişləri qarnın böyüməsinə səbəb ola bilər.
  • Qadınlarda bəzi ginekoloji xəstəlikləri zamanı (mioma, yumurtalıqların kistaları, yumurtalıqların xərçəngi) qarın xeyli böyüyə bilər.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər