COVİD – 19 VƏ QORXU PSİXOLOGİYASI.

COVID-19 ilə bağlı yeni məlumatlar getdikcə genişlənir və bəzi insanları narahat edir. Narahatlığınızı idarə etməyə, xəbərləri adekvat təhlil etməyə və müsbət bir əhval-ruhiyyəni qorumağa kömək edən bəzi tövsiyələr:

*İlk növbədə təşvişə düşməyin. Yetkin bir vəziyyətdə olun. Ekoloji təfəkkürünüzü işə salın, baş verənlərə mümkün qədər uyğunlaşın. Enerjinizi, resurslarınızı bizdən asılı olmayan sahələrə sərf etməyin. Daim qorxu və həyəcan hissinin keçirilməsi orqanizmdə həddindən artıq yorğunluğa səbəb olur. YADDA SAXLAYIN: koronavirusdan qorunmaq üçün vacib amillərdən biri də, insanın buna özünü psixoloji tərəfdən hazırlamasıdır.

*Ümumdünya Səhiyyə Təşkilatı qurumundan məlumatlarla tanış olun. Yalnız faktlara və təsdiq edilmiş informasiyalara etibar edin.

*Qərargahımızın bütün tövsiyələrinə ciddi əməl edilməlidir. Hər kəs nə qədər dövlət tərəfindən qoyulduğu qaydalara riayət edərsə, bir o qədər təhlükəsizlik olacaqdır.

  • Uşaqlarınızla ünsiyyət qurun. Koronavirusun xəbər yayımını yaşa uyğun məlumatlarla müzakirə edin. Valideynlər uşaqları gündəlik və cədvəllərə yönəltməklə sıxıntıları aradan qaldırmağa kömək edə bilərlər.
    Unutmayın ki, uşaqlar bu müddət ərzində öz hisslərinizi necə idarə etməyinizə dair davranışlarınızı və duyğularınızı müşahidə edəcəklər. Təlaşlı davranışlar azyaşlı uşaqları qorxuda bilər və gələcəkdə travmalara səbəb ola bilər.

*Mütəxəssisdən kömək ala bilərsiniz. Həddindən artıq bir əsəbilik, uzanan kədər, iş fəaliyyətinə və ya insanlararası münasibətlərə mənfi təsir göstərən digər uzunmüddətli reaksiyalar hiss edən insanlar psixoloq və psixoterapevtlərlə məsləhətləşə bilərlər.

Özünüzü qoruyun!
Sağlam qalın!

Mənbə:
www.psixologiyainstitutu.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər