Uşaqlar üçün ən faydalı 10 qida

Bu qidaları uşaqlarınızın rasionundan əskik etməyin

Gələcəyimiz olan uşaqların sağlam böyüməsi üçün sağlam mühit və qidalanma vacibdir. Ailem.az mütəxəssis fikirlərinə əsaslanaraq, uşaqlar üçün faydalı 10 qidanı sizə təqdim edir. Bu qidaları uşaqlarınızın qida rasionundan heç vaxt əskik etməyin.

Uşaqlarınız üçün çox əhəmiyyətli olan meyvələr onların qidalanmasının mühüm bir hissəsidir. Axşam yeməyindən əvvəl iki yerə bölünmüş bir alma çox faydalı olacaq. Həm də unutmayın ki, alma nə qədər rənglidirsə, bir o qədər də faydalıdır. Təzə, tünd qırmızı meyvə və tərəvəzlər antioksidan baxımından zəgindir.

Uşaqlara tərəvəz yedizdirmək o qədər də asan deyil. Tərəvəzləri yeməklər qataraq verin və bir az yaradıcı olun. Yaşıl yarpaqlı tərəvəzlər, ispanaq, çuğundur qandakı oksigeni artırar və tərkibində qanı təmizləyən xlorofil olduğundan uşaqlar üçün faydalıdır.

Çərəzlər uşaqların yağ ehtiyaclarını sağlam şəkildə qarşılayar və enerji qazandırar.

Yer fındığı əzməsi mükəmməl bir protein, maqnezium, dəmir qaynağıdır. Kəpəkli çörəklə bir yerdə uşaqlarınıza sendviç hazırlaya bilərsiniz.

Balıq uşaqlarınızın sağlamlığı üçün çox əhəmiyyətlidir. Ton balığının tərkibindəki protein, omeqa 3 uşağınızın inkişafı üçün olduqca xeyirlidir.

Uşaqlarınızın yeməklərinə mütləq pendir əlavə edin. Yağsız, süzmə pendir və keçi pendirinin ideal protein qaynağı olduğunu unutmayın.

Tam taxıl məhsulları. Kəpəkli makaron, tam taxıl çörəkləri, səhər yeməyi üçün xırtıldayan çörəklər, qara düyü, un… Makaron, plov şəkilində uşaqlarınıza verdiyiniz bu məhsullar protein baxımından zəngindir.

Protein, karbohidrat və dəmir baxımından zəngin olan lobyaları yemək və salatlar şəklində verin.

Patlamış qarğıdalı uşaqların əyləncəsi üçün ideal bir seçimdir.

Su, meyvə suları və süd uşaqların qida rasionunda xüsusi yer tutmalıdır.

Ailem.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər