ƏRZAQLAR:
1 qutu “kedi dili” biskviti
1 stəkan şəkər tozu
2 stəkan kofe
2 ədəd yumurta
200 qram “labne” pendiri
300 qram krem şanti
Bir qədər kakao
HAZIRLANMASI:
- Yumurta və şəkəri mikserlə qarışdırın. Sonra üzərinə “labne” pendirini də əlavə edib yaxşıca qarışdırın. Bir az çaldıqdan sonra “Krem Şanti”ni də oraya əlavə edib, 10-15 dəqiqə də qarışdırın. Sonra həmin qarışığı soyuducuya qoyub 1 saat saxlayın.
- Kofeni 1 stəkan qaynar suda həll edin.
- “Kedi dili” biskvitlərinin yarısını tək-tək suda əritdiyiniz kofedə isladıb qabın alt dibinə düzün. Üzərinə hazırladığınız kremin yarısını yayın. Qalan biskvitləri də kofedə isladıb kremin üstünə düzün və qalan kremi də əlavə edib yayın.
- Hazırladığınız tiramisunu ən azi 2 saat soyuducuda saxladıqdan sonra üzərinə kakao səpin.