Dəbə təsir edən məşhur gözəllər

Qıza bir cüt dikdaban ayaqqabı verin və o, bütün dünyanı fəth edəcək

Bu qızların adlarının çəkilməsi ilə dərhal dəqiq obraz meydana çıxır.Onları başqasıyla qarışdırmaq mümkün deyil. Onlardan çoxunu tanıyırsınız və əgər kiməsə bu xanımlar yaddırsa, bizim məqaləmiz sizə nəinki kimin kim olduğunu anlamağa kömək edəcək, həmçinin də bu “ikona”ların unudulmaz geyim tərzi və psixologiyası ilə yaxından tanış edəcək.

Odri Hepbern (04.05.1929, Brüssel 20.01.1993, Toloşenaz, İsveçrə)
Məşğuliyyət növü: aktrisa.
Dəbə təsiri: günəşdən qoruyan eynəklər, geniş şalvarlar, zınqırov ətək, aksesuarlar Odrinin qarderobunun fərqləndirici xüsusiyyətləri idi. Aktrisa həmişə belinin zərifliyini vurğulayırdı.
Sitat: “Amerikalılar öz psixoanalitikindən asılı olduğu kimi mən də Yiber Jivanşidən (modelyer) eyni asılılıqdayam”.

Merilin Manro
Məşğuliyyət növü: aktrisa, müğənni.
Dəbə təsiri: vücudu vurğulayan qadın geyimini, sarışınlığı və qırmızı dodaq boyasını dəbə gətirdi.
Sitat: “Qıza bir cüt dikdaban ayaqqabı verin və o, bütün dünyanı fəth edəcək!”.

Şahzadə Diana
Dəbə təsiri: Başdan ayağa eyni rəngdə geyinməklə dəbə “total look” obrazlı stil daxil edib.
Maraqlı fakt: Dəbdə siyasi məsələlərə də fikir verirdi. Məsələn, Parisə rəsmi səfər vaxtı o, Fransanın məşhur modelyeri Kristian Lakruanın, İtaliyaya səfər zamanı İtaliyanın məşhur modelyeri Franko Moskino, Almaniyaya gedəndə isə Eskadanın geyimlərini seçmişdi.

Madonna
Məşğuliyyət növü: aktrisa, müğənni, rejissor.
Dəbə təsiri: Madonnanın tərzinin müvəffəqiyyəti, onun məxfi silahı – 1990-cı ildən müğənniylə işləyən stilist Arianne Fillipsdir. Madonna həmişə tendensiyaları qabaqlayır və əsasən səhnədə tamaşaçını təəccübləndirir. Gündəlik həyatda isə idman və rəsmi üslubun tərəfdarıdır.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər