Başınızı zərbələrdən qoruyun – bu sizin zəif yerinizdir!!!

Ağır baş travması alan insanların yarısı ölümə məhkumdular…
Həyatımız boyu aldığımız travmaların sayı hesabı olmur. Müxtəlif nahiyyələrdən zədə alırıq— əl və ayaqlarımız, kürək, qarın, baş və s. Misal üçün, buzda sürüşmək, yerə yıxılmaq, yol qəzasına düşmək və s. kimi hadisələr zamanı müxtəlif travmalar alırıq. Bu travmalardan xüsusilə də QKBT-qapalı kəllə-beyin travması ağır hesab olunur.

Düzdür, kəllə çox möhkəmdir və o, beyni bir çox zədədən xilas edir, lakin “zərbə dalğası” yenə də beyin toxumasına təsir edir . Hətta bəzən yüngül QKBT-dan sonra kifayət qədər uzun bir müddət beyin qabıqlarında və damarlarında yaranmış dəyişikliklər müşahidə olunur. Baş travmasının da istənilən başqa travmalar kimi (məsələn: əzik, sınıq, dartılma, əl və ayaqların sıxılması) zamanla heç bir iz qoymadan keçəcəyinə ümid etmək hədərdir.

Yaşı 50-dən az olan insanlarda baş-beyin travması nevroloji xəstəliklərin istənilən başqa növündən daha tez ölümə və əlilliyə gətirir. 35 yaşına qədər kişilərin ölümünə də ən çox bu travmalar səbəb olur. Demək olar ki, ağır baş travması alan insanların yarısı ölümə məhkumdular!

Travma vaxtı istər oynaq, istər beyin, istərsə də başqa orqanlarda gedən dəyişikliklər, patoloji prosesin inkişafının əsasını qoyurlar. Zamanla mütləq özünü göstərir.

Hətta kəllə sümükləri sınmadıqda belə beyin zədə ala bilər. Yüngül kəllə-beyin travmaları belə gec-tez ensefalopatiya, arterial hipertoniya doğura bilər, aterosklerozun formalaşmasını sürətləndirə bilər, beyinin bir çox funksiyalarının, əsas da idarəetmə qabiliyyətinin nasazlığına gətirib çıxara bilər. Baş travmasından sonra kəllədaxili təzyiq çox tez-tez dəyişir, çox vaxt yüksəlir.

Ağır baş travması tez-tez həm baş beyində, həm də onun ətrafında yerləşən sinirlərin, qan damarlarının və toxumalarının destruksiyasına gətirib çıxarır. Bundan əlavə, sinir yolları məhv ola bilər, qanaxma və ya güclü ödəm yarana bilər. Qanaxma və ödəm kəllə boşluğunda şişəbənzər törəmənin həcminin böyüməsi effektinə oxşar təsir göstərə bilər. Kəllə genişlənə bilmədiyi üçün, yaranmış təzyiq beyin toxumalarını zədələyir və ya məhv edir, beyinin aşağıya doğru yerini dəyişməsinə gətirir. Bu paz vurma adlanır və öz növbəsində beyinciyin və beyin gövdəsinin kəllənin əsasında, gövdənin onurğa beyinə keçdiyi yerdə yerləşmiş deşiyə (böyük peysər deşiyi) təzyiq göstərməsinə gətirə bilər.

Bəzən görünür ki, başın əhəmiyyətsiz travması beyinin ağır zədəsinə gətirir. Ondan sonra, xüsusilə yaşlı insanlarda daha çox baş beyinin ətrafındakı sahədə qanaxma olur. Belə qanaxma riski həmçinin qanın laxtalanmasını ləngidən dərmanlar(antikoaqulyantlar) qəbul edən insanlarda yüksək olur.

Görünür, bu və ya digər dərəcədə travmaların nəticələri həmişə olur. Onların təzahür dərəcəsi travmanın ağırlığından, yaşdan, beyin qan dövranının vəziyyətindən, ümumi sağlamlıq vəziyyətindən, ondan əvvəl travmaların olub olmamasından, tibbi yardımın nə qədər vaxtında və hansı dərəcədə düzgün göstərilməsindən və s. asılı olur. Buna görə QKBT-nın gələcəkdə özünü necə göstərəcəyini qabaqcadan demək çox çətindir.

Hətta nəticələrin və travmanın ağırlıqları arasında düz asılılıq mövcud deyil.

Bir insanda hətta ciddi KBT-dan sonra uzun müddət heç bir simptom müşahidə olunmur, başqa birində isə yüngül zədə belə, mütəxəssislərin vaxtında köməyinə baxmayaraq, vaxt keçəndən sonra vəziyyətin ağırlaşmasına səbəb olur.

Ən çox hadisələr belə inkişaf edir: İnsanı kəllə-beyin travmasından sonra bir müddət baş ağrıları, başgicəllənmələr, ümumi zəiflik və s. narahat edir. Sonra hər şey normal vəziyyətə qayıdır. Ümumiyyətlə insan özünü əla hiss edir. Ancaq bir neçə həftə sonra baş ağrıları və başgicəllənmələri yenidən müşahidə olunur. Bundan başqa yüksək qıcıqlanma, sürətli yorulma, yaddaşın pisləşməsi, diqqətin azalması, yuxunun pozulması, arterial təzyiqin tərəddüdləri meydana çıxır. Astenik sindrom olduqca tez artır: zəiflik , həvəssizlik, əzginlik hissi yaranır, işləmək qabiliyyəti enir. Bir müddət sonra vəziyyət yaxşılaşmağa başlayır, lakin fiziki və emosional yüklənmələr, havanın kəskin dəyişməsi nəticəsində ,keçirdilmiş xəstəliklərdən (məsələn, ORVİ) sonra, yuxusuz qaldıqda, qadınlarda aybaşı dövründə və s. bütün təsvir edilmiş vəziyyətlər təkrarlanır.

Bundan başqa, vegetativ distoniyanın əlamətləri meydana çıxır — qulaqlarda səs-küy, yüksək tərləmə, ürək döyüntüsü, bədən temperaturunun tərəddüdləri və s. Vegetativ böhranlar da müşahidə oluna bilər — güclü baş ağrılarır, ürəkdə ağrılar, arterial təzyiqin artımı, bədəndə titrəmə, tez-tez sidiyə getmə , qorxu hissi.

Mütəxəssislər beynin travmatik zədəsindən sonrakı müddəti növbəti dövrlərə bölürlər:

• kəskin — 2 həftədən bir neçə aya qədər dəvam edir;

• aralıq — bir neçə həftədən 12 aya qədər dəvam edir;

• nəticələrin uzaqlaşdırılmış dövrü — travmanın alınmasından 12 ay sonra başlayır.

QKBT-nı qiymətləndirmək üçün zərərçəkən şəxs kompüter tomoqrafiyası və ya maqnit-rezonans tomoqrafiyasından keçirilir. Rentgenoloji müayinə sümüklərdə baş verən sınıqları müəyyən etməyə kömək edir, lakin beyindaxili zədələrdən heç bir informasiya vermir.

Müalicə

QKBT-dan sonra yuxululuğun artması, düşüncə pozğunluğu, komanın dərinləşməsi, arterial təzyiqin artması və nəbzin yavaşıması beyindaxili ödəmin inkişafının sürətlə getməsindən xəbər verir. Ödəmin beyin toxumalarının zədələnməsinə tez təsir etdiyi üçün ilkin təxirəsalınmaz yardım olaraq ödəm əleyhinə dərman vasitələri istifadə olunur.

QKBT-nın nəticəsi həm tam sağalma ola bilər, həm də ölüm. Bu iki nəticələr arasında fərqi yalnız beyin toxumasının nə dərəcədə zədələnməsi müəyyən edir. Beyin fəaliyyətinin çoxsaylı funksıyalarının icrası bir beyindaxili zona ilə bağlı olmur. Nəticədə bir zonanın zədələnməsi, diqər zonanın aktivləşməsi və onun da fəaliyyətini öz üzərinə götürməsi ilə nəticələnir. Bu hissəvi bərpa imkanlarını təmin edir. Lakin, insan yaşlandıqca, beyin bir zona əvəzinə digər zonanın aktivləşməsi funksiyasını itirir. Misal üçün, körpə uşaqlarda dil qavrama funksiyasına beyinin bir neçə zonası cavabdehlik daşıyır, lakin yaş artıqca bu zonaların sayı azalır və onlar hamısı beynin bir yarımkürəciyində yerləşirlər. Beləliklə, əgər beynin sol yarımkürəciyinin, dil qabiliyyətinə cavabdeh olan hissələri 8 yaşından az olan uşaqda zədələnirsə, sağ yarımkürəcik bu funksiyanı maniyəsiz öz üzərinə götürür. Lakin, bu hal yetkin və daha yaşlı insanda baş verirsə həmin insan davamlı nitq qüsuruna düçar olur.

Ağır kəllə-beyin travması olan insanlarda bəzi hallarda amneziya inkişaf edir. Onlar travmadan dərhal sonra və ya qabaq nələr olduğunu unudurlar. Əgər yaddaş travmadan ilk bir həftə ərzində bərpa olursa, travmanın fəsadlarından tez qurtulma şansları artır.

Bir daha təkrar edim ki, QKBT-dan sonra insanın ömür boyu xroniki inkişafda olan beyin fəaliyyətinin pozulmasından əziyyət çəkməsi mütləq deyil. Ancaq belə ehtimalı tam ixtisara salmaq olmaz. Xüsusən də, müxtəlif növdə beyin fəaliyyətinin pozğunluqları varsa (ateroskleroz, beyin-qan devranının pozulması, uşaqlarda-perinatal zədələr və s.).

Travmalardan uzaq olmaq məsləhəti yəqin ki sizə qəribə gəldi. Axı, bu çox vaxt sizdən asılı deyil? Lakin ekstremal anları sevənlər bu travmaları daha çox cəlb edir. Belə ki, idmanın ekstremal növləri ilə məşğul olanlar çox ehtiyyatlı olmalıdırlar. Əgər QKBT artıq bir neçə dəfə bir insanın həyatında yer alıbsa, bu insan böyük gərək idmanın daha sakit və daha yüngül növünə üz tutsun.

Hər bir QKBT işə salınmış minayabənzər effektə malikdir. Bu səbəbdən də onun müalicəsi uzun və hərtərəfli olmalıdır. Səhhətin yalnız vizual yaxşılaşmasına aldanmayın.Təbiət bizim beynimizi elə yaradıb ki, o, hər zaman bütün zədələri kompensasiya etməyə çalışır, lakin onun da imkanları sonsuz deyil. Əgər siz özünüzdə, yuxarıda sadalanan əlamətləri hiss edirsinizsə, mütləq tibbi xidmət üçün həkimlərə müraciət edin və həkimin məsləhətlərinə riayət edin! Bu halda QKBT-nin ağırlaşmalarının inkişafının riskini sıfıra endirə bilərsiniz!

dushunce.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər