Stress

Stress hər bir insanın həyatında var. Müasir insanın həyat və fəaliyyətinin bütün sahələrində stress qaçınılmazdır. H. Selye stresi ümumi adaptasiya sindromu olaraq orqanizmin qüvvətli və ya həddindən artıq səfərbər edən özünəməxsus müdafiə reaksiyası haqqında təlimlərlə əsaslandırılır.

“Stress” sözü Çin dilində təhlükə və fürsət mənalarında işlədilir. Bu mənada stressi necə qəbul etməyimiz bizim həyata baxış tərzimizdən asılıdır.

“Stress” sözü fransızca “destresse” sözündən əmələ gəlib və dəqiq mənası belədir: “sıxışdırılmış, məhdudlaşdırılmış vəziyyətdə olmaq”. Əsrlər keçdikcə “de” səsi yoxa çıxıb və iki anlayış tərzində qalıb: “stress” və “distress”. Xoşa gələn hadisələrdən ortaya çıxan stress eustressdir. Əgər stress xoşagəlməyən hadisədən yaranıbsa, bu distressdir.

Dilimizə isə “stress” sözü inglis dilindən keçib və tərcüməsi “təzyiq, gərginlik” deməkdir. Uzun illər boyu “stress” sözü altında texniki sınaq zamanı materialların deformasiyası başa düşülürdü. Bu söz tibbə və psixologiyaya 1950-ci ildə Vurger tərəfindən gətirilmişdir.
Stresin insanlar üzərindəki təsiri insanlara görə dəyişməkdədir.

Ümumi olaraq aşağıdakıları qeyd etmək olar:

  • özünə inamsızlıq;
  • yuxu pozğunluğu;
  • müxtəlif sağlamlıq problemləri;
  • gələcək qorxusu;
  • məişət və iş qəzalarında artış;
  • iş tempinin düşməsi;
  • səhv addımlarda artış;
  • sosial münasibətlərdə azalma;
  • rəqabətin artması;
  • iş verimində düşmə;
  • güvənsizlik duyğuları;
  • mübahisənin artması;
  • iş müddətinin artması və ya azalması və s.

İnsanlarda yorğunluq, əsəbilik, baş ağrıları, gec oyanma, tez ağlama, yuxunun pozulması, yalnız qalma istəyi, iştahsızlıq, ürək döyüntüləri, mədə-bağırsaq xəstəlikləri, allergiyalar, revmatizmalar, ağrılar kimi psixosomatik simptonlar artır. Əgər insanda stress müəyyən olunarsa, mütləq onun səbəblərini diqqətlə öyrənmək lazımdır.

Stressli olduğumuzda nə edirik?

  • tez-tez etmək istədiyiniz şeyləri yox, etməli olduğunuz şeyləri edirsiniz;
  • heç nəyə vaxt çatdıra bilmirsiniz;
  • həmişə harasa tələsirsiniz, elə bil ki, kimsə və nəsə sizi qovur;
  • sizə elə gəlir ki, ətrafdakıların hamısı hansısa daxili gərginliyin məngənəsindən sıxılır;
  • həmişə yatmaq istəyirsiniz, heç cür yuxudan doymursunuz;
  • siz həddən artıq çox yuxu görürsünüz, xüsusən də gün ərzində çox yorulmusunuzsa;
  • çox siqaret çəkirsiniz;
  • spirtli içkiləri həmişəkindən çox qəbul edirsiniz;
  • demək olar ki, heç nə sizin xoşunuza gəlmir;
  • evdə, ailədə daima konfliktlər var;
  • daima həyatdan narazılıq hissi keçirirsiniz;
  • necə altından çıxacağınızı bilmədən borca girirsiniz;
  • sizdə natamamlıq kompleksi yaranır;
  • problemlərinizi danışmaq üçün adamınız yoxdur, heç buna xüsusi istəyiniz də yoxdur.

Stresslə mübarizə aparma yolları:

  • “Xeyr!” deməyi öyrənin. Artıq işlərə, istəmədiyiniz sosial və zamanınız olmayan dəvətlərə xeyr demək sakit bir həyat üçün vacib addımdır. Bəzən sakit və yalnız qalmaq üçün özünüzə vaxt ayırın.
  • Ehtiyaclarınızı seçimlərə çevirin. Əsas ehtiyaclarınız yemək, su və özünüzü istidən, soyuqdan qorumaqdır. Geriyə qalan hər şey sizin seçiminizdir. Həyatınızdakı seçimlərinizə artıq dərəcədə bağlanmayın.
  • Şübhəci və həyəcanlı olmayan insanlarla dostluq edin. Heç bir şey pessimist bir insanın duyğularının keçici olması qədər təsirli deyildir. Qısa bir müddət ərzində siz də onun kimi ola bilərsiniz.
  • Əgər işiniz uzun müddət oturmaqla keçirsə, arada bir ayağa qalxıb bədəninizi rahatladın. Yuxunuzu alın. Tez yatma vərdişi qazanın.
  • Xaos içində düzən yaradın. Evinizi və işinizi elə idarə edin ki, nəyin harda olduğunu biləsiniz. Əşyalarınızı yerlərinə qoymağı vərdiş halına gətirin. Beləliklə, bir şeyləri axtarmanın stressindən azad olarsınız.
  • Bağışlayan olun.
  • Xarici görkəminizdə düzəlişlər edin.
  • Hər bir mənfi hadisədə yaxşı tərəflər görməyə çalışın.
  • Gülmək problemin həllini asanlaşdırır.
  • Gülmək idman qədər orqanizmə müsbət təsir edir.
  • Qəhqəhə səhər idmanı ilə bərabər tutulur.

Yüzlərlə insanın 20 illik tədqiqatı nəticəsində məlum oldu ki, gülmək onkoloji xəstəliklərə tutulmanın qarşısını alır. Bu ona görə baş verir ki, yaxşı əhval-ruhiyyə, xüsusən gülmək hüceyrələri yeniləyir və bu hüceyrələr orqanizmin müqavimətini artırır. İnsan güldüyü zaman:

  • nəbzi dəqiqədə 120 vurur;
  • beyin qan damarlarına gedən qanın miqdarı artır, bu da beynin fəaliyyətini artırır;
  • beynin sol yarımkürəsi daha yaxşı işləyir, bu da yaradıcılığa müsbət təsir göstərir;
  • gülüş adrenalin və kortizpnu azaldır, stress azaldığı üçün immunitet qalxır;
  • gülüş, vitamin C kimi bədənə təsir edir.

Son olaraq deyə bilərəm ki, həyatı sevməyə çalışın. Hər birinizdə çətinliklərin öhdəsindən gəlmə gücü var. Gücünüz olmadığı zaman belə ətrafınızda sizə kömək edəcək insanların varlığını unutmayın.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər