İntuisiya nədir? İntuisiya problemin bütün detallarını analiz etmədən, anındaca hadisəyə düzgün qərar vermək qabiliyyətidir. Hadisənin nə vaxt olmasından asılı olmayaraq-keçmişdə, indi , və ya gələcəkdə.İntuisiya özünü dərketmənin məharətlə idarə olunmasıdır. Təsəvvür edək ki, instinkt kökdür, onda intuisiya gövdə, dərkretmə isə pardaxlanmış çiçəkdir. İntuisiyanın inkişafı özünü dərketməyə aparan sonsuz daxili səyahətdir. İntuisiya latınca- qorumaq, müdafiə etmək deməkdir. Ona görə çox vaxt buna bizi bir çox pis hadisələrdən qorumağa yardımçı olan bir hiss kimi də baxmaq olar.
Praktiki olaraq bütün insanlarda 6-cı hiss var. Bu hiss konkret heç nədən, elə öz-özünə yaranır. İnsan bunun üçün heç bir duyğu orqanının köməyindən istifadə etmir, eşitmə, görmə və s. Bəs bu hissi özlüyündə inkişaf etdirmək mümkündürmü?
İntuisiya beyinin iki yarımkürəsinin sinxron əməkdaşlığından yaranır. Qadınlar hər bir işə diqqətlə və ürəklə yanaşdıqları üçün daha həssas olurlar. Ona görə də çox vaxt onlarda hissetmə daha güclü olur. Məsələn, gördükləri yuxunun real yozması daha çox onlarda rast gəlinir. Və yaxud hərdən olur ki, kiminsə haqqında fikirləşirsən. Çox keçmir həmin adam ya gəlir ya da zəng edir, sanki fikirlərini oxuyubmuş kimi.
İntuisiya insanların özlərindən aslı olmayaraq daima çalışır. Lazım olan məqamda ətrafımızda nə baş verəcəyi haqda bizə məlumat verir. İntuisiya informasiya şəklində şüuraltı formalaşır. İntuisiya hər kəsdə olur, lakin hər kəs onu dinləmir. Qorxu, kompleks, ümumi qəbul edilmiş prinsiplər intuisiyaya qulaq verməyə mane olur.
İntuisiyanıza azadlıq versəniz o sizə həyat yolunuzda daha çox kömək edəcək. Bunun üçün nə etmək lazımdır:
Özünüzə güvəni artırın. Bu özünüzə qarşı daha diqqətli və inamlı olmağınızı təmin edəcək və intuisiyanın göndərdiyi siqnallara qarşı diqqətli olacaqsınız.
Məntiq və emosialarınızı kənara qoyun. Emosional olmağımız intuisiyamıza qulaq verməyimizə mane ola bilər. Sevinc hissi arzularımızı gerçək kimi qəbul etməyimizə bu isə intuisiya siqnalına fikir verməməyimizə gətirib çıxara bilər.
İntuisiyanın siqnallarını ayırmağı öyrənin. Çox vaxt intuisiya bizə simvol, rəqəm, surət, yuxu şəklində informasiya çatdırır.
İntuisiyaya etibar etmədən öncə onu mütləq yoxlayın. Məsələn, ürəyinizə damıb ki, qohumlarınızdan kimsə xəstələnəcək. Siz həmin adama zəng vuraraq intuisiyanızı yoxlaya bilərsiniz və beləliklə, intuisiyanııza nə dərəcədə etibar edə biləcəyinizi öyrənəcəksiniz.