İlk təəssürat özünü doğruldur

Tanımadığımız bir insan görəndə nəyə fikir veririk?
Bir gün bir ağsaqqal öz şagirdlərini çağırıb onlara təmiz ağ rəngin mərkəzində balaca qara nöqtə olan vərəqi göstərdi. Müəllim soruşdu: “Siz burada nə görürsünüz? Şagirdlərdən biri cavab verdi: “nöqtə”. “Qara nöqtə” – digəri də təsdiqlədi. “Yağlı qara nöqtə”, – üçüncü bunu dəqiqləşdirdi. Həmin an onların sevimli müəllimi ağladı. Şagirdlər təəccüblənərək bu göz yaşlarının səbəbini soruşdular. Müəllim cavab verdi: “Bütün şagirdlərim burada yalnız balaca qara nöqtəni gördü və onlardan heç biri təmiz ağ vərəqi görmədi…

Adətən biz insanların hansısa bir kiçik səhvi ilə rastlaşaraq, onun elədiyi bütün yaxşılıqların dəyərini unuduruq.

Tanımadığımız bir insan görəndə ilk növbədə nəyə fikir veririk? Zahiri görünüşünə? Geyiminə? Səsinə, jestlərinə? Hansı xüsusiyyətlərə əsaslanaraq, bu insanı bəyənib bəyənmədiyimizi müəyyən edirik? Onu həyatımıza buraxmağı qərara alırıq? Və nəyə görə bəzən həyata baxışları uyğun gəlməyən insanlar zamanla yaxşı dosta çevrilirlər?

Həyat bizə dəfələrlə sübut edir ki, heç nə əbədi deyil. Bəzən görürsən dünən fəhlə və ya ofisiant işləyən bir insan, sabah uğurlu bir ticarətçi olur və ya əksinə. Əlbətdə hər bir uğurda məncə, bir az da olsa, “bəxt gətirmə” amili də var. Amma fürsətdən düzgün istifadə edib və həyatını yaxşılığa doğru dəyişən insan hörmətə layiqdir.

İnsan haqqında məlumatı biz vizual alırıq, ona görə də zahiri görünüşün vacibliyi təəccüblü deyil. Amma daxili gözəllik deyilən bir anlayış var. Biz o daxili gözəlliyi görməyi bacarırıqmı? Ətrafdakılar haqqında hansısa bir fikir söyləyəndə, onları qiymətləndirəndə nə dərəcədə obyektiv oluruq?

Insan xarakteri şifrələnmiş səhifələrdən ibarət bir kitaba bənzəyir. Qeyd etdiyim kimi, biz adətən insanları ilk təəssürata nəzərən q iymətləndir i r ik . Bununla belə, Çarlz Dikkens şikəst, Lüdviq Van Bethoven kar, Platon isə qozbel idi. Lakin onların dünya incəsənətində və elmində rolu əvəzsizdir. Uolt Disney, Avraam Linkoln, Napoleon – bu insanlar kasıb ailələrdə tərbiyyə alıblar. Amerika psixoloqları maraqlı bir təcrübə keçiriblər. Təcrübə üçün zahirən müxtəlif insanları yığıb və onların arasından yüngül atletika üzrə çempionu göstərməklərini istəyiblər. Hamı enli kürək, hündürboy, əzələli olan bir oğlanı qeyd etdilər. Əslində isə çempion alçaq boy, arıq bir adam idi. Biz ümumiyyətlə, stereotiplərin əsiriyik. İnsan haqqında bir fikir söyləmədən öncə onun fikirlərinə və əməllərinə diqqət yetirmək lazımdır. Bu da əlbətdə zaman tələb edir.

İlk təəssürat duyğulamıza bağlıdır, sonrakı isə ağlımıza.O insan ki, öz intuisiyasına etibar etməyi adət edib, çətin ki, ilk baxışdan ona xoş gəlməyən bir adama ürəyini açar. Başqasının konkret əməllərinə görə nəticə çıxaran insanlar ilk təəssürata əhəmiyyət vermirlər.

İnsanlar haqqında fikir söyləyəndə, analiz edəndə öz şəxsi fikirlərimizə və prinsiplərimizə əsaslanırıq. Deməli, hər şey ətrafdakı insanlardan deyil, bizim özümüzdən asılıdır.

Psixologiyada insanda ilk təəssüratın formalaşması amilləri var: üstünlük, cazibəlik və bizə qarşı olan münasibət amili.

Üstünlük faktoru

Bir-biri ilə ünsiyyətə girən insanlar sosial statusuna, həyat təcrübəsinə görə, intellektual potensialına görə fərqlənir. Bu vəziyyətdə üstünlük faktoru tətbiq olunur. Adətən insanlar ilk dəfə görüşəndə hansısa parametrə görə həmsöhbətini üstün biləndə onu daha da yüksək qiymət lənd i r i r l ə r. İnasanın geyim tərzi, istifadə etdiyi atributlar (eynək, bəzək əşyaları), davranış tərzi və s. hansı sosial vəziyyətdə olduğunu bildirir.

Cazibə faktoru

İnsanın zahiri görünüşünün çox böyük təsir qüvvəsi var. Əgər kimsə zahirən gözəl görünüşə malikdirsə, adətən o insan haqqında fikir söyləyəndə ilk təəssürata nəzərən müsbət fikirlər daha çox söylənilir.

İnsanın bizə qarşı olan münasibəti

Adətən bizə qarşı yaxşı münasibətdə olan insana biz daha artıq müsbət keyfiyyətlər şamil edirik. Halbuki reallıqda tərsinə də ola bilər.

Ümumiyyətlə, tədqiqatlar göstərir ki, insanın insan haqqında söylədiyi fikir qiymətləndirən tərəfin şəxsi keyfiyyətlərindən asılıdır. Bura özünə güvən dərəcəsi, ətraf mühitə münasibəti, xeyirxahlığı, emosional vəziyyəti və s. Başqa bir insanı qəbul etməyimiz bizim emosional vəziyyətimizdən və ünsiyyətdə olmaq istəyimizdən asılıdır.

İnsanın həyat təcrübəsi ilə ilk təəssürat düzgün formalaşa bilər. Hansısa stereotiplərə fikir vermək lazım deyil. İlk təəssürata görə insanın mənəvi dəyərlərini mühakimə etməyin!

Aygün Ağabalayeva

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

psixotest.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər