Cəmiyyətdə hər zaman kütlədən bir addım geridə duran tək-tük insanlar olur. Assosial adlandırdığımız bu insanların özünəxas xüsusiyyətləri var. Yalnızlıq sevgisi…
Adətən kollektiv gəzintilərdən, hətta ən yaxın dostlarla ünsiyyətdən qaçan bu tip insanlar cəmiyyət tərəfindən normal qarşılanmır.
Bu hal uşaqlıqdan başlayır və yetkin yaşlarda özünü daha çox biruzə verir. Bu cür insanların da etmək istədikləri bir sürü məşğuliyyət var;
Kitab oxumaq, musiqiylə məşğu olma, gəzintiyə çıxmaq, film izləmək. Təbii ki, bunlarbir çox insanın sevdiyi məşğuliyyətlərdir. Lakin yalnızlığı çox sevən insanlar bütün bunları başqalarının yanında etməyi sevməzlər.
Bu cür insanları tanımaq heç də çətin deyil. Onlara birlikdə gəzintiyə çxmağı təklif etsəniz, yaxud evinizə dəvət etsəniz həmin vaxt, yan ciblərində mütlək bir bəhanələri olduğunu unutmayın. Əlbəttə həmişə açıq şəkildə “Tək qalmaq istəyirəm, bunun üçün təklifini qəbul etmirəm”.-deyə bilmədikləri üçün bu bəhanələri uydurmalı olurlar.
Evə qayıdan zaman, evdə heç kimin olmaması bu insanları cənnətə düşmüş qədər sevindirən hallardan biridir.
Lakin bu, həmin insanların içə dönük oldqları mənasına gəlmir. Yəni müəyyən zamanlarda həm dərdləşə, həm də sirlərini paylaşa bildikləri halda, adətən tək qalmağa üstünlük verirlər. Bu da bir az yaradıcılıq qaynağı hesab edilə bilər. Necə ki, Franz Kafka deyərdi: ” Mümkün qədər yalnız qalmalıyam. Nail olduğum nə varsa yalnızlığıma borcluyam”.
Lakin psixoloqlar onun fikrinə heç də razı deyillər. Onlara görə, yalnızlıq istəyi, bir növ şəxsiyyət və ruh problemlərin mənbəyidir. Ancaq burdadakı incə fərqi görmək lazımdır. Bir var, yalnız olmaq istəyi, bir də var özünü yalnız hiss etmək. Bir az da özünü yalnız hiss etməkdən danışaq. Bu artıq psixoloqların sahəsidir və dediklərinə görə, yalnızlıq hissi yaşamaq, müdaxilə olunmazsa çox təhlükəlidir.
Yalnzlıq hissinin səbəbi nədir?
Bir çox araşdırmaçılar bütün psixoloji problemləri genetik faktorla əlaqələndirirlər, yalnızlığı da eyni qəbildən hesab edənlər də az deyil. İstənilən halda özünü yalnız hiss edən insanların şüuratında yığılıb qalan bir sürü problemlər var və bu yalnızlıq “seçim”inin qaynağı hesab edilə bilər. Həyatda önəmli birini itirmək, ölüm hadisəsi şəxsi yalnızlq duyğusuna sürükləyən səbəblərdən biridir. Yalnızlıq eyni zamanda psixoloji problem olub, depressiya əlamətlərindən biridir. Yalnızlıq, eyni zamanda daxili faktor hesab edilir ki, bu da şəxsin öz güvən azlığı ilə bağlıdır. Özünə inamı az olan insanlar, digərlərinin gözündə dəyərsiz olduqlarını düşünürlər. Bu da bərabərində xroniki yalnızlığa gətirib çıxarır.
Yalnızlığın sağlamlığa təsirləri
Özünü yalnız hiss etmənin fiziki və ruh sağlamlığına genişmi miqyasılı mənfi təsirləri var. Bunlardan bəziləri; depressiya, intihar, ürək xəstəlikləri, stres artması, öyrənmə və yaddaş problemləri, assosial davranışlar,qərar verməkdə çətinlik yaşamaq, alkolizm və narkotik maddələrə meyilli olmaq, alzhemiya xəstəliyinin inkişaf etməsi, beyin funksiyasının zəifləməsidir.
atv.az