Natamamlıq effekti

  1. ”Gecikmək istəmirəm” yerinə ”zamanında getmək istəyirəm” deyin:
    İnsanların istədiklərini əldə etməməklərinin tək səbəbi olmasını istədikləri şeylər yerinə olmasını istəmədikləri şeylər üzərində düşünmələridir.
    Bir nümunə: ”Gecikmək istəmirəm” düşüncəsi sizin gecikmənizə səbəb olar. Çünki bu düşüncədə əsas olan bir şeyi istəməməkdir. Halbuki nəticəyə çatmaq üçün ”Zamanında getmək istəyirəm ” deyə düşünməniz kifayətdir. Beyninizi ”istəmədiklərinizin” üzərinə deyil” istədikləriniz” üzərinə qurmağa çalışın.
  2. İsrarla düşündüyünüz hər şeyi çağırırsınız.

Siz ona inansanız da, inanmasanız da onu anlasanız da, anlamasanaız da beyninizin cazibə qanunu işinə daim davam edir. Bu qanun “yox”ları, ”olmaz”ları hesaba qatmır.
Nümunə: Siz ”Bu qədər iş görə bilmərəm” deyə düşündüyünüz zaman beyniniz bunu belə nəql edir: ”Görə bilməyəcəyim qədər çox iş istəyirəm”.

3. Tərəfsiz qalmaq sizi yaxşıya deyil, pisə aparır:

Əhvalınız pis olduğunda özünüzü daha yaxşı hiss etmək və düşüncələrinizi dəyişdirmək üçün səy göstərmədiyiniz təqdirdə beyninizə verdiyiniz mesaj mənfi olacaq.
Nümunə: Özünüzü pis hiss etdiyiniz zamanlarda əgər düşüncələrinizi yaxşıya çevirmək üçün səy göstərmirsinizsə, bu ”mənə özümü pis hiss etməyim üçün daha çox çətinlik ver, çətinlikləri mənə gətir ” mənasına gəlir.

4. Dünyanı sifariş verə biləcəyiniz bir kataloq olaraq düşünün:

Bir şeyi dəfələrlə təkrar-təkrar istəməyiniz lazım deyil. Sadəcə bir dəfə istəyin. Eynilə katalogdan bir şey seçib sifariş edirmiş kimi.

5, İstədiyinizi əldə etdiyinizə inanın:

İstədiyiniz hər şeyin onu istədiyiniz andan etibarən sizin olduğunundan əmin olmalısınız. İnancınız tam və əskiksiz olmalıdır. Bunun üçün əvvəl özünüzü inanırmış kimi göstərməyə başlayın.
Nümunə: Arıqamaq istəyirsinizsə, o andakı kilonuza görə deyil enmək istədiyiniz kiloya uyğun paltarlar alın.

6. Hədəfi görməyinizə gərək yoxdur, siz yaxınlaşdıqca o dəqiqləşir:

Gecənin qaranlığında irəliləyən bir avtomobil düşünün. Faraları ancaq bir neçə yüz metr irəlini göstərməsinə baxmayaraq qaranlığın içində kilometrlərlə yol gedə bilərsiniz. Çünki irəliləmək üçün yalnız önünüzdəki bir neçə yüz metri görməyiniz kifayətdir. Elə həyat da qarşımızda belə açılır. Əgər siz də təmkinlə gözləyib hədəfinizin sıra-sıra açılacağına inanırsınızsa, onda istədiyinizi əldə edərsiniz.

7. Yaxşı düşünməyin ən asan yolu şükür etməkdir:

Sahib olduqlarınıza qarşı nankorluq etsəniz, daha çoxunu həyatınıza gətirməyiniz mümkün olmaz. Çünki nankorluq etdikdə yaydığınız düşüncələrin hamısı pis düşüncələrdir.

qadin.net

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər