DANIŞMAQ GÜMÜŞDÜRSƏ, SUSMAQ QIZILDIR

Təbiət boşluq sevmir. İnsan həqiqəti bilmədikləri yerləri ehtimal və uydurmalarla doldururlar.
/Bernard Şou/
Hər birimiz həyatda bir dəfə də olsa dedi-qodu şayiəyə hədəf olmuşuq. Bəzən özümüz də digər insanlar haqqında düzgün olub-olmadığını düşünməyərəkdən danışırıq. Ümumiyyətlə bütün dövrlərdə şayiələr, dedi-qodular, intriqalar tez-tez rast gələn haldır. Əksər hallarda digər insanların nöqsanları, problemləri haqqında məlumat maraq doğurur. Məsələn: alkoqol, narkotik asılılıq; münaqişələr və davalar, başqaların şəxsi həyatı.

Dedi-qodu və şayiə arasında bəzi fərqlər var. Şayiə daha çox insanlara (yəni cəm şəkildə) dedi-qodu isə yalnız bəzi insanlara aiddir. Şayiələr abstrakt və emosional olur, dedi-qodular isə daha çox şəxsləndirilmiş xarakter daşıyır, daha informativ və məzmunlu olur. Şayiələr qeyri-dəqiq , dedi-qodu isə yalan və ya doğru məlumat daşıyır. Əgər insan digər insanlar haqqında söhbətlərə enerji və zaman sərf edirsə, deməli onun öz həyatı çox maraqsızdı. Bir başqasının həyatını “yaşayaraq”, qeybətçi öz həyatını yaşamağa vaxt tapmır.

Öz həyatından narazı , paxıl, kinli insanlar dedi- qoduya meyillidirlər. Amma dedi-qodunun mənfi təsirin fəsadlarını unutmaq olmaz. Nevrotik pozuntu, infarkt, insult, boşanmalara , hətta intiharlara səbəb olur. Gündəlik həyatımızla yanaşı iş həyatında da dedi-qodu olur. Razılaşarsız ki, insanlar yalnız işdə oturub işləri ilə məşğul olub və heç bir dedi-qoduya yol verməsin?! Demək olar ki, belə olmur. Təbii ki mövzu yalnız hansısa xəbərlərlə ya hadisələrlə bitmir. Adətən dedi-qodu və şayiələrin yayılmasıına səbəb işçilərin boş vaxtının çox olmasıdı. Bir-biri ilə maraqlanmaq, sevinci və kədəri bölüşmək insanlara xas xüsusiyyətlərdir.Və söhbətin sonunda gec tez mövzu dəyişir, keçir dost-tanışlara. Söz gəzdirən insanlar məlumat toplayırlar; kim evlənib, kim boşanıbkim işsiz qalıb, kimin övladı olub və s. Sözsüz ki, bu ünsiyyət həyatımızın bir hissəsidir və insanlar çox vaxt bu formada münasibət qururlar. Çox vaxt isə bu söhbətlər dedi-qoduya keçir və müəyyən məqsədə yönəlmiş olur. Öz nüfuzunu qaldımaq üçün (onların düşüncəsi ilə), bəzi insanlar başqalarının ləyaqətini alçaldırlar. Bir kimsəni ləkələmək üçün faktları təhrif etməyə çalışırlar. Dedi-qodunu yayanlar adətən özünəinamsız narahat həyacanlı insanlar olur. Təəssüf ki, heç kim, hətta məşhur insan olmasa belə dedi- qodudan sığortalanmayıb.

Bəs özümüzü necə qoruyaq? Necə reaksiya verək?

Çalışın, qeybət edən insanların əhatəsində zamanınızı itirməyin. Mövzunu dəyişin. Unutmayın ki, sizinlə dedi-qodu edən, sonra sizin haqqınızda edəcək. Müdrik, özüngüvənli, müstəqil, yetkin şəxsiyyətlər dedi-qoduya, qeybətə yol verməzlər. Bütün dövrlərdə, bütün xalqlarda susmaq qızıldı. Dedi-qodu isə dedi -qodu olaraq qalacaq. Ona çox əhəmiyyət verməyin. Öz daxili aləminizi hər kəsə açmayın. Başqaları haqqında danışmayın, söz düşəndə isə müsbət tərəflərini görməyə çalışın.

Aygün Ağabalayeva

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər