Şüuraltını təmizləməyin yolları

Hipnoz və Şüuraltı Dəyişmə Mütəxəssisi Mehmet Başkak’a görə avtomatik hala gəlmişdavranış qəliblərindən xilas olmaq hər zaman mümkündür. Deyək ki, kariyeranızda inkişaf hədəfiniz var, amma bəzi öyrənmə çətinlikləri səbəbiylə, hədəfinizi reallaşdıracaq qədər ağıllı olmadığınızı düşünürsünüz. Şüuraltınızdakı bu inanclar, sizin hədəfinizə yönəlik atacağınız addımlara maneə törədir. Şuraltınızda onsuz da müvəffəqiyyətsiz olacağınıza qərar vermişsiniz, bu səbəblə şüurlu olaraq hədəfinizə istiqamətli işi buraxarsınız.

Bu düşüncələr şüurlu beyin xaricində reallaşdığı üçün, bir çox insan onları əsla dərk etməz. Nəticə olaraq, bilmədən bu düşüncələr istiqamətində hərəkət etdiyinizdə, onları daha da gücləndirmiş olarsınız. Vərdişlər də bu şəkildə formalaşır. Bütün bu maneələrdən xilas olmaq üçün zehnimizi dəyişdirməyimiz lazımdır. Yaxşı amma necə? Şüuraltı Dəyişmə və Hipnoz Mütəxəssisi Mehmet Başkak, şüuraltı inancları dəyişdirmənin bir neçə qısa yolunu izah etdi:

  1. Çox yemək yemə, idmana getmək istəməmə, ya da həmişə eyni tərz əlaqə yaşamağa istiqamətli düşüncə və davranış qəlibləriniz ola bilər. Harada öz – özünə ziyan yetirmə kimi davranış qəlibi varsa, bu şüuraltının vəziyyətə müdaxilə etdiyini göstərir. Düşüncə qəliblərinizi təyin edərək, şüuraltı inancları şüurlu bir şəkildə müşahidə və dəyişdirmə üçün səthə çıxarma imkanına sahib olursunuz. Məsələn, çox yemək yeməklə əlaqədar bir düşüncə qəlibiniz varsa, canınız nəyi nə zaman istəsə onu yeməyi haqq etdiyinizi düşünmüş ola bilərsiniz. Ya da yemək yemək sizin davamlı həzz qaynağınız ola bilər.

Hər davranış bir məqsədə istiqamətlidir. Düşüncə qəlibinizdə var olduğunu düşündüyünüz məqsəd, ya da müsbət niyyəti təsbit edin. Bu inanc hansı məqsəd ya da müsbət niyyətə xidmət edir (etdi)? Məsələn, həddindən artıq yemənin arxasındakı müsbət niyyət rahatlama, nəzarət etmə, həzz alma, stress atma ya da yeməyin sizə yoldaşlıq etməsi inancı ola bilər. Bu inanclarla bağlı olduğunu fərq etdiyiniz hər duyğunu hiss edin və ortaya çıxarın.

  1. Duygular şüuraltı beyninizin təməl dili olduğu üçün, düşüncə qəliblərinizi şüur səviyyəsinə çıxardığınızda, orada yığılmış olan duyğu enerjisini ifade etmə imkanınız olur. Duygular sizi keçmiş təcrübələrinizə və düşüncə qəliblərinizə bağlayan yapışdırıcı kimidirlər. Dəyişdirmək istədiyiniz davranış qəlibini etmədiyinizdə hiss edə biləcəyiniz rahatsızlıq duyğularını zehninizdə yaratdığınız bir şara üfürün və o duyğuları şarın üzərinə yazaraq, xəyalınızdakı o şarı partladın. O davranışı edərkən hiss etdiyiniz müsbət duyğuları da müəyyən edin, rahatlama, razılıq duygusu, xoşbəxtlik hissi…
  2. Bu ankı həyatınız və imkanlarınızı düşünərək sizə rahatlama, təmin olunma duyğusu və xoşbəxtlik hissi yaşadacaq, bu müsbət niyyəti bəsləyəcək alternativ yollar, davranışlar müəyyənləşdirin. Əgər şüuraltınızdakı müsbət niyyəti təmin edəcək yeni bir şey tapmasanız, beyniniz dərhal köhnə düşünmə qəlibinizi dövrəyə salacaq. Buna mane olmaq üçün, mütləq o müsbət məqsədi bəsləyəcək yeni məşğuliyyətlər təyin etməli və tətbiq etməlisiniz. Çətinlik çəkdiyinizdə yoldaşlarınızla daha çox vaxt keçirin, bir az məsləhət alın ya da başqa həzz və mükafat qaynaqları tapın.
  3. Həyatınızın bu sahəsinə yönəlmiş daha sağlam düşüncələr, oto – təlqinləri təyin edin və onları zehninizdə sıx – sıx təkrarlayın. Məsələn, çox yeme probleminiz varsa, özünüzə bunları söyləyə bilərsiniz: İdeal bədənimin ehtiyacı olan qədər yeyirəm və özümü xoşbəxt hiss edirəm. Az yeyib, tam doymadan qalxıram süfrədən və özümü yüngül hiss edirəm. Özümü ehtiyacım olan qədər bəsləyirəm ve sevirəm.

qadin.ne

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər