Uşağıma nə vaxt necə oyuncaq alım?
Biz hər zaman dönə-dönə təkrar edirik, oyuncaqlar uşaqların psixi və fiziki inkişafı üçün cox vacibdir. Uşaqlar oyuncaqlar vasitəsiyə ətraf aləmi, insanlarla münasibəti və həmçinin özünü dərk edir. Bəs uşaqlar necə oyuncaqlarla oynamalıdır? Bu məqaləmizdə biz ilk 6 ayında uşaqlara necə oyuncaqlar almaq lazım olduğu barədə söhbət edəcəyik
1-ci ay
Bu ayda çağanın görməsi zəif olur. Çağa yalnız səsə və al-əlvan rənglərə həssas olur. Hər hansısa bir əşyanın üzərinə fokslaşa bilmir. Çağa bu ayda yalnız anasının üzünə və hansısa hərəkət edən əşyaya baxa bilir. Bir ayının tamam olmasına az qalmış çağanın yatağından, başının 70 sm üstündən çox əlvan oyuncaqlar asmaq məsləhətdir. Çağa bu oyuncaqlara baxaraq görmə qabiliyyətini yaxşılaşdıracaq. Çalışmaq lazımdır ki oyuncaqlar rəngli və hansısa musiqi sədası altında hərəkət etsin
2-ci ay
Artıq oyuncaqları nisbətən aşağı salmaq lazımdır. Çalışın oyuncaqlar uşağınız əlini qaldıranda azacıq əlinə dəysin.Çünki hər bir insanda olduğu kimi uşağın da ən həssas reseptorlari (ən kiçik qicığı mərkəzi sinir sisdeminə çatdırır) barmaq uclarındadır. Çalışın oyuncaqlar gigienik olsun, mütləq hər gün oyuncaqları yuyun və mümkün olduqca oyuncaqları tez-tez dəyişin. Çünki uşaq eyni oyuncaqlara öyrəşdikdən sonra ondan bezəcək.
3-cü ay
Bu ayda uşaqlar hələ oyuncaqları əllərində uzun müddət saxlaya bilməz, çünki onların əl əzələlərinin inkişafı buna imkan vermir. Lakin o artıq oyuncaqları götürməyə can atmağa başlayacaq. Buna görə də bu ayda uşağın yatağının üsdündəki oyuncaqları yumşaq və ya rezindən etmək lazımdı. Həmçinin bu ayda uşaqlar ətrafı əlləri ilə öyrənir desək yanılmarıq, hər şeyə toxunmağı sevir. Buna görə də ona müxdəlif formalı oyuncaqlar verin.
4-5-ci aylar
Artıq bu ayda uşağın başının üsdündə fırlanan oyuncaqlar çağanı qıcıqlandırmağa başlayacaq. Çünki o həmin oyuncaqları tutub yoxlamaq istəyəcək, əli catmayanda isə narahat olmağa başlayacaqdır. Bu zaman ən məsləhətlisi o olardı ki, həmin oyuncaqları uşağın yanına qoyasınız və isdədiyi zaman onunla oynaya bilsin. Bu aydan etibarən uşaq asanca oyuncağa tərəf əyilir, onu götürür və hətda dadına da baxır. Buna görə də uşaqlara oyuncaq alanda bütün bu şərtləri nəzərə alıb uşağınıza oyuncaq seçin.
6-cı ay
6 aylıq uşaq artıq oynayacağı oyuncağı özü seçəcək. Onların fərəkətləri böyüklərlə müqaisədə çox yavaşdır. Lakin əgər uşağınız hər hansısa bir oyuncağı götürməyə çalışırsa ,həmin anada ona mane olmayın. Imkan verin istədiyi oyuncağı özü götürsün. Çünki uşağınızı belə rahatlığa alışdırsanız,istədiyi hər şeyi ona asanca versəniz, o gələcəkdə özgüvəni aşağı birinə çevriləcək. Hər hansı bir hadisəyə qərar verməkdə çətinlik çəkəcək.
narinc.az