Qısqanclıq – içimizi yeyən qurd!

Bu mövzunu sizinlə bölüşməyimin səbəbkarları mənim xanım pasientlərimdir. Bu son ay ərzində onların ən çox narahat edən suallardan biri bu olub: “Mən yanılmışam. Məncə həyat yoldaşın məni artıq sevmir. Bəlkə mən onu tanımamışam? O, evlənəndə də məni heç sevməyib?”

Qeyd edək ki, hər bir insanın sevgi haqqında şəxsi fikirləri var. Ancaq psixologiyada “sevgi”adlanan bu hiss fundamental hiss kimi qəbul olunub. Çünki insanın emosiyaları məhz bu hisslə sıx əlaqədədir. Sevgi hissi insanların qəlbində xüsusi yer tutan unikal bir hissdir. Sevgi müxtəlif emosiyayaların yaranmasına da səbəb olur. Məsələn, insan sevgilisindən ayrıldığı zaman kədər hiss edə bilər. Məyus olduqda isə qəzəblənə bilər.

Psixologiyanın inkişaf tarixinə nəzər salsaq görərik ki, insan bu sual ilə qarşılaşanda aciz qalır: “Sevgi nədir?” Lakin bu suala cavab tapmaq çətindir. Səbəb isə çox sadədir. Hər bir şəxs sevgini özünəməxsus izah edir. Sevgi insanın ürəyində, ruhunda sanki bir titrəmə yaradır, zərif hisslər oyadır, xeyirxahlığa, sülhə, sakitliyə çağırır. Bunlarla yanaşı neqativ hisslər də yaşamağa məcbur edir.

Sevgi bir anın içində insanı dəyişdirən bir hissdir. Əgər romantik sevgi yaşayırıqsa, həyat bizə çox gözəl görsənir.

Psixoloji nöqteyi-nəzərdən “Sevgi nədir?”sualının cavabı olsa belə müxətlif və sonsuz olacaq. Sevgini anlamağın ən yaxşı üsulu onu hiss etmək, daxili səsə qulaq asmaqdır. Çünki məhəbbət gözləmədiyimiz bir anda bizi yaxalaya bilər.

Sevgi həm də beyində gedən müəyyən biokimyəvi prosesdir. Buna əsaslanaraq sevgi genetik amillərin, psixoloji təcrübənin və hormonal göstəricilərin qarşılıqlı təsiri kimi izah edilir.

Elmi cəhətdən, əks cinsə olan romantik münasibətləri müxtəlif biokimyəvi proseslər və stimullar formalaşdıra bilər.

Kişilərin məhəbbət psixologiyası

Qadın sevən zaman dağları aşmağa belə hazırdır. O, bunu büruzə verir. Kişilərsə, əksinə çox vaxt öz hisslərini gizlətməyə çalışırlar. Qadınlar kişinin bu cür münasibətini görəndə tərəddüd edirlər: “Kişi sevir yoxsa yox?”.

Bu səbəbdən də qarşılıqlı münasibətlərin tənzimlənməsində qadın aparıcı rol oynayır.

Kişilər qadınların hər bir məsələyə emosional yanaşmasını görəndə bu cür düşünürlər: “Onunla mənə yaxşıdır. Amma nəyə görə o, hadisələri bu cür qiymətləndirir? Niyə hər şeyi mürəkkəbləşdirir? Nəyə görə, məni bu qədər sıxır? Niyə tələsir?”

Kişilər bir qayda olaraq öz hisslərini təhlil etməyə tələsmirlər. Onlar çox vaxt bir prinsiplə yaşayırlar: “Hər şey yaxşıdırsa, problem yoxdur”. Kişilər tez-tez qadını görməyə, onunla ünsiyyət saxlamağa, ona diqqət göstərməyə, yaxınlıq etməyə hazırdılar. Amma heç vaxt düşünməzlər ki, bu həqiqi sevgidir yoxsa deyil? Onlar sadəcə hiss edər və hisslərini yaşayarlar. Bu vəziyytədə kişi düşünər: “Bizə birlikdə çox yaxşıdır. Bunun sevgi olub-olmaması isə sonranın işidir”. Başqa sözlə, kişi daha çox bugünkü günlə yaşamağa üstünlük verir. O, bugünkü günün həzzini yaşamaq istəyir.

Kişinin sevdiyini necə bilmək olar?

Kişilər həqiqətən sevəndə öz məhəbbətini iki halda bildirirlər: “Birincisi – seçdiyi xanımı itirmək qorxusu əmələ gələndə. İkincisi – sevdiyi qadını əldə edə bilməyəndə”.

Kişi qadını itirəcəyini hiss etdikdə sevgisini bildirə bilər. Lakin kişinin sevgisini sınağa çəkərkən ehtiyyatlı olma lazımdır. Belə ki, bəzi kişilərin tənhalıqdan qorxmaq kimi kompleksi ola bilər. Eləcə də, kişinin özgüvən hissinin aşağı olması da nəzərə alınmalıdır.

Kişilərdə instinktiv olaraq zəif cinsi qorumaq, qayğısına qalmaq kimi bir tələbat özünü büruzə verir. Kişi bu tələbatını yerinə yetirəndə özünü təsdiq etmiş hesab edir. Yəni sevdiyi qadının həyatını təmannasız yüngülləşdirdikdə, ona dəstək olduqda, diqqət və qayğı göstərdikdə özünü rahat hiss edir. Kişi qadından minnətdarlıq sözlərini qəbul etmirsə, o, həqiqətən də sevir.

Eləcə də, kişi seçdiyi xanıma heyran olur. Bəzi hallarda heyranlıq hissi olmur. Lakin bu sevginin yoxluğunu göstərmir. Sadəcə bu əhvalın pis olması ilə bağlı ola bilər.

Əziz xanımlar, psixoloq kimi məsləhət görürəm ki, kişiyə sizi tamamilə fəthetdiyini göstərməyin. Qoy o, sizi zamanla, pillə-pillə qazansın. Əgər siz çox güclü və sərbəstsinizsə, sevdiyiniz kişiyə qorunmağa ehtiyacınızın olduğunun mütləq göstərin. Çünki hər bir kişidə qadını qorumaq instinkti var. Siz bu instinkti hər zaman realizə etməyə imkan verin.

Hər kəsə sevgi dolu bir həyat arzu edirəm. Sevgi dolu həyat çox gözəldir!

Zülfiyyə Yaqubova

Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər