Aristotellə iki sual verirlər. Birinci sual:
- Siz insanların hansı hərəkətlərindən təəccüblənirsiniz?
- Aristotel bir-bir sadalayır:
- Uşaq olanda darıxırlar, böyüməkçün tələsirlər. Ancaq sonradan da uşaqlıq dövrünün xiffətini çəkirlər
- Pul qazanmaq üçün sağlamlıqlarını itirirlər. Sonra sağalmaq üçün pul xərcləyirlər.
- Gələcək necə olacaq deyə narahatlıq keçirirlər və bu günü unudurlar. Nəticədə, nə bu günü, nə də gələcəyi normal yaşayırlar.
- Elə yaşayırlar ki, elə bil heç ölməyəcəklər. Elə ölürlər ki, elə bil heç yaşamayıblar.
Növbə ikinci suala çatır: – Yaxşı bəs, siz nə məsləhət verirsiniz?
Aristotel yenə sadalayır:
Özünüzü kiminsə gözündə ucaltmağa çalışmayın. Sadəcə imkan verin ki, sizi sevsinlər, əziz tuta bilsinlər. İnsan ömründə ən vacib olan həyatda çox şeyə sahib olmaq deyil, az şeyə ehtiyac duymaqdır.