23 noyabr tarixində Kitabevim.az kitab marketində tanınmış psixoloq, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmovun “X-Lady” konsultativ romanının təqdimat mərasimi keçirildi. Tədbirdə müəllifin yaxın dostları, həmkarları, tələbələri və ailə üzvüləri iştirak etdi.
Tədbir düşüncə jurnalının redaktoru Fəridə Qasımovanın açlış nitqi ilə başladı. Daha sonra söz müəllifə verildi. Müəllif Elnur Rüstəmov çıxış edərək, tədirdə iştirak edən dostlarına, həmkarlarına və qonaqlara təşəkkürünü bildirdi. Səbəbkar kitabdan bəhs edərək romanı yazmaqda məqsəd və missiyanın mahiyyətindən ,cəmiyyətə vermək istədiyi mesajdan danışdı.
Daha sonra Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, uşaq psixoloqu Narınc xanım Rüstəmova, Psixologiya və konsultasiya mərkəzinin klinik psixoloqu Orxan Fərəcli, Türkdilli Gənclər Birliyinin sədri Sahil Hacıyev, jurnalist, ailəm.az saytının redaktoru Xəyalə Muradlı,Yazıçı –dramaturq Elnurə Ayxan, Fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Fəttahlı və Elnur Rüstəmovun tələbələri çıxış edərək, müəllifə öz xoş sözlərini bildirdilər.
Sonda imza mərasimi keçirlildi və xatirə foto çəkildi.
Qeyd edək ki, “X Lady” psixoloji romanı Azərbaycanda bu janrda yazılmış ilk kitabdır.