Bayramdan sonra depressiya

Bayramda insanlar nəyinsə dəyişəcəyinə, daha yaxşı olacağına ümid edirlər

Psixoloqların fikrincə, məhz bayram günlərindən sonra ötəri tənbəllik hissi çoxlarını bürüyür. İlk iş günləri isə xüsusi ilə ağır sayılır.

Psixoloq Orxan Orucun sözlərinə görə, bayram insanların sosiallaşması və iş həyatının yaratdığı stressi atmaq üçün hər bir insana bir fürsət kimi görsənir: “Xüsusilə bayram bir neçə gün davam edirsə. Bayram günləri yaxınlaşdıqca biz qeyri-reallıqla yaşamağa başlayır, hər bir işimizi ləng görür, tez-tez “Qalsın, bayramdan sonra edərəm” deyib üst-üstə çoxlu işlər yığırıq. Beləliklə, bayram ərəfəsində məsuliyyət azalsa da, bayramdan sonra daha da çoxalır. İnsan tənbəlləşdiyi üçün rejimlə uyğun gəlməyən iş yükü stressin miqdarını çoxaldır və depressiyanı qaçılmaz edir. Buna görə də adətən, bayramdan sonra əhval-ruhiyyə bir qədər aşağı olur”.

O.Oruc bildirib ki, Novruz bayramı xalqımızın ən uzun sürən və şən bayramı hesab olunur: “Qışın çətinliklərindən, vitamin çatışmazlıqlarından çıxan orqanizmin birdən-birə çoxlu şirniyyat və enerjili qidalar qəbul etməsi, fəsil dəyişkənliyi depressiyasının asanlıqla dəf edilməsinə köməklik göstərir. Müasir dünyamızda bayramlar öz məqsədini itirsə də, Novruz bayramında hazırlanan qidalar əhval-ruhiyəyə müsbət təsir göstərir. Ancaq düzgün planlaşdırılmamış tətil, bayramdan sonrakı iş yükünü çoxaltmaq ümumi əhvala ciddi şəkildə təsir göstərir. Bu səbəbdən də bayramın necə keçirələcəyini əvvəlcədən müəyyənləşdirmək lazımdır. Bayram tətilinin əvvəlcədən planlaşdırılması bilet və ya hotel axtararkən yaranan problemlər zamanı stressi azaldır. Ümumiyyətlə, isə planlı həyat yaşaya bilən insanlar bayramla əlaqədar yarana bilən bütün stresləri rahatlıqla dəf etməyi bacarırlar. Bu isə o deməkdir ki, bayram sonrası stress və depressiyadan yan keçmək üçün bayram ərəfəsindəki planlarımızla ehtiyyatlı davranmalıyıq”.

Qeyd edək ki, bayram günlərindən sonra işə çıxanda orqanizm stress keçirir. Bu səbəbdən də bir-neçə günlük istirahətdən sonra dərhal fəal iş prosesinə keçmək məsləhət deyil. İşə tədricən başlamaq lazımdır. Çalışın ki, bayramdan sonra ağır işlər görməyəsiniz, vacib məsələləri həll etməkdən və önəmli qərarlar verməkdən çəkinin.

Ümumiyyətlə, istirahət günlərindən sonra işə uyğunlaşmaq çətinləşir. Belə ki, bayram günlərində çoxları həyat tərzini dəyişir. Misal üçün, işə gedərkən adət etdiyi vaxtdan daha gec yuxudan oyanmaq, gecə gec yatmaq, yemək qəbul etməyin vaxtını dəyişdirmək, uzun müddət iş görməmək və s. kimi amillər gündəlik rejimin pozulmasına gətirib çıxarır. Bu səbəbdən də bayram günlərini unudub işə başlamaq ağır gəlir.

Bayram günlərindən sonra işə uyğunlaşmaq vaxt tələb edir. Bu səbəbdən də işə çıxmazdan 1-2 gün əvvəl hazırlaşmaq lazımdır. Bunun üçün ən əsası işə getdiyiniz zaman adət etdiyiniz vaxtda yuxudan oyanın. Əslində işə uyğunlaşmaq üçün 2-3 gün lazım olacaq. Dəyişikliklərə çətin öyrəşən adamlarda isə işə uyğunlaşma müddəti bir həftəyə qədər uzana bilər. İş rejiminə öyrəşmək tək işçilər üçün deyil, rəhbərlik üçün də çətinlik yaradır.

Nəzərinizə çatdıraq ki, bayram günlərindən sonra bəzi adamların əhvalı pisləşə bilər. Bu onunla izah olunur ki, bayram abu-havası yoxa çıxır. Şənlikdən sonra dərhal adi günlər, gündəlik işlər başlayır. Bayramdan sonra ilk iş günlərinə çoxları həvəssiz başlayır. Geriyə, bayrama dönmək həvəsi bir müddət insanları tərk etmir. İşdə isə ilk günlər darıxdırıcı olur. Tədricən işdən uzaqlaşmaq istəyi daha da güclənir. Belə ki, insanlar başa düşməyə başlayır ki, işə getmək lazımdır. Növbəti bayram günlərinə, ezamiyyətə isə hələ çox var.

Psixoloqların apardıqları təcrübələrə görə, bayramdan sonra çoxları depresiyaya düşmək təhlükəsi ilə üz-üzə qalır. Belə ki, bayram günlərinin ötməsinə baxmayaraq, insanlar onun davam etməsini istəyirlər. Bəzi hallarda belə depressiya bayramdan gözlədiyimizi ala bilməməyimizlə də izah olunur. Ona görə ki, bayram günü insanlar nəyinsə dəyişəcəyinə, daha yaxşı olacağına ümid edirlər. Ümidlərini itirəndə isə depressiyaya düşürlər.

Bayramdan sonra depressiyaya düşənlərin əhvalı pisləşir. Onları heç nə sevindirə bilmir. İş görməyə, nəsə etməyə həvəsləri olmur. Daimə kədərli olurlar, ən xırda məsələlərə görə də əsəbləşirlər. Çox vaxt adi depressiya özü keçə bilər. Əgər bu hal bir ay davam edirsə, mütəxəssisə müraciət etmək lazımdır. Depresiyaya düşməməkdən ötrü təmiz havada gəzmək, vitamin qəbul etmək, idmanla məşğul olmaq məsləhətdir. Xüsusi ilə də oturaq işi olanlara, vaxtının çox hissəsini kompüterin qabağında keçirənlərə fiziki hərəkətlərə diqqət vermək tövsiyyə olunur. Özünü passiv hiss edən insanlar isə qırmızı rəngə üstünlük versələr daha yaxşı olar. Qırmızı rəng enerji verir. Xanımlar bu rəngdən geyimlərində istifadə edə bilərlər. Kişilər isə iş yerinə hansısa qırmızı rəngdə olan əşya, qələm qabı, kitabça, dəftər, iş yeri buna imkan verirsə suvenir də götürə bilər. Qoz, qara şokolad, yaşıl çay da özünüzlə işə götürsəz pis olmaz. Belə ki, bu ərzaqlar enerjinizi çoxaldacaq. Bundan başqa, zövqünüzü oxşayan musiqiyə də qulaq asa bilərsiniz. İşə gəldikdə isə dərhal çətin işdən yapışmayın. İş günü üçün planın tərtib olunması isə fikrinizi cəmləməyə kömək edəcək.

Ən əsası isə bayramdan sonra depressiyaya düşməmək üçün yalnız əlamətdar günləri deyil bütün həyatınızı bayram kimi yaşayın.

Aynurə Məmmədova
Redaktor

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər