Şizofreniya xəstəliyi nədir?

Şizofreniya,səbəbi hələ də bilinməyən,duyğu,düşüncə və davranışlarda önəmli pozuntularla müşahidə edilən,adı ilə belə insanı qorxudan bir xəstəlikdir.

Ümumilikde götürdükde xroniki gedişlidir və prodromal faza,aldanma və ya hallusinasiyaların var olduğu aktiv faza,kəskin faza,nəhayət zəifləmə və rezidiv faza olmaqla 3 mərhələdən ibarətdir.İlk simptomlara tez-tez baş veren gerilik hissi,qəzəb püskürən davranışlar daxildir.Bu simptomlar birinci mərhələni təşkil edir ki,bu mərhələ günlərlə,aylarla və illərlə davam edə bilər.İkinci mərhələnin başlamasının ilk simptomları insanların əslində mövcud olmayan insan və ya varlıqları görməsidir.Belə hallar isə xəstələrdə çaşdırıcı və aldadıcı düşüncələrin formalaşmasına səbəb olur.Bu simptomlar tədricən və yavaş-yavaş görünə bilər.Simptomlar ağır olduğu hallarda xəstə psixi epizodlar görə bilər.Belə hallarda isə xəstə reallıq və qeyri-reallıq arasındakı fərqi hiss etmir.Belə xəstələri isə artıq xəstəxanalara göndərmək zərurəti yaranır.Əks təqdirdə xəstəlik daha ağırlaşa bilər.Bu vəziyyətdə olduqda insanlar öz qayğıları haqqında qərarlar qebul edə bilmədiyindən məcburi də olsa onları xəstəxanaya yerləşdirmək gərəkdir.Bu faza 4 və ya 8 həftə davam edir və bu fazada şizofreniya xəstəliyinin diaqnozu qoyulur.Sonuncu mərhələ zəifləmə və ya residiv mərhələ adlanır.Aktiv fazadan sonra ,simptomlar zəifləyə və həyat normal ola bilər ki,buna zəifləmə deyilir.Am-ma simptomlar əksinə daha da kəskinləşirsə,bu residiv mərhələ adlanır.Bu dövrdə simptomlar daha da ağırlaşa və təkmilləşə bilər.

Şizofreniyanın ömür boyu yayılma faizi 0,5-1%-dir.Bu isə o deməkdir ki,dünya-ya gələn hər əkiz uşaqdan 2-3-ü sizofreniya xəstəliyinə tutulma ehtimalı vardır.Xəstəliyin ortaya çıxmasında isə cinsiyyətin fərqi yoxdur.Xəstəlik əsasən 15-35 yaşlar arasında başlanır.10 yaşdan aşağı və 40 yaşdan yuxarı başlaması nadirdir.Bu baxımdan şizofreniyanın başlaması üçün ən riskli yaş 15-25 yaşlardır.Ailəsində şizofrenik olan insanlarda şizofreniya riski normal insanlara nis-bətən daha yüksəkdir.Eyni zamanda tək yumurta əkizlərinində,cüt yumurta əkizlə-rinə nisbətən xəstəliyə tutulma riski daha yüksəkdir.Övladlığa götürülmüş uşaqlar üzərində aparılmış tədqiqatlarda ,əgər bioloji ana və atada şizofreniya varsa,övladlığa götürülmüş uşaqlarda şizofreniyaya tutulma riski yenə də yüksəkdir.Əksinə ana və atası şizofrenik olmayan bir uşaq,şizofrenik bir aile tərəfindən övladlığa götürüldükdə,həmin uşaqlarda şizofreniya riski artmaqdadır.Deyilənlərdən aydın olur ki,şizofreniya irsi bir xəstəlik deyildir.Şizofreniya xəstəsinin övladına da bu xəstəlik keçəcəkdir düşüncəsi tama-milə yanlışdır.Bu baxımdan şizofreniyanın tək bir faktora bağlı bir xəstəlik olmadığını,çoxlu faktorla bağlı olduğu qeyd edilməlidir.

Müsbət simptomlar

Müsbət simptomlar şəxsin səxsiyyətinə “əlavə edilən”həyəcanlardır.

Yanılmalar-yalan ideyalar-onlar belə güman edirlər ki,məşhurdular və onları kimsə izləyir və ya güdür.

Hallusinasiyalar-həqiqətdə mövcud olmayan nəyisə görmək,hiss tmək,dadmaq və ya esitməkdir.Bu halda şizofreniklər onlara əmrlər və şərhlər verən uydurma səslər eşidirlər.

Pozulmuş nitq və fikir-mənasız şəkildə bir mövzudan başqa bir mövzuya keçidin baş verməsidir.

Mənfi simptomlar

Mənfi simptomlar şəxsin şəxsiyyətindən “itirilən” bacarıqlardır.Sosial geriləmə,insanlardan uzaqlaşma,həyatdan zövq almamaq,öz işinə laqeydsizlik,xarici görünüşə önəm verməmək,baxımsızlıq və.s daxildir.

Şizofreniyanın tipləri

Paranoidal tip-şəxs özünü çox şübheli aparır,xüsusi olduğuna,xüsusi bir vəzifə üçün dünyaya göndərildiyinə,özünə xüsusi bir vəzifə verildiyinə,bədənin fövqəltəbii olduğuna inanır.

Dağıdılmış tip-bu xəstələr pozulmuş nitqə və davranışa malik olurlar.Yəni qarma-qarışıq davranışlar və ətraf mühitə qeyri-adi görünüşə malik olan davranışlar göstərirlər.Üzlərinə baxdıqda donuq bir üz ifadəsi və yaxud mövcud vəziyyətlə heç bir əlaqəsi olmayan davranışlar göstərirlər.Belə hallarda onlar ağlanılacaq şeylərə gülür və ya gülünəcək şeylərə ağlaya bilərlər.

Katatonik tip-xarici mühitlə əlaqəsi kəsilmiş kimi görünsələrdə ətraf mühitdə baş verənləri tanımaq və qeyd etməkdədirlər.Xəstələr bəlli bir duruşda uzun müddət qala və xaricdən gələn reaksiyalara cavab verməzlər.Bu tip xəstələr qarşısındakı insanın hərəkət və davranışlarını təkrar edə bilərlər.

Şizoaffektiv tip-bu tip xəstələrdə şizofreniyanın əlamətləri artıq qalmamışdır və ya bu əlamətlər yumşamlış halda davam etdiyi vəziyyətlərdə bu tip şizofreniyadan behs edilir.

Sadə tip-yavaş başlayan və daha çox mənfi halların üstün olduğu şizofreniya tipidir.Adətən aldanmalar,hallusinasiyalar,hərəkət pozuntuları müşahidə edilmir.

Qalıq tip-xəstə müayinə edildiyində şizofreniya diaqnozu qoyulur,ancaq yuxardakı alt tiplərdən heç birisi tam olaraq ayırd edilmədikdə bu diaqnoz qoyulur.Daha çox mənfi halların üstün olduğu pozğunluqdur.Dəyişməyə qarşı istək və maraq azdır.Cəmiyyətdən qaçmaq,düşüncədə durğunluq,özünə yaxşı baxmamaq kimi mənfi hallar gözlənilir.

Şizofreniya sonrası çökkünlük-şizofrenik tutmaların ardından xəstə çox aydın çökkünlüyə girə bilər.Daha çox mənfi əlamətlər olmaqla birlikdə müsbət əlamətlər də gözlənilir.Qalıq tip şizofreniyadan ayırmaq bir qədər çətindir.Diaqnozun qoyulması üçün xəstənin hekayəsi önəmlədir.

Şizofreniyanın mualicesini 4 mühüm növü vardır;

Dərman müalicəsi,psixo və ya sositerapiya,psixo-melumatlandırma,ailə dəstəyi.

Dərman müalicəsi-xəstənin bu yöntəmlə müalicəsində neyroleptik maddələrdən istifadə edilir.Neyroleptik dərmalardan 1950-ci illərdə ilk dəfə olaraq xlorpromazin ilə istifadəyə girmiş və şizofreniyanın müalicəsində cığır açmışdır.Dərmaların istifadəsi xəstədən xəstəyə dəyişir.Dərmanların təsir müddəti də xəstədən-xəstəyə dəyişilir və istifadə edilən dərman növünə bağlı yan təsirlər görülə bilər.Tez-tez görülən yan təsirlər arasında yorğuluq,susuzluq,tərləmə,bulanıq görmə,iştah artması sayıla bilər.

Psixo-terapiya-şizofreniya xəstələrinin müalicesində istifadə olunan müxtəlif psixoterapiya müalicələri formalaşmışdır(dəstəkləyici,şəxsi,bağlılıq və.s).Bu cür terapiyaların dərman müalicəsindən sonra geridə şikayətləri qalan xəstələrdə yararlı olduğu düşünülməkdədir.

Psixo məlumatlandırma-şizofreniya xəstələrinin müalicəsində yerinə yetiriləcək proqrama daxil edilməsində yararlı olduğuna dair sübutlar var və bəzi ölkələrdə bu cür proqmlardan xəstəliyin müalicəsində istifadə edilir.

İsmayılova Aysel

Bakı Dövlət Universitenin Sosial elmlər və Psixologiya fakültəsinin Psixologiya ixtisası üzrə 2-ci kurs tələbəsi

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər