Uşağa yeməyi necə sevdirək? – YOLLAR

Uşaqlarda iştahasızlıq ailələr tərəfindən ən çox dilə gətirilən şikayətdir. Uşaqların yüzdə 25-40 faizində bu probem var. İştahasızlıq bəzən çox da ciddi olmayan səbəblərdən qaynaqlanır, bəzən də sidik yolu iltihabı, hepatit kimi ciddi xəstəliklərin xəbərçisi ola bilir. Buna görə uşağınızın səhhətində iştahasızlıqla bərabər elə ciddi problem hiss olunmursa, naraht olmağa dəyməz. Bəs iştahası olmayan uşağa yemək yeməyi necə sevdirmək olar? Ailem.az bunun yolllarını təqdim edir.
Başını qatmayın

İlk 6 ay sadəcə ana südü ilə bəsləyin. Əlavə qidalara keçmək üçün tələsməyin. Hər gün eyni saatda eyni şeyi verin. Yemək yeyərkən başlarının qarışmaması üçün diqqətli olun.

Rol modeli olun

Yemək yeyərkən öz yemə tərzinizə diqqət edin. Çünki uşaqlar yemək zamanı sizi diqqətlə izləyər. Əgər siz balqabaq, ya kələmi iyrənərək, ağızınızı bürüşdürərək yesəniz, onda uşağınız da bunları yeyərkən eyni cür davranacaq.

Dağıtsa da, yerə töksə də, özü yesin

9-cu ayından etibarən uşağınızın özünün yeməsi üçün imkan yaradın. İlk başda qaşığın içindəkini yerə töksə də, zamanla ağzına aparmağı bacaraq. Əgər ona bu zövqü yaşatsanız, o zaman daha da iştahlı olacaq.

Boğazında qalacaq qorxusunu ona yansıtmayın

Əgər bu qorxunuzu uşağa yansıtsanız, uşaqda qusma, tüpürmə, çeynəməmə, öyümə kimi pis yemək problemləri yaranacaq.

Əmziklə bəsləməyin

Əmziyin əziyyətsiz və rahat əmilməsi uşağın ana döşünü əmməsinə marağını azaldır. Uşağa hər sıxıntı yaşadığında sakitləşməsi üçün tez ana döşü, ya əmzik verilərsə, iştahsızlığa zəmin yaratmış olursuz.

Mehriban – sərt nüfuz

Enerjili bir uşağı yeməyə vadar etmək çətin olur. Uşaq sizin qərarlı olduğunuzu görsə, mehriban-sərt bir davranış göstərsəniz, ciddiliyinizi duyaraq sizə itaət etməli olacaq.

Erkən yatızdırıb, erkən qaldırın

Bir uşaq üçün müntəzəm yuxu saatı və qidalamanın olması vacibdir. Gec yatdığı üçün gec qalxan, gecə yaxşı yatmayan, gündüz yuxuları düzənli olmayan bir uşağın qidalanmasının uyğun olması mümkün deyil.

ailem.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər