Ü – Yuxu Yozumları

ÜMİDSİZLİK, MƏYUSLUQ: Yuxuda məyus olmaq o deməkdir ki, iş həyatınızda çoxlu ağır, xoşagəlməz hadisələr olacaq. Başqalarını məyus görmək qohum və ya dostlardan kiminsə müsibətli vəziyyətinə işarədir.

ÜMUMİ YUXULAR: Bu kateroqiyaya aid olan iki növ yuxu var; birgə və üst-üstə düşən. Hər halda iki və daha çox şəxs oxşar adamları görürlər. Onlar arasında fərq yuxunu necə görməkdədir. Birgə yuxularda yuxunu görənlər inkubasiya yolu ilə eyni yuxunu yaşamaq istəyini özlərində inkişaf etdirirlər. Təsadüfi (üst-üstə düşən) yuxular isə bundan fərqlidir. Yatmağa gedən adamlar yuxuda oxşar şeylər görsələr də bir-birlərindən xəbərsiz olurlar. Dostlar bir yerə yığışaraq birgə yuxularını müzakirə etməsi və öz təəssüratlarını müqayisə etməsi maraqlı olardı. Üst-üstə düşən yuxular müxtəlif insanlar tərəfindən təsadüfən görülür.Dostunuza hansısa yuxunu danışanda birdən məlum olur ki, o da həmin yuxunu görüb. Bu həqiqətən də nadir və qəribə hadisədir.

ÜRƏYİ GETMƏ: Yuxuda ürəyi getmə ailənizdə mümkün xəstəlik və xoşagəlməz xəbərlərə işarədir. Yuxunu gənc qadın görübsə, bu o deməkdir ki, səhlənkarlığı ucbatından ümidsizliyə qapılacaq.

ÜSKÜK OYMAQ: Yuxuda oymaqdan istifadə etmisinizsə, bu o deməkdir ki, tezliklə başqa insanları sevindirəcəksiniz. Qadının əlində üskük görmüsünüzsə, bu, o deməkdir ki, hansısa ciddi addım atacaqsınız. Yuxuda oymaq itirmək kədər və ehtiyaca işarədir. Yuxuda köhnə, işlənmiş oymaq görmüsünüzsə, bu o deməkdir ki, yaxın gələcəkdə çox vacib olan bir işdə ağılsız davranacaqsınız. Yuxuda yeni oymaq almısınızsa və ya hədiyyə veriblərsə,bu, tezliklə əhatənizdə olan insanlarla ünsiyyət, sevinc və məmnunluq hissləri gözlənilir. Yuxuda barmağınıza oymaq keçirmək istəyirsinizsə və deşiyi bağlıdırsa, bu, sizi ciddi xoşagəlməz hadisələrin gözlədiyinə işarədir, lakin dostlarınız sizə çətin vəziyyətdən çıxmağa kömək edəcəklər.

ÜZ: Yuxuda məhzun baxışlı, gözəl, açıq üz görmək o deməkdir ki, siz çox yaxında gözəl əyləncələrdə iştirak edə bilərsiniz. Lakin eybəcər, qaraqabaq və acıqlı üz görmək xoşgəlməz hadisələrə işarədir. Yuxuda üzünüzə baxaraq onun əsrarəngiz rəngindən zövq alırsınızsa, bu, uğur və gözlənilməz xoş hadisələrə işarədir. O qədər də yaxşı olmayan üz rəngi qəm, qüssəyə işarədir. Yuxuda kiminsə üzündə qalın, xoşagəlməyən dodaq görmək tələsik və düşünülməmiş qərarlara işarədir. Xoş gülümsəyən dolu dodaqlar münasibətlərdə harmoniya və evdə bolluğa işarədir. Sevgililər üçün bu yuxu qarşılıqlı məhəbbətə işarədir. Nazik dodaqlar o deməkdir ki, sizi asanlıqla çıxış yolu tapacağınız çətin vəziyyət gözləyir. Şişmiş, soyuq dəymiş dodaqlar qeyri-sağlam arzular, yaxınlarınızdan kiminsə xəstəliyinə işarədir. Yuxuda öz üzünüzü və tanımadığınız adamın üzünü görmüsünüzsə, bu, sizin üçün iztiraba işarədir. Yuxuda güzgüdə öz əksini görmək real həyatda özünüzdən narazılığa işarədir.

ÜZÜK: Yuxuda üzük hadisələr dairəsini, həll olunmamış problemləri, bağlılığı, andı, sədaqəti simvilizə edir. Yuxuda sevdiyiniz adamın barmağına üzük taxmaq öz hiss və vədlərinizə sadiqliyi göstərir. Tanımadığınız şəxs tərəfindən barmağınıza nişan üzüyünün taxılması sizi çoxdan narahat edən problemlərin həllində gözlənilməz köməkdən xəbər verir. Yuxuda heç cür barmağınıza uyğun üzük tapmamaq həyatda heç kimə qarşı qəlbən bağlılıq hiss etməməniz deməkdir. Yuxuda üzüyün barmaqdan düşməsi pis əlamətdir. Real həyatda siz öz vədinizi və sədaqət andınızı pozmusunuz, ona görə də tale sizə həyat sınağı hazırlayıb.

Üzüyünün daşının düşdüyünü görən kimsənin uşağı olar yaxud malından bir şeyi itirər. Üzüyün qırılması , xanımının boşanmasına işarədir. Üzük, bir ev və ya bir heyvani satın almağa işarədir. Yuxuda görülən üzük əgər qızıldan olursa kişi üçün zillət və məşəqqətdir . Dəmirdən bir üzük taxdığını görən kimsə , çətinlik və məşəqqətdən sonra xeyirə nail olar. Üzük qızıldan və qaşı da varsa bu yuxu yaxşı və xoşdur. Üzüyün qaşı olmazsa , özündə mənfəəti olmayan işlərə işarədir. Bir kimsə gümüşdən bir üzük taxıldığını və hökmünü, murad etdiyi şəkildə yerinə yetirdiyini və etdiyini görsə, o kimsələr səltənətə çatarlar. Üzüyünün qaşının sallandığını görən kimsə mövqesindən alınır , Vəzifədə olan bir kimsə üzüyünü çıxarıldığını görsə tutduğu vəzifədən alinir , yaxud mülkü əlindən gedər, ya da xanımını boşayar . Qadın üçün bu yuxu, ərinin yaxud özünün çox yaxını olan bir kimsənin ölümünə işarədir. Bir kimsə üzüyünü halqasının qırılıb düşdüyünü və daşı qaldığını görsə, səltənəti gedər və şöhrət qalar. Əgər üzüyünü dar oldugunu görsə, Zülümkar bir qadından əziyyət cəkmiş olar. Yaxud özündə çətinlik və məşəqqət olan bir şeyə malik olar. Əgər yuxuda əmanət üzük alsa , o kimsə davamı olmayan bir şeyə malik olar. naxışlı bir üzük tapdığını görən kimsə , ev , heyvan və mülk sahibi olub xanım kimi yaşamağa nail olar. Üzüklərin küçədə satıldığını görsə , o kimsə xalqın rəislərinin evini mülkünü satın alar . Subay olan kimsə yuxuda üzük taxıldığını görsə, zəngin bir qızla evlənir. Üzük qızıl olsa alacağı xanım maliyyəli bir xanım olar. Üzüyün qaşını görmək uşaq deməkdir. Əgər üzük ləl-cəvahiratlar olursa təbir mövqe və pul ilə səltənət və dövlətə, çox mala, şöhrətə , izzət və şərəfə işarədir. Üzüyün qaşı muncuqdan olursa , səltənət zəif olduğuna işarədir. Üzüyün yaşıl yaqutdan oldugunu görən kimsənin, mömin, alim, ağıllı və anlayışlı bir uşağı dünyaya gəlir. Agaç parçasından üzük, münafiq bir qadındır. Peyğəmbərimiz (SAV)-dən və ya alim bir kimsədən gümüş üzüyün almaq, elmə nail olmağa və müjdədir. Əgər alınan üzük qızıldan dönüb gümüş olursa, onda əsla xeyir yoxdur. Üzüyün dəmirdən olmasından da xeyir yoxdur. Misdən də xeyir yoxdur. Dişi qabardılmış və içi doldurulmuş üzüklər hiylə və aldatmağa işarədir. Yaxud böyük bir şeyi ya çox mənfəəti istəməyə işarədir. Qalay üzük, özünü zəif olan bir qüvvədir. Bir kimsə üzüyünü şiddetlicə çıxarıldığını görsə o kimsənin dövləti yaxud üzüyün nisbət edildiyi şey ondan gedər. Üzüyünün itdiyini görən kimsə malik oldugu şeydə pis gördüyü bir şey meydana gəlir və ona sabir edər. Yuxuda üzük görmək, mövqe, mal, zənginlik, dolanışıq, bolluq və bərəkətə işarədir.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər