“Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt” kitabının təqdimat günü

26.10.2019 tarixində “LİBRAFF” kitab evinin Elmlər Akademiyası şöbəsində məhşur yazar Ellen Notbohm tərəfindən qələmə alınan “Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt” kitabının təqdimatı keçirildi.

Pərviz Talıblı tərəfindən tərcümə olunmuş kitabın ixtisas redaktorluğu Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovaya məxsusdur.

Tədbirdə açılış nitqi üçün söz klinik psixoloq Narınc Rüstəmovaya verildi. Kitabın ixtisas redaktoru öz çıxışında ilk olaraq günün təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək gələn qonaqları salamladı. Narınc Rüstəmova yazıya alınan məlumatlarla bağlı öz rəyini bildirib, kitabın bu gün bir çox valideynin maariflənməyə ehtiyac duyduğu mövzudan bəhs etdiyini səsləndirdi. O, spiker kimi çıxışının davamında autizm sindromundan əziyyət çəkən uşaqların qarşılaşdığı problemlərdən, daxilən keçirdikləri psixoloji narahatlıqlardan, onlara qarşı doğru yanaşmadan, autizm şiddətinin ölçülməsindən, lazım olan düzgün terapiyadan danışdı.

Ardınca Respublikanın baş narkoloqu, Respublika Narkoloji Mərkəzinin direktoru, həkim-psixiatr, dosent, tibb elmləri üzrə fəlsəfə doktoru Araz Manuçöhri Lalei və nevroloq Aynur Zeynalova spiker qismində çıxış edərək öz oxucu kütləsinə təqdim olunan kitabın mahiyyətini açıqladılar, öz sahələri üzrə yanaşaraq autizm sindromundan əziyyət çəkən uşaqların müalicəsi və cəmiyyətə adaptasiyasından danışdılar. Tədbirin davamında qonaq qismində iştirak edən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmova söz verildi. Psixoloq çıxışında kitabın Azərbaycan dilinə tərcümə olunması və geniş oxucu kütləsinə təqdim edilməsinin maariflənmə yolunda nə qədər mühüm bir addım olduğunu səsləndirərək təbrikini dilə gətirdi. Psixoloq autizm diaqnozu qoyulan hər bir uşağın sahib olduğu özəlliklərdən danışdı, onların cəmiyyətə inteqrasiyasının vacibliyini vurğuladı, peşəkarların və valideynlərin üzərinə düşən öhtəliklərə aydınlıq gətirdi.

Həmçinin, Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya Kafedrasının doktorantı Gülər Məmmədova tədbirdə qonaq qismində iştirak edərək, öz müsahibəsində mövzunun müasir günümüzdə cəmiyyət üçün böyük aktuallıq kəsb etdiyini vurğulayıb kitabın bir çox valideyn üçün faydalı olacağını bildirdi.

Çıxışların ardınca spikerlər tədbir iştirakçıları tərəfindən verilən sualları cavablandırdılar.
Sonda isə Autizm diaqnozu ilə Narınc Psixologiya Mərkəzinin Xalqlar Dostluğu filialına müraciət edən və aylardır terapiya olunan 6 yaşlı Emilin anasına söz verildi. O, yaşadığı hissləri, qarşılaşdığı çətinlikləri vurğulayaraq təcrübəsindən danışdı, eyni taleyi yaşayan analara ürək sözlərini çatdırdı, səbr və əzmlə bu problemə qalib gəlmənin mümkünlüyünü vurğuladı. Və çıxışının sonunda düzgün terapiya üçün Narınc Psixologiya Mərkəzinin rəhbərliyinə, əmək sərf edən mütəxəssislərə təşəkkürünü bildirdi. Qeyd edək ki, bu gün Emil düzgün aparılan terapiya sayəsində psixoloji və loqopedik cəhətdən böyük irəliləyişlər qazanıb. Və biz ananın sevinc çıxışını dinlədik.
Son olaraq, Narınc Psixologiya Mərkəzi adından tədbirin ərsəyə gəlməsində əməyi keçən şəxslərə, TEAS Press Nəşriyyat Evinə, həmin gün bizimlə olan, sevincimizə şərik olan hər kəsə təşəkkür edirik. Var olun!

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər