XX əsrdə uşaq tərbiyəsində 4 pedaqoq inqilab etmiş sayılır: amerikalı Con Dyui, alman Qeorq Kerşteyner, italiyan Mariya Montessori və sovet pedaqoqu Anton Makarenko.
Onlardan biri olan Mariya Montessorinin məsləhətlərini təqdim edirik. Bu məsləhətləri hər bir valideyn əzbər bilməlidir.
- Uşaqlar onları əhatə edən şeyləri öyrənirlər.
- Uşaq tez-tez tənqid olunursa, o qınamağı öyrənir.
- Uşaq tez-tez təriflənirsə, o qiymətləndirməyi öyrənir.
- Uşağa düşmənçilik göstərilirsə, o döyüşməyi öyrənir.
- Uşaqla vicdanlısansa, o ədalətli olmağı öyrənir.
- Uşaq tez-tez lağa qoyulursa, o utancaq olmağı öyrənir.
- Uşaq güvən içində yaşayırsa, o inanmağı öyrənir.
- Uşaq tez-tez rüsvay edilirsə, o özünü günahkar hiss etməyi öyrənir.
- Uşaq tez-tez təqdir olunursa, o özü haqqında yaxşı düşünməyi öyrənir.
- Uşağa qarşı mərhəmətli olursansa, o səbirli olmağı öyrənir.
- Uşaq ürəkləndirilirsə, o özünə inam qazanmağı öyrənir.
- Uşaq dostluq mühitində yaşayır və özünü lazımlı hesab edirsə, o bu dünyada sevgi tapmağı öyrənir.
- Uşaq haqqında onun yanında və o olmadan, pis danışmayın.
- Uşaqda yaxşı şeylərin inkişafına diqqət ayırın, bundan sonra pislərə yer qalmayacaq.
- Sizə müraciət edən uşağı dinləyin və ona cavab verin.
- Səhv etmiş uşağa da anlayışla davranın ki, indi, yaxud sonra öz səhvini düzəldə bilsin.
- Axtarışda olan uşağa kömək etməyə hazır olun və artıq hər şeyi tapmış uşağa mane olmamağa çalışın.
- Uşaqla ünsiyyəti ən yaxşı tərzdə qurmaq lazımdır – ona sizdə olanın ən yaxşısını təqdim edin.
ailem.az