Əvvəllər bir-birini tanımayan adamların sonradan necə çox az vaxt ərzində qarşılıqlı sevgi hissləri ilə bağlandıqları ilə bağlı maraqlı araşdırma var.
20 il əvvəl psixoloq Artur Aron bir eksperiment həyata keçirib. Bir-birini tanımayan qadınlar və kişilər öz partnyorları ilə 36 sual-cavab edirlər. Sonra isə susaraq 4 dəqiqə bir-birlərinə baxırlar. Yarım il sonra bu cütlüklərin əksəriyyəti evlənir.
Suallar isə sadədir.
- Bütün dünyadan bir nəfəri nahar üçün dəvət etməli olsaydın bu kim olardı?
- Məşhur olmaq istərdinizmi? Hansı sahədə?
- Telefonla danışmazdan əvvəl nə deyəcəyinizi məşq edirsiniz? Niyə?
- Mükəmməl bir günü izah edərsiniz?
- Ən son nə vaxt öz-özünə mahnı oxumusan? Birinə mahnı oxumusan ?
- Əgər 90 il yaşasaydınız, ömrünüzün son 60 ilini də 30 yaşınızdakı ya ağlınız, ya da bədəniniz ilə keçirtmək imkanınız olsaydı, hansını seçərdiniz?
- Necə öləcəyiniz haqqında şüuraltı hissləriniz varmı?
- Sizdə və sizin partnyorunuzda olan 3 ortaq xüsusiyyət nədir?
- Həyatında ən böyük minnətdarlıq hissi nəyə görədir?
- Yetişmə tərzinizdə nəyi dəyişmək istəyərdiniz?
- 4 dəqiqə ərzində öz partnyorunuza həyatınızı mümkün qədər ətraflı danışın.
- Növbəti günə yeni bir özəllik və qabiliyyətlə başlamaq imkanınız olsaydı, nəyi seçərdiniz?
- Əgər haqqınızda hər şeyi düz deyə bilən kristal şarınız olsaydı, nəyi bilmək istəyərdiniz?
- Uzun zamandır xəyalını qurduğun, amma etmədiyin bir şey varmı? Etməmə səbəbin nədir?
- Həyatda ən böyük nailiyyətiniz nədir?
- Dostlarınızda ən çox nəyi qiymətləndirirsiniz?
- Ən gözəl xatirəniz hansıdır?
- Ən qorxulu xatirəniz hansıdır?
- Əgər bir il ərzində öləcəyinizi bilsəz indiki həyatınızda nəyi dəyişmək istəyərdiniz? Niyə?
- Dostluq sizin üçün nə deməkdir?
- Sevgi və məhəbbət sizin həyatınızda necə rol oynayır?
- Partnyorunuzun müsbət xüsusiyyətlərini sıra ilə 5 maddədə sayın.
- Ailə üzvləriniz bir-birinə nə qədər yaxındır? Başqa insanlara nisbətən daha xoşbəxt uşaqlıq keçirdiyinizi fikirləşirsiniz?
- Ananızla münasibətləriniz haqqında nə düşünürsünüz?
- Biz sözü ilə başlayan üç doğru cümlə qurun. Məsələn, ” Biz bu otaqda hiss edirik ki,…”.
- Bu frazanı tamamlayın: ” Mən kimləsə bölüşmək istəyirəm, …”.
- Əgər partnyorunuzun ən yaxın dostu olmaq istəsəniz, o sizin haqqınızda ən əsas nəyi bilməlidir ?
- Partnyorunuzda bəyəndiyiniz bir xüsusiyyəti deyin. Çox dürüst olun və onu az tanıyan insanın deyə bilməyəcəyi bir şeyi deyin.
- Partnyorunuzla yaşadığınız ən xoşagəlməz anı paylaşın.
- Axırıncı dəfə nə vaxt və nə səbəbə ağlamısınız?
- Öz partnyorunuzda artıq bəyəndiyiniz şeyləri danışın.
- Nə hədsiz ciddidir və zarafatlar niyə uğursuzdur?
- Əgər siz, heç kəslə daha əvvəl danışmadığınız nəsə haqqında ünsiyyət qurmaq imkanı olmadan bir gecə ölsəydiniz daha çox heyfslənərdiniz? Nəyə görə hələ də ona bunu deməmisiniz?
- Sizin bütün əmlakınız olan eviniz yandı.Yaxınların və ev heyvanlarının xilasından sonra sizin yenə də evə qayıdıb hansısa əşyanı çıxartmaq üçün vaxtınız olarsa, bu nə olardı? Nə üçün?
- Ailə üzvlərinizdən kimin ölümü sizi daha çox üzərdi? Nə üçün?
- Şəxsi problemlərinizi paylaşın və partnyorlarınızdan məsləhətlər alın. Onlar bu vəziyyətdə necə davranardılar.
Məntiq ondadır ki, insanlar bu suallarla digərinin həyatının həssas sahələrinə baxış əldə edirlər.
kayzen.az