ERİX FROMM (1900-1980)

Erix Fromm görkəmli alman sosioloqu, filosofu, sosial psixoloqu, psixoanalitik, Frankfurt məktəbinin nümayəndəsi və neofreydizmin yaradıcılarından biridir. O, Almaniyanın Frankfurt na-Mayne şəhərində ortodoksal yəhudi ailəsində anadan olmuşdur. Erix Fromm 1925-ci ildə psixoanalitik hazırlığını başa çatdıraraq praktik psixoanalitik kimi fəaliyyətə başlamışdır. 
Hələ 12 yaşında olarkən, atasının ölümündən dərhal sonra intihar etmiş gənc rəssam qızın həyatı və onun atasının yanında dəfn edilməsi vəsiyyəti Erix Frommda dərin təəssürat yaratmışdır. O, anlaya bilmirdi ki, atası gənc rəssam qıza necə güclü təsir göstərmişdir ki, həmin qız həyat sevincini yaşamaqdan imtina edərək intihar yolunu seçmişdir. I Dünya Müharibəsi illərində baş verən hadisələr insanların bir-birinə nifrəti, millətçilik hisslərinin güclənməsi onu insanların bir-birini öldürməsinin səbəblərini öyrənməyə istiqamətləndirmişdir. Sonralar Erix Fromm Freydin psixoanalizi ilə yaxından tanış olmuş, lakin onun bioloji baxışlarını qəbul etməmiş və “Humanistik psixoanaliz” adlanan öz təlimini yaratmışdır. O, yazırdı ki, insanın inkişafının mühüm amillərindən biri onun ikili təbiətindən irəli gələn ziddiyyətlərlə bağlıdır. İnsan təbiətin bir hissəsidir. Onun qanunlarına tabedir, eyni zamanda düşüncəyə malik olan subyekt və sosial varlıqıdr. Bu ziddiyyəti o, “ekzistensial dixotomiya” adlandırmışdı. O, yazırdı ki, heyvanlarda yaşamağa kömək edən güclü instinktlər, insanlarda isə qərar qəbul etməyə imkan verən şüur mövcuddur. 
1941-ci ildə yazdığı “Azadlıqdan qaçış” adlı əsərində azadlığı “neqativ azadlıq” və “müsbət azadlıq” – deyə iki yerə ayırmışdır. O, həmçinin bu əsərdə “sosial xarakter” anlayışını elmi dövriyyəyə gətirmişdir. Psixoloqun özünə görə, “sosial xarakter” anlayışı ictimai proseslərin anlaşılması üçün açardır. 
Erix Fromm sonuncu “Freydin nəzəriyyəsinin böyüklüyü və məhdudluğu” adlı əsərində yazmışdır: “Freyd dahi ideyalar irəli sürmüşdür. Onun təfəkkürü paradiqmal təsirə malik olmuş, yəni insanların şüurunda inqilab yaratmışdır. Lakin Freydin baxışları insanın sosial təbiətini kölgədə qoyur və onun mahiyyətini analitik düşüncə mövqeyindən tam izah edə bilmir.”

 
– Mənbə: N.Z. Çələbiyev. Dünyanın məhşur və tanınmış psixoloqları. Bakı-2017. Səh: 123-126.

 Hazırladı : Sevinc Abuşova.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər