2007-ci ildə Xalid Hüseyninin ikinci əsəri oxucu auditoriyasına təqdim edilir. Həmin əsər “Min möhtəşəm günəş” adlanır və tezliklə bütün ingilis dilli ölkələrin kitab köşklərində qabaqcıl cərgələrdə durur.
Roman Əfqanıstanı darmadağın edən müharibənin qurbanı olmuş iki əfqan qadınının həyatından bəhs edir: əfqanlı zəngin birisinin nikahdan kənar qızı, uşaqlıqdan ailə sevgisindən məhrum olmuş Məryəm və mehriban ailənin sevimli qızı, maraqlı və rəngarəng həyat arzusunda olan Leyla.
Onların arasında ümumi heç nə yoxdur, ayrı-ayrı dünyalarda yaşayırlar, amma müharibə onların həyat yolunu birləşdirir. Özləri də bilmir onlar kimdir – rəqib, rəfiqə, yoxsa bacı. Təklikdə orta əsr desportizminə, amansızlığa qarşı dura bilməyəcəklərini başa düşüb birlikdə mübarizə aparırlar, ağır sınaqlardan keçirlər.
“Min möhtəşəm günəş” güclü, dramatik, lirik romandır – oxucu qəlbini riqqətə gətirən ağrısı, sevinci ilə, nəcib məqsədi, sonsuz lütfü ilə.
Yazıçının ən son fəaliyyət nümunəsi 2013-cü ildə “Və dağlardan səda gəldi” əsəri olmuşdur. İlk iki əsər kimi də bu əsər də əsasən Əfqanıstan və oradakı insanların həyatı haqqında bəhs edir. Romanda Abdulla və bacısı Pəri 1952-ci ilin Əfqanistanının Şadbag adlı kiçik bir kəndində ataları və ögey analarıyla birlikdə yaşayırlar. Ataları Sabur davamlı iş axtarmaqda, yoxsulluq və çətin qış şərtləriylə mübarizə aparmaqdadır.
Adı kimi gözəl və yaxşı xasiyyəti olan Pəri, qardaşı Abdullanın hər şeyidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda hətta qurban getməyə hazırdır. Onun üçün etməyəcəyi heç bir şey yoxdur. Hətta qardaşı, Pərinin kolleksiyasına əlavə etmək istədiyi ən dəyərli lələyi əldə etmək üçün yeqanə ayaqqabılarından da keçməyə razıdır. Və gecələr bir tək çarpayını paylaşmaq məcburiyyətindədirlər.
Pəri və Abdulla, atalarıyla Kabul çölünə tərəf yola çıxanda onları gözləyən, həyatlarını bir-birindən qoparacaq taleydən xəbərsizdirlər: Bəzən bir əli qurtarmaq üçün bir barmağından keçməlisən.
Nəsillərdən və qitələrdən keçərək bizi Kabuldan başlayıb Paris, San-Fransisko və Tinosun Yunan adalarına tərəf səfərə çıxaran Xalid Hüseyninin yeni romanında, həyatımız boyunca etdiyimiz seçimləri, ən yaxınlarımız tərəfindən məruz qaldığımız ümidsizlikləri, bizi təsvir edən və həyatımızı şəkilləndirən ölçüləri sonsuz müdriklik, mərhəmət hissi və həvəslə izah edir.
bildirchin.az