Dünyanın ən zövq verən işi

Həmişə bir iş qadını olmaq istədim. Klassik geyimlər geyinmək, yeni layihələr irəli sürmək, çıxışlarımın insanlar tərəfindən izlənib alqışlanmasını istədim… Bir işə sahibi olsam başqa heç bir şeyin məni xoşbəxt edə bilməyəcəyini düşünürdüm. Ta ki, o sevincli xəbəri alana qədər bu fikirdəydim…

Oğluma hamilə qalmışdım. Onun dünyaya gəlməsini çox səbrsizliklə gözüyürdüm. Qonşular, qohumlar, özəl şirkətdə birlikdə işlədiyim yoldaşlarım məni gördüklərində məndən əvvəl oğlumla maraqlanırdılar. Oğlum içimdə böyüdükcə daha da səbrsizlənirdim. Həkimə getməyi sevməyən mən, oğluma görə yoxlanışa gedəcəyimiz günü çox sevinirdim. Nə də olsa oğlumu görəcəkdim…

Nəhayət, o gün çatdı. Oğlum dünyamıza gəldi… Xırdaca əlləri, dodaqları elə şirin görsənirdi. Ayxanıma aşiqmi olmuşdum?

Ayxan 28 günlük imişkən onu anamgildə qoyub işə getmək məcburiyyətinə idim. Hələ oğlumun 40 çıxmamışdı… İşə getsəm də, içim yanırdı. O hər ağlayanda, hər acanda bağrım yanırdı mənim… Sağıb evdə qoyduğum süd də bəzən bəs eləmirdi.

İlk 6 ay oğlumla işim arasında qaldım. Sonda oğlumun məndən soyuduğunu gördüm. Günün çox hissəsi onunla birlikdə olan nənəsi ilə daha yaxşı vaxt keçirdiyindən mənə yad biri kimi davranırdı… Və mən onda başa düşdüm ki, oğlum məndən uzaqlaşır… Bir ana kimi bu mənə çox pis təsir etdi. Oğlumun dünyaya gəlişi 6 aydır, məndən indidən uzaqlaşırsa 6 il sonra mənə nə münasibət bəsləyəcək… Çox deyil, oğlum 10 aylığında mən işdən ayrıldım. Bəli, gec olmuşdu, süddən kəsilsə də onu böyüdən mən olmalı idim. Çünki o, bir dəfə böyüyəcəkdir və onun hər anını görüb ölümsüzləşdirməli idim … İlk addımlarını görməli, ilk sözlərini eşitməli idim. Yıxılıb dizini qanadanda “qorxa oğlum” deyib onu mən qucaqlamalı idim. Niyyətim də elə oldu. İş və karyeramı buraxdım, amma oğlumun hər anında mən yanında olurdum… Bəzi xanımlar deyər ki, “uşağa da baxaram, karyeramı da quraram”. Məncə bu mümkün deyil. Birindən əl çəkmədiyiniz müddətcə bu proses həyata keçə bilmir.

Oğlumun “ana” deyərək mənə tərəf qaçaraq gəlib qucaqlaması, öpməsi, hər ilk kəşfində onun yanında durub bitib tükənməyən suallarına cavab vermək nəyə desəm dəyər… Bu iş və karyera olsa da belə…

Mənbə: anneoluncaanladim.com

Tərcümə edən: Əminə İsrafilzadə,

ADPU-nun Pedaqogika və Psixologiya fakültəsinin magistrı

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər