Kinli daşlar

Bir varmış, bir yoxmuş, uzun illər çox əsrlər öncə yer üzündə insanlardan başqa bir də mələklər aləmi varmış. Bu aləm insanların yaşadıqları yerdən yuxarıda-səmada yerləşirdi. Buranın sakinləri isə biribirindən gözəl, mehriban, gülərüz mələklər imiş. Bu mələklər o qədər gözəl və füsunkar idilər ki, onları təsvir etmək üçün sözlər belə kifayətsiz qalırdı. Onlar öz gözəllikləri ilə daim qürurlanırdılar.Və Tanrı bu mələkləri çox sevərdi, onlar üçün möcüzəli bir aləm yaratmışdı . Amma onların içində bəzi mələklər var idi ki, bunların qəlbləri üzlərindən belə gözəl idi. O qədər saf qəlbli və xeyirxah idilər ki, onları insanlar, hətta Tanrı bələ daha çox sevərdi. Təbii ki , bütün yaxşılıqlar hər zaman birmənalı qəbul olunmur. Beləliklə o biri mələklər bu mələkləri qısqanmağa başlayırlar. Onların araları dəyir və hər cür pislikləri edərək birbirlərinə nifrət bəsləyirlər. Artıq bu mubahisə o dərəcəyə gəlirki qısqanc mələklər saf mələkləri əsir alıb onlara işgəncə verməyə başlayır. Tanrı bütün bunlara çox qəzəblənir və onlara barışmağı əmr edir. Düzdü, mələklər Tanrının qorxusundan barışırlar, amma unudurlarmı, həqiqətən bağışlayırlarmı? Bizim saf mələklər bütün olanları unudaraq onları həqiqətən bağışlayırlar, amma o birilərin isə qəlblərində günü – gündən kin daha da şiddətlənir, kin qəlblərini və gözlərini kor edir. Və onlar Tanrının sözündən çıxaraq öz pisliklərini davam etdirdilər. Tanrı mələklərin bu kinliliyinə dözməyib onları çox sərt cəzalandırır. Onlara ele bir cəza verir ki, ömürlük və çox ağır olur. Kinli mələkləri qəlbləri kimi qara çirkin və lazımsız daş parçalarına çevirib insanların ayaqları altına atdı. Bizim saf, kinsiz qəlbi tər-təmiz mələklərimizi isə Tanrı qiymətli və çox gözəl ləl-cəvahirata çevirərək dünyanın 4 bir yanında gizlədir. Gizlətməyinə gizlədib, amma insanların onları tapmaqlarına icazə verib. Verib ki, insanlar bu nadir daşları tapanda sevinsinlər, onları sevsinlər, onların dəyərini bilsinlır. Əslində insanlar da belədi, indi saf qəlbli və kinsiz insan tapmaq çox çətindi. Tapanda qədrini bilmək onu qorumaq lazımdı necə ki, Tanrı kinsiz mələkləri qorudu. Amma qara daşlar isə öz kinli ürəklərinin əsiri oldular. Qəlbimiz bizim ən dəyərli hədiyyəmiz, ən önəmli əmanətimizdir. Çalışaq onu elə qoruyaq ki, “Allah ürəyinə görə versin sözü” bizim üçün qarğış yox alqış olsun, bu duaya könül rahatlığı ilə amin deyə bilək. Əslində hər insan bir dövlətdi, idarə etməsi isə belədir: Ürəyimiz qanunverici, beynimiz icraedici, ruhumuz daha doğrusu vicdanımız isə məhkəməmizdir. Məhkəməmiz müstəqildir, heç kim ona müdaxilə edə bilmir. Bəzən elə hökmlər verir ki, biz belə qarşısında aciz qalırıq. Beynimizlə ürəyimiz isə belə deyil, onlar bir birlərinə bağlıdırlar, loru dildə desək ürəyimiz hansı havanı çalırsa beynimiz də həmin havaya oynayır. İcraedici məcbur belə olsa verilən qanunlara əməl etməlidi. İndiki həyatımız qanunlarımız üzərində qurulub, gəlin o qanunu verən qəlbimizi təmiz saxlayaq kinimizlə qaraltmayaq, onu çirkləndirməyək, insanları sevməyi və onları həqiqətən ürəkdən bağışlamağı bacaraq.

Aygül Səmədli

Məqalədən istifadə zamanı dushunce.az saytına istinad zəruridir!

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər