Bizi əhatə edən gözəlliklərin əslində hər biri bizimlə danışır , ibrətli hekayələr verirlər.. bizsə, əlbəttə, görməzdən gəlib keçirik .. Belə bir hekayəm Yarpaq və ağacın hekayəsi.. Bir yaşıl gözəl bir təpənin üstündə uca, qol-budaqları göyləri yaran bir ağac varmış.. çox ağaclar kimi o da ildə bir neçə dəfə yarpaqlarını tökər yenidən yaşıllanarmış.. Ağacın ən üst budaqlarından birində yenicə tumurcuqdan çıxmış və o ağacdan heçvaxt qopmayacağını düşünən bir yarpaq varmış .Yarpaq ağacıyla o qədər fərəhlənərmiş, o qədər uca tutarmış ki, ətrafdakı başqa ağacları görməzmiş də.. Hər külək əsəndə Ən uca budağa doğru meyl edər, Ağacını yandırıcı günəşdən qoruduğunu sanar smile ifade simgesi Nə külək, nə yağış, nə tufan onu ağacdan ayıra bilməzmiş, Ağacın da onu digər yarpaqlardan seçib əzizləndiyini düşünərmiş, çünki payızda ağacda qalan yeganə yarpaq o imiş..
Payız gəlir..və bir gün əsən fırtına ağacın bir neçə budağını qırır, payızın saralıb soldurduğu bu yarpaq taqətdən düşmüş qüvvətli ağacını tərk etməyəcəyini söz verir..möhkəm-möhkəm qopmaq üzrə olan zərif tellə ona tutunur.. Yaz gəlir, ağac yenə yaşıllanır ,yenə yarpaqlarla əhatə olunur.. və çox zəiflədiyini yerdəki göllərdən birində görən fədakar yarpaq torpağa qarışaraq ağacına yenə xidmət etmək üçün özünü budaqdan düşürür.. ..
Ağac yazın ən zərif mehinə fədakar yarpağını qurban verir … Hər kəsin çıxardığı nəticə ayrı ola bilər , Gördüklərimiz baxdıqlarımız deyil, Görməyə çalışdıqlarımızdı əslində.. Yaşadıqlarımız ətrafdan dərs aldıqca gözəldir.. Hər birinizin ağac kimi insanlardan və yarpaq kimi yalnış ünvana tutunmaqdan uzaq olmağınız diləyilə …
YARPAQ KİMİ OLARLAR SADİQ İNSANLAR, VƏFASIZLAR İSƏ AĞACA BƏNZƏRLƏR!!!!
Gülər Məhərrəmova