Sizı təqdim edəcəyim bu həyat hekayəsində qəhrəmanımı X-Lady deyə adlandırdım.Pasientimə söz verdiyim kimi çalışacam şəxsi məlumatları gizli saxlayım.
X-Lady-nin gündəliyindən
12.11.2009.Bu gün mənim 18yaşım tamam oldu.Ad günümü ailəm və ən çox sevdiyim dostlarımla birlikdə keçirtdim.Çox gözəl idi.Çoxlu hədiyyələr aldım,içində ən çox istədiyim marka notebook və telefonda var.Çox sevincliyəm çox,görən yata biləcəyəm?.Sabah hərşey daha gözəl olacaq.Axı mən böyük qız olmuşam.
5.04.2010: Çox xoşbəxtəm bilirsən dostum yeni profilimdə bir oğlanla tanış oldum.O çox yaraşıqlıdı, çoxda şirin.O məni hamıdan çox isdiyir.O da mənim kimi Universitetdə birinci kursda oxuyur.
5 aydıki səndən uzaqda qalmışam köhnə dostum bağışla məni.Biz deməy olar hərgün görüşürüy.Evə gələndən sonrada dərs oxuyuram azca,sonra televizor,notebook,sonrada yatıram.
8.06.2010: Nifrət eliyirəm hərşeyə,onada ,özümədə bu həyatada.O,tanıdığım ən vicdansız adamdı.Yox o heç adamda deyil.Allaha tapşırdım onuda o yanındakı sarı saçıda Allah bildiyi kimi eləsin.
10.07.2010: Bu gün dərsdən evə gələndə həyətdə qışqırıq səsi eşitdim.Atam bərkdən qışqırırdı.Ola bilməz,bir çıxış yolu olmalıdı axı.. deyirdi.Anam qapını açanda ani qışqırıq səsi gəldi və ani səssizlikdən sonra salondakı o xaricdən gətirdiyi suvinerləri,anamın ən çox sevdiyi qabların hamısını sındırdı.
Mən atamı heçvaxt belə görməmişdim.yanına getdim.mənə- get qızım get .dedi.
21.10.2010: Atam evə hərgün içkili gəlir.Əlimizdən gedən bütün mal varlığımızla yanaşı xoşbəxtliyimizi də itirdiy.Nə sərvət qaldı nə də hörmət.Mən başa düşə bilmirəm axı niyə sərvət olanda insanlar sənə az qala tənzim edərkən,pulun gedəndən sonra sən heçkim olursan onlar üçün..
25.11.2010: Mən artıq dözə bilmirəm.Universitetdə heçkəsin üzünə baxa bilmirəm,hamı mənə acıyaraq baxır,arxamdan yazıq nə günə qaldı deyirlər.Gecə anamın hıçqırıqları,səhərdə içki butulkalarının səsi məni artıq bezdirib.
Niyə?Niyə axı mən?
Atamki mənə mələk qızım deyərdi,mənim qanadlarım öz əlləriylə qırdı..
26.11.2010: Bu səninlə son görüşümüzdür.Əlvida köhnə dostum.Əlvida ana,kaş sənidə apara biləydim bu cəhənnəmdən…
5.12.2010: Bunuda bacara bilmədim.Qolumdaki dərin çapıqla,hə bir də dərmanlarımla həkim məni evə buraxdı.
Necə olduki biz xəstəxanaya getdik,orda mən neçə gün yatdım heçnə yadımda deyil.Bircə o yadımdadır ki, gözümü açanda anam – şükür ay Allah,onu mənə bağışladın şükür sənə- deyirdi.Hə anam yenə ağlayırdı ama bu dəfə sevincdən.
Evə gələndən sonra atam mənə söz verdiki birdə içki içməyəcək və anamı incitməyəcək.
21.01.2011: Semestr imtahanlarımı bitirdim və bugün tətilə çıxırıq.Həkimin məsləhəti ilə getdiyimiz ikinci tətildi bu.Mən özümü həmişə xoşbəxt hiss edəcəyim şeylər etməliymişəm..
25.12.2011: Bu gün mənim həyatımda ən xoşbəxt günümdür.O mənə evlənmə təklifi etdi və biz evlənirik.Anam da atam da çox xoşbəxtdilər.Onlar nişanlımı çox isdiyirlər.Elə nişanlımın ailəsidə məni.
X-Lady: O məni qolumdaki izlə qəbul etdi.İlk dəfə bu nədi deyə soruşanda mən ona danışdım hərşeyi və o elə bil dəli olmuşdu.Məndən öz canına and içdirdi ki birdə bunu etmiyim.O məni bu çapıqla sevdi,bəs mən özümü bu çapıqla sevirəmmi?
Bu çapıq mənə həyatımın ən pis günlərindən bir xatərə olaraq qaldı.Nə vaxt qoluma baxsam o pis günləri xatırlayıram.Ətrafımdakılar görməsin deyə qolumda həmişə qalın parçadan qolbaqla gəzirəm.Bu çapıq izini daşımaq istəməzdim,infeksiyadan sonra çapıq yox daha çox yara izi kimi qaldı qolumda.Çox heyfislənirəm və çox peşmanam,gələcək xoşbəxt günlərimə kaş bu keçmişin pis xatirələriylə getməzdim…
Bəzən fikirləşirəm- məni birazda gec tapsaydılar?,xəstəxanaya birazda gec çatdırılsaydım?,gözümü heç açmasaydım?.O zaman nə olardı bəs?.Bugünkü bu xoşbəxtliyi yaşaya bilməzdim.Arxamda hərşeyini itirmiş bir ana və ata qoyardım.Axı olar həmişə sən biizm ən dəyərli varlığımızsan deyirlər.
Oxucularınıza xahiş edirəm bunuda çatdırın.
Heç kəs və heç nə üçün dəyməz!.Dəymir,mən yaşadım.Dəyməz!
Tünzalə Talıblı
Xəzər Universiteti, Psixologiya fakultəsi