Sağlamlığa faydaları bilinən qırmızı çuğunduru rahatlıqla üz baxım maskası, dodaq boyası və sellülit yox edicisinə çevirə bilərsiniz.
Çuğundur sadəcə qida dəyəri ilə diqqət çəkmir. Həm də gözəllik məhsullarının içində istifadə edilən bir antioksidandır.
Çuğundurun tərkibində olan firuzəyi betalainlər tam antioksidan yüklüdür və həyat verir.
Çuğundurun suyunu sıxın, 1 taxta qaşığı çuğundur suyunu turşumuş kremlə qarışdırın. Bu qarışımı üzünüzə vurub 20 dəqiqə sonra yuyun.
Çuğundurları dilimləyib üzünüzə bununla dairəvi hərəkətlərlə masaj edin. 15 dəqiqə sonra üzünüzü sabunla yuyun. Bu yolla dəriniz işıltı və parlaqlıq qazanacaq.
İstəsəniz, çuğundur suyunu sarıköklə qarışdırıb istifadə edin. Bu maska isə qara rəngli dəriləri ağartmaq üçün edilir.
Evdə hazırlaya biləcəyiniz tonik üçün 1 ədəd nazik doğranmış qırmızı çuğundur, yarım doğranmış kələm, 1 stəkan suyu blendrdən keçirin. Üzərinə buz kubları da əlavə edin. Buz kubları qarışımın içindəki bütün suyu özünə çəkməlidir. Qırmızı çuğundur sizi gəncləşdirəcək, kələm də qırışları yox edəcək.
Dodaq və yanaqlarınıza rəng qatmaq istəyirsinizsə, şüşə kasanın içinə yarım doğranmış çuğundur, 2 qaşıq tərəvəz qliserini, qaynamış su əlavə edib 20 dəqiqə qaynadın. Sonra qulaq çöpü ilə yanaq və dodaqlarınıza vurun.
Sellülit üçün 2 ortaboy çuğunduru incə-incə dilimləyin, 3 qaşıq bal, 1 çay qaşığı qara istiotla qarışdırın. Qarışımı problemli bölgəyə sürtüb streç sellofanla sarıyın, 30 dəqiqə saxlayın. Həftədə 1 dəfə edə bilərsiz.
Qüsursuz dodaqlar üçün 2 ortaboy çuğundur alıb yuduqdan sonra üzərinə 1 stəkan su əlavə edib 2 dəqiqə qaynadın. Sonra içinə 1 qaşıq soyudulmuş hind qozu yağı, 1 çay qaşığı bal, 5 çay qaşığı şəkər tozu, 1 qaşıq qara şəkər tozu əlavə edin. Bunları şüşə cam qaba qoyub soyudun. Dodaq çatlaqlarının qarşısını alır, dodaqları daha canlı göstərir, ölü dərini təmizləyir.
lent.az