Əzələ kütləsini artıran qidalar

  1. Yumurta
    Böyük miqdarda zülal ehtiyatlarına malikdir. Vitaminlər, sink, dəmir və kalsiy ilə zəngindir. Yumurtadakı bütün bu xüsusiyyətlər onu əzələ kütləsini artırmaq üçün ən mühüm və balanslaşdırılmış ərzağa çevirir.
  2. Toyuq filesi
    100 qram toyuq ətinın tərkibində 30 qram zülal mövcuddur. Toyuq filesinin digər özəlliyi isə onu müxtəlif xörəklərdə, cürbəcür dadlarda hazırlana bilməsidir.
  3. Su
    Baxmayaraq ki, su qida deyil, amma əzələ toxumasının 75%-ni təşkil edir. Gün ərzində lazımi miqdarda su qəbulu enerjiləri bərpa edir, həzm sistemini normallaşdırır, hansı ki, bu amillər əzələlərin düzgün inkişafına səbəb olur.
  4. Balıq yağı
    Balıq yağı – ağır məşqlərdən sonra orqanizmin bərpa olunmasına yardım edir. Bu isə məşqlərin intensivliyini artırmağa imkan verir. Bundan əlavə, balıq yağı maddələr mübadiləsini sürətləndirir.
  5. Mal əti
    Mal əti – keyfiyyətli zülalın əla mənbəyidir. Tərkibində çoxlu miqdarda A, E vitamini var.
  6. Hinduşka əti
    Hinduşka əti də həmçinin, çoxlu miqdarda zülal və 11 vitamini özündə birləşdirir.
  7. Qarabaşaq (qreçka)
    100 qram qarabaşaq bioloji dəyəri 90% olan 18 qram protein təşkil edir.
  8. Yulaf yarması
    Yulaf yarması – zülal, minerallar, vitaminlər və sellüloza ilə zəngindir. Yulaf yarmasının digər özəlliyi isə onun tərkibində gec həzm olunan zülalların, elementlərin mövcud olmasıdır. Bu isə özü-özlüyündə gün ərzində tox qalmağımıza yardım edir.
  9. Qızılbalıq
    Qızılbalıq – zülal və omeqa -3 yağlarının ideal və ən güclü mənbəyidir. Bu keyfiyyətlər isə əzələ kütləsinin sürətli inkişafına, artmasına səbəb olur.
  10. Şor
    Nəinki idmançılar, həmçinin sağlam qidalanmaya üstünlük verən insanların gündəlik qida rasionunda şor olmalıdır. 100 qram şorun tərkibində 28 qram təmiz zülal var. Şorun digər üstünlüyü isə onun tərkibində eyni zamanda həm asan, həm də çətin həzm olunan zülalların olmasıdır

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər