Səhər yuxudan qalxmaya görə xasiyyət

2004-cü ildə aparılan sorğular nəticəsində zəngli saat ən çox nifrət oyadan ixtiralar içində 2-ci yeri tutmuşdu. Axşamdan saatı qururuq və ona ümidlə baxırıq, səhər isə onu parçalamaq istəyirik. Gecikməyə görə bütün günahı da onun üstünə yıxmaq da bizə çox xoş gəlir.Araşdırmalar göstərir ki, insanların səhər yuxudan qalxmalarına görə onların xasiyyəti haqqında mühakimə yürütmək olar:

Saat çalandan sonra uzun müddət yataqda uzanıram:
Siz səhərlər orqanizminiz üçün ən rahat şərtlər yaradırsınız. Yuxu zamanı beyinin yavaşıyan qandövranı bərpa olunmağa müvəffəq olur. Səhərlər tez-tez ağlınıza dahiyanə fikirlər gəlir. Ağıllı olduğunuza görə dərhal “lehinə” və “əleyhinə” ölçüb-biçirsiniz. Amma belə oyanmada işgüzar keyfiyyətləriniz şübhə oyadır. Axı siz bu qədər vaxtı boşuna sərf edirsiniz. Müasir həyat ritmində bu, bağışlanılmazdır. Məsləhət: Səhər tez oyanmaq üçün gözlərinizi bərk qıyın və göz qapaqları özləri açılmayana qədər açmayın.

Saatın zəngindən əvvəl oyanıram:
Vaxtı və əsəblərinizi qorumağa kömək edən yaxşı intuisiyanız var. İşə rahat, yavaş-yavaş, aramla hazırlaşmaq hara, nə gəldi geyinmək, səhər yeməyini çeynəyə-çeynəyə evdən tələsik çıxmaq hara? Siz sadəcə orqanizmin iradəsinə tabe olmalısınız. Gözəl əhval-ruhiyyə sizə zəmanət verilir.

Səhərlər dura bilmirəm, buna görə də bütün işlərimi günün 2-ci yarısına keçirirəm:
Siz yuxunu gümrahlıqdan çox qiymətləndirirsiniz. Axı yuxuda siz daha çox şeyə nail olursunuz, nəinki ayıq olanda. Yuxuda hər şey sizin üçün aydın və asandır. Ona görə də siz mübarizə aparmırsınız, sadəcə sizə rahat olan ritmdə həyata uyğunlaşırsınız. Yaxınlarınız və biznes-partnyorlarınız sizi başa düşmür və tez-tez bu müdrik sözləri yadınıza salır: “Tez duranla tez evlənən udur”.

Saat çalandan sonra yüksək səslə musiqi yandırıram:
Səhərdən siz döyüş ruhuna köklənirsiniz. Sizi hərəkət etmək yanğısı coşdurur. Belə oyanma intizamlı olmağınızdan xəbər verir. Amma yadınızda saxlayın ki, oyandıqdan sonra ilk yarım saat ərzində orqanizm xarici qıcıqlandırıcılara qarşı kəskin reaksiya verir. Yüksək səs gümrahlaşdırdığı kimi, eyni zamanda əsəblərə toxuna bilir. Həkimlər hesab edirlər ki, ən yaxşısı ya yumşaq işıqdan, ya da gözəl ətirdən oyanmaqdır. Deyirlər ki, artıq zəng çalmayan,yavaş-yavaş işıq saçan və xoş ətir verən saatlar ixtira olunub.

Saatı yataqdan uzağa qoyuram:
Bu zaman onu söndürmək üçün 100% qalxmalı olacaqsınız. Deməli, əngəllərin öhdəsindən gələ bilərsiniz. Bununla belə, siz pessimistsiniz; hər şeyə şübhə ilə yanaşırsınız və həmişə pis bir şey gözləyirsiniz. Belə ehtirasla pis xəbərlər gözləsən, onlar mütləq başına gələcək. Belə ekstremal oyanma orqanizm üçün zərərlidir. Yuxudan ayıqlığa dərhal keçmək başgicəllənməsinə səbəb ola bilər.

Dərhal yuxudan oyanıb- kontraslı duş qəbul edirəm:
Belə yuxudan oyanmada iş qabiliyyəti yüksəlir, orqanizm möhkəmlənir və iradə qüvvəsi artır. Axı isti yataqdan qalxıb soyuq duş qəbul etmək hər adamın hünəri deyil. Bu, orqanizmə çox xeyirlidir. Bizim damarlarımız əvvəlcə birdən sıxılır, sonra birdən genişlənir, deməli, baş ağrıları, başgicəllənmələri və təzyiq bizim üçün qorxulu deyil. Amma yataqdan birdən qalxmaq ziyandır. Orqanizm hələ tam oyanmamış stress keçirir. Əgər belə üsulla oyanmağa alışmısınızsa, onda siz həyatı mübarizəyə çevirən adamsınız. Siz hadisələrin mərkəzində olmağa can atırsınız. Ola bilsin ki, hər şeyi dramlaşdırmağı sevirsiniz və ətrafınızdakı atmosfer tez-tez alışıb yanır.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər