Aşağıdakı suallara cavab verməklə əsəbi, tez həyəcanlanmağa meyilli və ya əksinə-sakit təbiətli təmkinli, istənilən vəziyyətdən asanlıqla çıxa bilmək qabiliyyətinə malik insan olduğunuzu aydınlaşdırın. Bütün sualların “hə” cavabına 1 bal, “yox” cavabına 0 bal.
- Səbriniz çox tez tükənir?
- Əhvalınız tez-tez dəyişir?
- Ətrafdakı insanların sizin haqqınızdakı fikirləri sizi maraqlandırır?
- Ətrafdakılara qarşı aqressiv olursunuz?
- Tez-tez fikriniz yayınır və siz hərşeyi unudursunuz?
- Sizə elə gəlir ki, heç nəyə vaxtınız çatmır?
- Nədənsə narahat olduğunuz zaman yuxunuz qaçır?
- Səslər sizi tez-tez qıcıqlandırır?
- Telefon zəngi çalanda tez-tez diksinirsiniz?
- Hətta kiçik nəzərə çarpmayacaq problemlər sizi hövsələdən çıxarır?
- Səhhətiniz sizi düşündürür?
- Nə vaxtsa sakitləşdirici preparatlardan istifadə etmisiniz?
- Çox əsəbləşəndə və ya həyəcanlananda səsiniz titrəyir?
- Nə vaxtsa hər şeyi atmaq və ya qaçmaq fikirləri ağlınıza gəlib?
- Gecə yatmazdan əvvəl giriş qapısının bağlı olduğuna bir neçə dəfə fikir verirsiniz?
0-15-çox səbirsiz, əsəbi.
5-10 bal-orta, gərgin vəziyyət.
0-5 bal-sakit, təmkinli.
Əgər siz 5 baldan artıq toplamısınızsa narahat olmayın. Çalışın sizi qıcıqlandıran əsas səbəbi aradan qaldırasınız.